Azərbaycan Milli Elmlər Akademiyası


Tərkib-xassə diaqramlarının növləri



Yüklə 0,53 Mb.
səhifə2/3
tarix26.10.2022
ölçüsü0,53 Mb.
#66284
1   2   3
fərdi iş 4

Tərkib-xassə diaqramlarının növləri.
İki sinfə ayrılır: rasional və irrasional sistemlərin tərkib-xassə diaqramları.
Əgər ikikomponentli sistemdə (A-B sistemi) dissosiasiya etməyən birləşmə alınarsa, bu, rasional sistemlərin tərkib-xassə diaqramıdır.
Əgər ikikomponentli sistemdə (A-B sistemi) dissosiasiya edən birləşmə alınarsa, bu, irrasional sistemlərin tərkib-xassə diaqramıdır.

İki komponentli sistemlər fazaların aqreqat halına görə 2 cürdür:


1. Qaz fazası olmayan sistemlər
Adətən belə sistemlərə tərkibində uçucu komponenti olmayan sistemlər daxildir. Bunlara iki komponentli kondensə edilmiş sistemlər deyilir. Belə sistemlər üçün təzyiqi sabit götürmək olar.
2. Maye, bərk və qaz fazası da olan sistemlər
Belə sistemlər kondensə olunmayan sistemlər adlanır.
D igər tərəfdən, komponentlərin bir-birində həll olmasına görə də 2 hal mövcuddur. İzomorf binar sistemlərdə komponentlər bir-birində həll olur, digərində isə məhdud tərkibdə həll olması baş verir. Qeyd etmək olar ki, iki metal həm maye, həm də bərk halda bütün kompozisiya diapazonunda bir-birində həll olursa, bu sistem "izomorf" sistem adlanır.
Ən sadə binar sistem kimi bir-birində maye və bərk halda tam həll olan Cu-Ni qarışığını götürə bilərik.
Likvidus xətti. Bu xətdən yuxarıda xəlitə(qarışıq) maye halda olur.
Solidus xətti. Bu xətdən aşağıda xəlitə(qarışıq) bərk halda olur.
Başqa sözlə, diaqramlarda likvidus xətti üzərindəki nöqtələr ərimənin bitdiyi və ya bərkimənin başladığı halı, solidus xətti isə ərimənin başladığı və ya bərkimənin bitdiyi halı göstərir.

Konnod xətti. İki fazalı sistemdə (likvidus və solidus arasında) ayrı-ayrı fazaların tərkibini tapmaq üçün konnod xətti adlanan üfüqi xətt (XY) çəkilir və onun likvidus və solidus xətləri üzərində kəsişmələri, Cl və Cs müvafiq olaraq mayenin və bərk fazanın tərkibi kimi götürülür.
Komponentlərin bir-birində məhdud həllolması nonvariant tarazlıqların yaranmasına səbəb olur.

Konkret nonvariant tarazlıq tipləri:

  • Evtektik

  • Evtektoid

  • Peritektik

  • Peritektoid

  • Monotektik

  • Monotektoid

  • Sintektik





Kimyəvi tərkibin və ya ərimə temperaturu az fərqlənən atomların strukturuna və ölçüsünə görə fərqlənən birləşmələr evtektik tipli diaqramlar əmələ gətirir.
Bir qayda olaraq evtektik kompozisiyaların ərimə temperaturu komponentlərin ərimə temperatutundan aşağı olur. Hal diaqramında evtektik nöqtə mayenin mövcud ola biləcəyi minium temperatur halına uyğun gəlir və evtektik kompozisiyalar soyudularkən bu temperaturdan aşağıda maye birdəfəlik bərk fazaya keçir. Evtektik reaksiyaların sxematik ifadəsi belədir:
L+
E nöqtəsində üç faza birlikdə mövcuddur. Bu nöqtə evtektik nöqtə adlanır.


Evtektik sistemdə iki A və B metalı arasında biri A, digəri B ilə zəngin olan iki bərk məhlul əmələ gəlir.(∝ və β)


Likvidus və solidus xətlərinə əlavə olaraq, müvafiq olaraq A-da B və B-də A-nın həll olma hədlərini təyin edən daha iki xətt var. Bunlara solvus xətləri deyilir.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin