310
Qeyd: İsgəndər Münşi Şah Məhəmməd Xodabəndənin arvadı Xeyrənnisa bəyimi
(Məhdülya) bəzən dövləti idarə edən nəvvab (nəvvabe-cəhanbani) adlandırır ki, bu da
əsassız deyil. Oxucular elə mətnin özündən gördülər ki, Məhdülya olduqca qüvvətli
və zabitəli bir qadın olmuşdur. O, dövlət işlərini zəif təbiətli ərinin iştirakına imkan
vermədən özü idarə edir, dövlət vəzifələrində özü məsləhət bildiyi dəyişiklikləri
edirdi (Bax: O.Əfəndiyev. Göst. əsəri, səh. 144-145).
398
Şamxal Sultanın Nəvvab Pərixan
xanımın və Şah Şücanın öldürülməsi:
Nəvvab xanımın mülazimləri bu işlərin başlanğıcında
oraya getmək istəməyərək, məsələni başa düşə bilmirdilər. O
zaman Xəlil xanın adamları belə bir hökmün padşahın rəyi ilə yerinə
yetirildiyini bildirdilər. Nəvvab xanını kəcavənin içində əyləşib
kəcavəni aparanların məqsədlərini başa düşdü, Allahın məsləhətinin
yerinə yetirilməsinə razılıq verdi, [qorxulu] bir hadisənin baş
verəcəyinə hələ də inana bilməyən nəvvab xanımı Xəlil xanın evinə
apardılar.
Elə həmin gün Aslana
311
hökm olundu ki, Şəntənə gedib
Şamxal Sultanı qətl etsin. O, xeyli adamla onu təbrik etmək
bəhanəsi ilə Şəntənə getdi, görüş zamanı əfşar tayfasından olan bir
neçə adam onu qılınclayıb öldürdü.
Çərkəslərin isə əl-qol atmaq imkanı olmadı. Əmiraslan xan
onun başını uca dərgaha gətirib xanlıq rütbəsinə
312
və nəvazişə layiq
görüldü.
Elə həmin gecə Xəlil xanın bir neçə mülazimi əmrə görə
nəvvab xanımı boğub öldürdü.
Camaatın fikrincə, xanıma mənsub olan bütün şeylərin
qiyməti təxminən on min tümən olardı. Bu xidmətin müqabilində
həmin şeylər Xəlil xana verildi.
İsmayıl Mirzənin hələ bir yaşı tamam olmayan oğlu Şah
Şüca da ədəm yoluna göndərildi. Vəli Sultan Qalxançıoğlunu da
tutub, onun əleyhdarları olan Şiraz zülqədərlərinə verdilər və o da öz
cəzasına çatdı.
Bu hadisələr baş verib qurtardıqdan sonra Məryəm şanlı
Məhdülya tam əzəmət və istiqlal ilə səltənət və şahlıq işlərini idarə
etməyə başladı. Ona ərz olunmadan və icazəsi olmadan heç bir iş
həyata kcçirilmirdi. Beləliklə, "nowabi-cahanbani" (Sultan Həmzə
Mirzə - Ş.F.) ali divanın vəkili vəzifəsinə təyin edildi. Qərara alındı
ki, şahın höknı və fərmanlarında onun möhürü vəzirin möhüründən
yuxarıda vurulsun.
311
Əmiraslan xan Ərəşli Şamlı -Ş.F.
312
İsgəndər bəy Münşi Əmiraslana hələ "xan" titulu verilməzdən əvvəl onu xan
adlandırırdı ki, bıı ola bilsin ki, onun Əmiraslana şəxsi
ehtiramı ilə əlaqədar idi - Ş.F.
