Bərk məhlul əmələgətirən binar sistemlər. Yüksək keçiricilik, yüksək çeviklik və ya yaxşı korroziyaya davamlılıq tələb edilmədikdə, təmiz metallar sənaye tətbiqləri üçün nadir hallarda istifadə olunur. Təmiz metallar ərintilərdən çox zəif olduğuna görə gücü və sərtliyi yaxşılaşdırmaq üçün bəzi elementlər əlavə olunur. Bundan əlavə, element əlavələri çox vaxt təmiz metallarla əlaqəli xüsusiyyətlərdə, yəni keçiricilik, çeviklik və korroziyaya davamlılıqda əhəmiyyətli azalmalar olmadan həyata keçirilə bilər.
Bir məhlul əldə etmək üçün iki metal maye vəziyyətdə qarışdırıldıqda, yaranan ərinti binar ərinti adlanır. Çox sayda ərintilər binar olsa da, daha çox ərintilər bir sıra ərinti elementlərini ehtiva edir. Yüksək temperaturda, istənilən məhsuldarlığı əldə etmək üçün 10-a qədər elementdən istifadə edilə bilər.
Bərk məhlulların əsas tipləri.Bərk halda komponentlərin qarşılıqlı həllolması qeyri-məhdud (fasiləsiz)bərk məhlullar və məhdud ola bilər.
R ozeboma görə bərk məhlulların hal diaqramları:
I-III – qeyri-məhdud bərk məhlullar; IV, V - məhdud bərk məhlullar.
Əmələgəlmə mexanizminiə görə bərk məhllulları aşağıdakı əsas tiplərə ayırmaq olar: əvəzetmə, nüfuzetmə və çıxılma bərk məhlullar.
Əvəzetmə bərk məhlulları (a) həlledicinin kristak qəfəsinin düyünlərində müəyyən növ hissəciklərin digərləri ilə statik əvəz olunması nəticəsində əmələ gəlir. Bərk məhlulların əmələ gəlməsinin bütün ümumi qanunauyğunluqları məhz bu tipə uyğundur. Bu, bərk məhlulların əmələ gəlməsi zamanı tam qarşılıqlı həllolmanın mümkün olduğu yeganə haldır. Məs: NaCl kristal qəfəsində Na atomlarının K atomları ilə tədricən əvəz olunması nəticəsində bir təmiz komponentdən (NaCl) digərinə (KCl) arasıkəslimədən keçmək olar.
N üfuzetmə(interstitial) bərk məhlulları (b) həll olan bərk maddə atomlarının həlledicinin kristal qəfəsinin düyünləri arasındakı boşluqlarda yerləşməsi nəticəsində əmələ gəlir. Bu tip məhlullar yalnız məhdud həll ola bilərlər, çünki həlledicinin kristal qəfəsindən boşluqların həcmi heç nə çox deyil və həll olan maddənin müəyyən qatılığında qəfəsin deformasiyası o qədər artır ki, bərk məhlulun özünün mövcudluğu az ehtimalı olur. Nüfuz edən atomun ölçüsü kiçik olub, həlledicinin kristal qəfəsindəki düyünlərarası boşluğun həcminə uyğun gəlməlidir. Metallik nüfuzetmə bərk məhlullarının əmələ gəlməsində nüfuz edən atom rolunu, adətən kiçik radiusa malik yüngül qeyri-metallar – H, B, O, C, N oynayır.
Çıxılma bərk məhlulları (в) yalnız kimyəvi birləşmələr əsasında, müvafiq alt qəfəsdə komponentlərdən birinin çatışmadığı halda əmələ gəlir.