Sosial sferada bazar münasibətlərinin formalaşma xüsusiyyətləri hansılardır?
Sosial sferada sahibkarlığın inkişaf etdirilməsi üçün aparılan islahatlar haqqında nə deyə bilərsiniz?
Antiintisah siyasəti nədir?
Sosial sferada aparılan özəlləşdirmə prosesinin nəticələri haqqında nə bilirsiniz?
Rabitə sahəsində aparılan islahatlar hansılardır?
Nəqliyyat sahəsindəki vəziyyət necədir?
Tövsiyə olunan ədəbiyyat siyahısı
1. Niftullayev V.M. “Sahibkarlığın əsasları” – Bakı, “Zaman nəşriyyatı”- 2002. 2. A.Ş.Şəkərəliyev «Keçid iqtisadiyyatı və dövlət», Bakı, 2000. 3.A.Əliyev, A.Quliyev. Sosial sferanın iqtisadi və metodoloji əsasları. Bakı, “Adiloğlu”, 2005, 304 səh. 4. Н.М.Римашевская «О концепции социального развития в условиях перехода к рынку», 1991 5. Azərbaycan Respublikasında iqtisadi islahatlar: ilkin nəticələr, problemlər və perspektivlər, Bakı-2003 6.Бабич А.М., Егоров Е.В. Экономика и финансирование социально-кулурной сферы, Казань, 1996; FƏSİL 3 SOSİAL MÜDAFİƏ
§1. Dövlətin sosial siyasəti
Qloballaşma proseslərinin sürətli xarakter aldığı müasir dünyada əhalinin yaşayış keyfiyyətinin və həyat səviyyəsinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 1970-ci ildə BMT-nin İqtisadiyyat Şurasında hazırlanmış “Bəşəriyyətin Gələcək İnkişaf Strategiyası”nın əsas məqsəd-lərindən biri də məhz qlobal iqtisadi inkişafın yaşayış keyfiy-yətinə istiqamətlənməsi olmuşdur.
Beynəlxalq təcrübə iqtisadiyyatın inkişaf etdirilməsinin və əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ilk növbədə ölkədə həyata keçirilən iqtisadi siyasətdən və onun tərkib hissəsi olan sosial siyasətin səmərəliliyindən asılı olduğunu göstərir. Sosial siyasət vətəndaşların məşğulluğunu, sağlamlığını, sosial təminatını, təhsil səviyyəsini və s. bir sözlə, yüksək həyat şəraitini təmin etməlidir. Bu isə öz növbəsində dövlətin həyata keçirdiyi sosial siyasətin prinsiplərindən və istiqamətlərindən asılı olub, səmərəli sosial müdafiə sisteminin yaradılmasını tələb edir. Çünki sosial müdafiə həm əhatə miqyasına, həm də tərkib və quruluşuna görə olduqca çoxşaxəli, geniş elmi araşdırmalar tələb edən sahədir. Odur ki, cəmiyyətin sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində məqsədyönlü dövlət siyasətinin aparıl-ması zəruridir. Bu siyasətin həyata keçirilməsində ölkənin iqtisadi inkişaf səviyyəsi ilə bərabər, eyni zamanda onun mövcud iqtisadi sistemi, milli-tarixi ənənələri və s. də mühüm rol oynayır. Bu-nunla yanaşı, qeyd etmək lazımdır ki, hər bir dövlətin həyata keçirdiyi səmərəli və ədalətli sosial siyasət onun maliyyə vəsai-tlərinin hansı istiqamətdə və necə bölüşdürülməsindən də bilava-sitə asılıdır. Bütün bunlar sosial siyasətin əhalinin rifah halının və həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş mürəkkəb mexanizm olduğunu göstərir.
Onu da bildirək ki, əhalinin həyat səviyyəsi bir sıra göstəricilər əsasında müəyyən edilir və bunlar aşağıdakılardır:
1. orta aylıq əmək haqqı və orta aylıq pensiya;
2.orta aylıq əmək haqqının və pensiyaların alıcılıq qabiliyyəti;
3. əhalinin əsas sosial-demoqrafik qrupları üzrə minimum istehlak büdcəsi;
4. əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu;
5. adambaşına düşən orta gəlirləri yaşayış (fizioloji) minimumu və minimum istehlak büdcəsindən aşağı olan əhalinin sayı və xüsusi çəkisi;
6. adambaşına düşən orta gəlirləri müxtəlif olan ev təsərrüfatlarının qida məhsullarının istehlakı;
7. əhalinin müəyyən olunmuş sosial-demoqrafik qrupları üzrə pul gəlirləri və xərcləri;
8. əhali gəlirlərinin differensiallaşma göstəriciləri;
9. əhalinin 10% yüksək gəlirli hissəsinin 10% az gəlirli hissəsinə nisbəti;
10.əhali gəlirlərinin konsentrasiya indeksi (Cinni İndeks);
11.Əhalinin müxtəlif sosial-demoqrafik qruplarının istehlak xərclərinin strukturu;
12. adambaşına düşən orta gəlirlərə görə əhalinin bölgüsü;