399
Özü Əliqulu xan Şamlının dayısı, bacısı Xanican xanım isə
nəvvab Məhdülyanın yanında etibara malik olan Xacə Şücaəddin
Şirazinin oğlu Hüseyn bəy [Sultan Həmzə Mirzənin] vəziri
məqamına yüksəldi və vəkillik möhürünü ona verdilər. Nəvvab
Məhdülyanın ailəvi yaxını olan Molla Əfzəl Münəccim Qəzvini
etibar və iqtidar səviyyəsinə çatdı, Qəzvinin kəlantəri oldu və o
şəhərin divan işləri ona tapşırıldı. Mirzə Salman tam müstəqil
şəkildə rüknüs-səltənə və etimadüd-dövlə vəzifəsini əlinə aldı və
ölkənin işlərini idarə etməyə başladı. Fəzilətli seyid, xoşəxlaq,
yetkin və dərviş xislətli adam olan Mir Şəmsəddin Məhəmməd
Xəbisi Kirmani ali sədr mənsəbinə layiq görüldü. Onun sədr
olmasının səbəbi belədir: İsgəndər şanlı nəvvab Heratdan Şiraza
yollandığı zaman Xəbis qəsəbəsində həzrət mir onun yanına gəlib
ləyaqətli xidmət göstərmişdi. Onun fəziləti, kamalı və söhbəti
İsgəndər şanlı nəvvabın xoşuna gəlmiş və mirə demişdi ki, onun
kimliyi və istedadı barədə cənnətməkan şaha məlumat verəcək və
şahdan xahiş edəcəkdir ki, ali sədarət mənsəbini ona versin. Amma
bu fikir həyata keçmədi. Səltənət və hakimiyyət ona çatdıqda isə
sözünə vəfa edib, şahanə lütfkarlıqla həmin seyidi bu böyük
vəzifəyə təyin etdi, hümayun hökmlə onu Şiraz darülmülkündən öz
yanına çağırdı. Həzrət mir də böyük izzət və etibarla sayaya gəldi və
tam müstəqil olaraq sədarət işinə başladı. İsgəndər şanlı nəvvab
ölkənin məmləkətlərini əzəmətli qızılbaş əmirləri arasında böldü.
Təbriz darüssəltənəsinə Əmir xan Mosullu təyin edildi və onun
məsləhəti ilə qardaşları İsmayıl Sultan və Şahqulu Sultan, oğlu
Sultan Murad xan və türkman piyadası İbrahim Sultan əmirlik
rütbəsi ilə sərəfraz oldular və onlara Azərbaycanda ülkalar verildi.
Çuxur-Sədin əmirülüməralığı cənnətməkan şahın fərmanı ilə
Məhəmmədi xan Toxmaq Ustaclının əlində idi, lakin İsmayıl
Mirzənin əmri ilə İmamqulu xan Qacara verilən Qarabağ
əmirülüməralığı Məhəmmədi xan Toxmağa tapşırıldı. Şirvan
əmirülüməralığı və Şirvanın bütün mülkiyyəti Ərəs xan Rumluya
şamil edildi. Ərdoğdu Xəlifə Təkəliyə, rumlu və başqa tayfalardan
olan əmirlərə də Şirvanda ülka verdilər. Vəlixan Təkəliyə Bəndan
əyaləti verildi və o, ora göndərildi.
Ustaclı əmirlərindən Mürşüdqulu xan Yegana Dürtacir və
Xorasanın bəzi yerləri, onun qardaşı İbrahim xana isə Əsfərayində
ülka verildi. Tərşizi Mahmud xan Sufioğluya, Xafı isə Vəlixan
Çərxçibaşıya inayət etdilər. Xəbuşanı və Xorasanın bəzi yerlərini
400
Budaq xan Çekəniyə tapşırdılar, Ağzıvar xan Şamlının oğlu
Əbülfəth xana - Xoşxəbər xana Kusuyə və Guryanda ülka verdilər.
Qorçibaşılardan olan Vəlixan Əfşara Kirman darüləmanı çatdı, Kuh-
Guluyə isə Xəlil xan Əfşara verildi. İraq mahalı əksərən ali dərgahın
əmirləri arasında bölüşdürüldü. Məğlubedilməz əmirlərdən olan
Əmir xanın qohumu Məhəmməd xan Mosulluya Kaşan,
Sultanhüseyn Şamlıya isə Qəzvin darüssəltənəsi verildi. Qum ülkası
keçmişdə olduğu kimi Heydər Sultan Çabuq Türkmana, Savə isə
Əbülməsum Sultan Tərxan Türkmana mərhəmət olundu. Rey ülkası
Müseyib xan Təkəliyə, Xar və Semnan - Şahqulu Sultan Beytoğlu
Zülqədərə, Savə, Çeblağ, Cuşqan və ərəblərin yaşadıqları bəzi yerlər
Şahrux xan Möhdara, Tarom, Xəlxal və oraların bəzi yerləri Pir
Məhəmməd xan üçün müəyyən edildi. Fars məmləkəti Zülqədər
əmirləri arasında bölüşdürüldü. Astrabad İbrahim xanın əmisi oğlu
Məhəmməd xan Hacılar Zülqədərə verildi, həmçinin hər tayfanın
hər bir əmirinə münasib ülkalar çatdı. Vəd olunduğu kimi Gilanın
Biyəpişi
313
və bütün mülkiyyəti uca "Üxüvvət" ləqəbi ilə Xan
Əhməd xan Gikmiyə verildi və o həmin xanədanı tutmağa yollandı.
