Üskük calağı. Bu calaq növü Naxçıvan göycəsi sortunun geniş yayılmasında mühüm vegetativ çoxaldılma üsuludur (Şəkil 2.25). Üskük calaqetmə iyun ayının birinci yarısında aparılır. Bu dövrdə Naxçıvan göycəsi sortunun cavan zoğlarında qabıqla oduncaq arasında törədici kambi toxuması hesabına daxili boşluq yaranır. Bu dövrdə Naxçıvan cöycəsi sortundan cavan şivlər kəsilərək calaq üçün hazırlanır. Belə şivlərin aşağı hissəsi adi suya salınaraq 2-3 saat saxlamaq olar. Sonra bu şiv üzərində olan tumurcuq nahiyəsi aşağı və yuxarı hisssədən həlqəvi şəkildə kəsilir. Həmin tumurcuqdan yuxarı nahiyə 5-8 sm uzunluğunda qabıqdan soyulur və sonra bağ qayçısı ilə uc hissəsi kəsilib atılır. Sonra aşağı və yuxarı hisssədən həlqəvi şəkildə kəsilmiş tumurcuq olan nahiyə yumşaq parça ilə tutularaq uc hissəyə doğru sağa-sola burulmaqla dartılır və qabıq üskük şəklində çıxarılır. Belə üskük formalı üzərində bir tumurcuq olan calaq materialı əvvəlcədən hazırlanmış stəkandakı suya salınır. Bir neçə ədəd belə üskük formalı calaqüstü material hazırlamaq olar. Sonra calaqaltı müəyyənləşdirilir. Calaqaltı zoğun uc hissəsi üskük formalı calaqüstü materialının diametrinə uyğun nahiyədən bağ qayçısı ilə kəsilərək qabığı soyulur. Bunun ardınca üskük formalı calaqüstü material calaqaltının oduncağına geydirilərək zoğun aşağı hissəsinə doğru sürüşdürülür. Üskük formalı calaqüstü materialı calaqaltının oduncağı üzərində kip oturana qədər ehtiyyatla sürüşdürmə davam etdirilir. Üskük formalı calaqüstü oduncaq üzərində oturduqdan sonra calaqaltının aşağı nahiyədəki qabığı elə kəsilib atılır ki, calaqüstü və calaqaltının qabığı bir birinə həlqəvi formada kip yapışmış vəziyyətdə olsun. Bu halda calaqetmə işi tamamlanmış olur.
Şəkil 2.25. Üskük calağı Calağın tutmasını 10-15 gündən sonra bilmək olar. Əgər calaqüstünün saplağı soluxmayıbsa, ona toxunduqda tez qırılırsa, tumurcuq boyüyübsə, deməli calaqetmə işi uğurla başa çatıbdır.
Yarma calağı (İsgənə calaq):Naxçıvan göycəsi sortunda bu calaq növünü erkən yazda, torpaqda istilik 3-50C olduqda, ağaclarda ümumi şirə axını başlanmamışdan əvvəl aparılmalıdır (Şəkil 2.26). Yarma calağı etmək üçün calaqaltı kök boğazına yaxın nahiyədən mişar ilə hamar kəsilir. Kəsilmiş calaqaltı ehmalca yanlardan iti bıçaq ilə yarılır. Calaqüstü üçün kəsilmiş qələmlər calaqaltındakı yarılmış hissəyə uyğun üçbucaq formada kəsilərək calaqaltına geydirilir. Calaqüstü qələmi kəsilmiş yarığa elə yerləşdirmək lazımdır ki, calaqaltının və calaqüstünün qabıqları yanlarda eyni səviyyədə qalsın, daha doğrusu calaqaltının və calaqüstünün qabıq nahiyələri bir-birinə bitişmiş vəziyyətdə yerləşsin. Calaqaltı gövdənin
Şəkil 2.26. Yarma calağın vurulma qaydası diametrinə uyğun olaraq ona 2-4 ədəd calaqüstü qələm köçürmək olar. Calaqüstü qələmdə 2-3 tumurcuq saxlamaq lazımdır. Ondan sonra qələm calağı edilmiş nahiyəyə bağ məlhəmi sürtülərək parça ilə kip bağlanır.