Cənnətməkan şahın hörmətli qızlarından Məryəm Sultan bəyim ona
ərə verildi, Qəzvin darüssəltənəsində layiqli bir toy edildi, adı
çəkilən Xan Əhməd xan da şadman halda Gilana rəvan oldu. Hər
ikisi Ələmut qalasında məhbus olan və İsmayıl Mirzə tərəfindən
azad edilən Ləvənd xanın oğlu İsa xan Gürcü və Luvarsabın oğlu
Hümayun xana mərhəmət olundu, cənnətməkan şahın qardaşı Sam
Mirzənin qızını İsa xana verdilər və onu Şəki əyalətinə göndərdilər.
Hümayun xan İslamı qəbul edərək "Sultan Mahmud" xan
adlandırıldı və o da "Üxüvvət" ("Qardaş") ləqəbinə layiq görüldü,
izzət və ehtiramla Gürcüstana rəvan oldu, öz irsi ülkasını ələ aldı.
Məmləkətlərin əzəmətli seyidləri və əyan-əşrafi, istər
bəziləri cənnətməkan şahın dövründə orduda, istərsə də İsmayıl
Mirzənin zamanında ali sarayda idilər, öz istədikləri münasib
vəzifələrə təyin edildilər, şahdan gözəl xələtlər alıb öz işlərinə
yollandılar. O cümlədən islam məmləkətləri mürtəzası olan
("mürtəzaye-məmaleke-eslam")
Mirmiran
Yəzdi
314
yeni
soyurqallara sahibləndi. Mirmiranın bacısı ilə nikahdan doğulmuş
313
Məlum olduğu kimi, Gilan o zaman iki hissədən ibarət idi. Biyəpəs və Biyəpiş -
Ş.F.
314
Yəqin ki, Mürtəza Mirmiran Yəzdi oxunmalıdır - Ş.F.
401
İsmayıl Mirzənin qızı Sultan bəyimi onun kiçik oğlu Şah
Xəlilullaha, cənnətməkan şahın qızı Xanış xanımı onun böyük oğlu
Şah Nemətullaha verildi və mirmiram izzət və ehtiramla Yəzd
darülibadəsinə yolladılar. O da yüksək "Qardaş" ləqəbinə layiq
görüldü.
Xülasə, İsgəndər şanlı nəvvab dərya böyüklüyündə olan
əlini böyük inayət və ehsanla açıb xəzinə qapılarını qapamadı və
xeyli pul məsrəf etdi. Dövlət adamları və vəzir Mirzə Salman
adamların qəlbini cəzb etmək və onları tamahlandırmaq məqsədilə
məmləkətlərə göndərilən bütün əzəmətli əmirlərə şah xəzinəsindən
xərclik və onların gözləmədikləri bir illik və iki illik maaşlarını
verdilər. Belə ki, Əmir xana və adamlarına yeddi min tümən pul
verildi. Başqa əmirlərə, dövlət işçilərinə, kəlantərlərə və əyanlara da
cənnətməkan şahın dövründə xüsusi xələtlərlə dolub sanki bəhrə və
mədənə çevrilmiş xasseye - sərifə qiçaçixanasından* (dərzixana -
Ş.F.) xələtlər verildi. Elə bir gün olmurdu ki, İsgəndər şanlı nəvvab
tanımadığı adamlara belə on-iyirmi xələt verməsin. Əksəriyyəti on
il, bəlkə də daha çox müddətdə məvacib almayan əzəmətli qorçilərə
illik maaşlarının verilməsi əmr olundu. Cənnətməkan şahın
borclarını ödəmək üçün hökm edildi və şah xəzinəsindən sandıq-
sandıq nəğd qızıl gətirib qorçilərə ətək-ətək verməyə başladılar.
Münasib adamlarının üzünə [o zaman] divanın mənfəət
qapıları açıldı və rüşvət rəvac tapdı. Qızılbaş tayfaları oymaq
ağsaqqallarının himayəsi ilə müxalif əməllərə əl atıb vəzirləri və
dövlət başçılarını rüşvət almağa şirnikləndirir, istədiklərini edirdilər.
Yenidən hər oymağa əmirlər təyin olunurdu. Ülkalar və məmləkət
bölüşdürüldüyündən maaşlar şah xəzinəsindən paylanırdı. Hər
oymağın təəssübkeş adamları qiyam və fitnə-fəsada başlayıb hətta
istiqlal bayrağı qaldırmaq qərarına gəldilər.
Xülasə, qızılbaş tayfalarının hər birisi fəqət öz mətləblərini
həyata keçirməklə məşğul olduqlarından din və dövlət işlərinə az
diqqət yetirirdilər. Nəticədə, az vaxt içində şah xəzinələri pul və
maldan xali oldu. Əlli il ərzində mədənlərdən yığılmış firuzə torpağı
əllərin küləyi ilə torpaqla bərabər oldu. Həmin tayfaların
özbaşnalıqları və təkəbbürləri ucbatından ara qarışdı, orduda iki
tirəlik yarandı. İxtilafın yaranması və qızılbaşların dövlət işlərində
zəiflik göstərmələri barədə söz-söhbət yarandı. Buna görə də
dövlətdə nöqsanlar görünməyə başladı. Belə günün gəlişini çoxdan
gözləyən dövrün başqa padşahları və müxalif adamları fıirsəti
402
qənimət bilib, açıq-aşkar əcəm məmləkətlərinə göz dikdilər. Sultan
Murad Azərbaycan və Şirvan məmləkətlərinə tamah saldı. Ətraf
yerlərin illərlə itaətdən boyun qaçıran adamları istiqlal və
istibdaddan söhbət açıb öz zülm əllərini açdılar. Bu deyilənlərin hər
biri haqqında, inşaallah, vaxtlı-vaxtında danışılacaqdır.
CƏLAL XAN ÖZBƏYİN XORASANA GƏLİŞİ VƏ ONUN
MÜRTƏZAQULU XAN TÜRKMAN TƏRƏFİNDƏN
QƏTLİNİN ZİKRİ
İsmayıl Mirzənin hakimiyyəti
vaxtı şahzadələrin
öldürülmələri və səltənət köklərinin qırılması xəbəri hər yana
yayıldığından belə qənaət hasil olmuşdu ki, Şah İsmayıl bahadur
xanın övladlarından hal-hazırda İsmayıl Mirzədən və onun bir yaşlı
oğlundan başqa kimsə sağ qalmamışdır. İsmayıl Mirzə vaqiəsindən
sonra isə, ətraf yerlərin müxalifətdə olan adamları artıq bu sülalə
əsaslarının tamamilə zəiflədiyini və qızılbaşların hərc-mərcliyini
görərək, ayaqlarını itaət dairəsindən kənara çıxarıb, əl-qol atmağa
başladılar. O cümlədən, Ürgənc sultanlarından, Əbülməhəmməd
xanın vəfatından sonra başqa sultanlardan özünün şücaəti ilə
fərqlənən Dinməhəmməd xanın oğlu Cəlal xan, sayı təxminən altı-
yeddi min nəfərdən çox olan imansız özbək dəstəsi ilə Nisa və
Əbivərddən çıxıb Xorasanı qarət etmək və viran qoymaq məqsədi
ilə müqəddəs Məşhəd yaxınlığına gəldi. Əzəmətli əmirlərdən heç
kəsin ona müqavimət göstərmək qüdrəti olmadığından, hər biri öz
qalasına qonub gözləyirdilər ki, mütəsəddi bəylərbəyilərindən kim
isə onunla döyüşə başlasın və onlar ona qoşularaq müdafiə
olunmağa başlasınlar. Cəlal xan o ətrafda çoxlu soyğunçuluq və
qarətkarlıq etdikdən sonra Cam vilayətinə getdi, oradan da qənimət
əldə edib Sərəxs yolu ilə geri qayıtmaq və Xorasandan topladığı
qənimətləri öz vilayətinə çatdırmaq istədi. Müqəddəs Məşhəd
bəylərbəyisi Mürtəzəqulu xan Pornak ətraf yerlərə adam yollayıb,
vəzifələri ona kömək etmək olan əmirlərdən ləşkər tələb etdi.
Eşitdikdə ki, Cəlal xan vilayəti fəth etmədən qarətlə kifayətlənmiş
və geri qayıtmaq fikrindədir, kömək və əsgəri qüvvə gəlməsini
gözləmədən özünün az miqdar mülazimi və Məşhəddə olan qorçi
əmirləri ilə şəhərdən çıxaraq, onun ardınca Cam vilayətinə gəldi. O
yerlərin bir dəstə əmir və camaatı da ona qoşulduqdan sonra az-çox
üç min nəfər adam toplandı. Cəlal xan Camın Eşqabadında
403
Mürtəzaqulu xanın və qızılbaş ləşkərinin gəlişindən xəbər tutub
getməkdən əl çəkdi. Təcrübəli özbək atalıq
315
və ağsaqqallarından
bəziləri ona belə məsləhət görmüşdü: "Biz buraya qarət məqsədi ilə
gəldiyimizdən gərək müharibəyə baş qoşmayaq, qarət etdiyimiz
malları sağ-salamat öz yerinə çatdıraq".
Cəlal xan təkəbbürünün çoxluğundan qızılbaş ləşkərini
saya almayıb dayandı və döyüşə hazırlaşdı. Qoşunlar hər iki
tərəfdən döyüşə hazır vəziyyətdə düzüldülər. Kərənayın fəryadı
fələyin qulağını doldurdu, hər iki tərəfin igidləri döyüşə başladılar.
Gün doğandan gün batanadək vuruşub bir-birinə öz igidliklərini
göstərdilər. Qızılbaş qazilərinin döyüş məharətini və onların
meydandakı əzm və səbatını təsəvvür belə etməyən Cəlal xan bunu
öz gözləri ilə gördü. Onun qarşısına çıxan bu az miqdar qoşunun
cürət və igidliyini görüb təəccüb etdi, müharibəyə başladığına
peşiman oldu. Cahanı işıqlandıran və torpağın hər yerinə yayılan
günəş şüaları gizləndikdən sonra hər yan abbasilərin qara libasları
ilə bəzəndi. Hər iki dəstə döyüşdən əl çəkib hərə öz yerinə çəkildi və
sabaha qədər hərbə fasilə verildi. Qızılbaş qaziləri özbək ləşkərinin
cəsarətli hücumlarından elə təşvişə düşmüşdülər ki, daha onlara tab
edə bibcəklərini öz qüvvələrindən xaric sanırdılar. Mürtəzaqulu xan
böyük mərdanəliklə özbək qoşununu məğlub etmək səyində oldu.
Ertəsi gün bütün sabit və səyyar [ulduzların] sultanı olan günəş
fırlanmaqda olan fələyin mavi asimanında göründükdə və öz atəş
yağdıran qılınc şüaları ilə ulduzlar (kəvakib) qoşununu məğlub
etdikdə Mürtəzaqulu xan qızılbaş qazilərini müharibəyə
şirnikləndirdi, döyüşə başladı. Cəlal xan da o biri tərəfdən
qoşunlarını səf-səf düzdü. Ardıcıl həmlələrdən sonra igidliklə özü
hərbə başladı, atını döyüş meydanına sürdü. Döyüşün şiddətli
vaxtında, Allahın təqdiri ilə Ümmət bəy Ustaclı Cəlal xana çatıb,
tanımadan onu nizə ilə yerə sərdi. Atdan düşüb başım bədənindən
ayırmaq istədikdə Cəlal xanla birlikdə olan özbəklərin biri fəryad
çəkib dedi ki, öldürməyin, o Cəlal xandır. "Cəlal xan'" adını eşidən
türkman və çekəni qızılbaşlarından bir neçə nəfər adam hücum
edərək onu Ümmət bəyin və ustaclıların əlindən alıb çəkə-çəkə
Mürtəzaqulu xanın yanına gətirdi.
Həmin döyüşdə iştirak edənlər [mənə] söylədilər ki, Cəlal
xanla baş verən müharibədə ustaclılar igidlik göstərmiş və ustaclı,
315
Atalıq - atabəy və lələ mənasındadır.
404
türkman və çekəni tayfaları arasında Cəlal xanın əsir düşməsi
xüsusunda münaqişə düşmüşdü. Onların hər bin onun tutulmasını öz
işi kimi qələmə verirdi. Mürtəzaqulu xan onun qətlini məsləhət
gördü, xanın qürur və təbəkkürlə dolu olan başını bədənindən
ayırdılar. Cəlal xanın ələ keçirildiyini eşidən özbəklər qaçmağa
başladılar, onların bir hissəsi yarımcan halda aradan çıxa bildi. Şüarı
zəfər olan ləşkərin əlinə xeyli qənimət keçdi. Cəlal xanın başını
çoxlu yaraq və sursatla ali saraya yolladılar və mükafata layiq
görüldülər. Mürtəzaqulu xan bu məşhur qələbədən sonra Xorasanda
öz istiqlal bayrağını qaldırdı. Amma, belə mühüm bir fəthin Herat
bəylərbəyi olan Əliqulu xan Şamlının köməyi olmadan həyata
keçirdiyi üçün o, tez-tez qürurlanaraq Heratın bəylərbəyi və kama
yetən şahzadənin, yəni əlahəzrət zilləllah şahın lələsi olan Əliqulu
xanla hesablaşmamağa başladı. Mürtəzaqulu xan Əliqulu xanın
mətləbinin ziddinə hərəkət edərək, özünü ondan üstün sayırdı.
Beləliklə, onların arasında fitnəkar adamların təsiri ilə günü-gündən
düşmənçilik tozu ucalmağa başladı ki, bu da döyüşlə nəticələndi. Bu
haqda aşağıda danışılacaqdır, inşallah.
AZƏRBAYCAN VƏ ŞİRVAN HADİSƏLƏRİ, RUM
SULTANININ ORAYA LƏŞKƏR GÖNDƏRMƏSİ VƏ BU
HADİSƏLƏR ZAMANI BAŞ VERƏN ƏHVALATLARIN
ZİKRİ
Söz meydanının qoşun bəzəyənləri (sepəhara) qələmin
müşk yayan ucu ilə hadisə təsvirlərinə başlayaraq sözlərini belə
cilvələndirdilər: Allahın iradəsi (məşiyyət) ilə Azərbaycan və Şirvan
diyarı sakinlərinin arasına qarışıqlıq düşdüyündən, İsmayıl Mirzənin
başına gələn hadisədən sonra onların gün-güzəranı əziyyət və bəla
ilə keçirdi və əmin-amanlıq o diyardan kənar olmuş, orada yaşayan
əhalinin üzünə möhnət və bəla qapıları açılmış, o diyardan əmin-
amanlıq yox olmuş, fitnəkarlıq alovu göyə qalxıb hərbiçilərin və
rəiyyətin ömür və mal xırmanını yandırmış, gözəl vilayətin pak
yerləri [baş verən] hadisələrin təpiyi altında qalmış (ləgədkub),
pərişanlıq küçəsinin (kuy) avaralarında (averagan) dinclik və pənah
qalmamış, behişt kimi gözəl olan bostanları bəla tikanlığı (xarestan)
bürümüşdü. Xülasə, iki ilə yaxın müddət ərzində biganə əsgərlər
oraya hücum edib, qətl və qarətə qurşandılar. O vaxtadək heç vaxt
baş verməmiş bir məsələ - İslam əhalisinin əsir götürülməsi hadisəsi
405
(şive) baş verdi, o vilayətin seyidlərinin (sadat) və əyan-əşrafının
qadın və qızlarının çoxu zorla köləliyə (rəqiyyət) düçar oldular. O
vəziyyətin təfsilatı bəxt və taleyin izni ilə bu dəftərin zeylində
qələmə alınacaqdır. İran mülkünün iqtisadiyyatı və iranlılarının
vəziyyətinin yaxşılaşması cahanı bəzəyən zilləllah adil sultanın
divanından
316
, yəni kamyab nəvvab [Şah Abbasdan] asılı
edildiyindən, qalibiyyət bəxtli, hökmranlıq taxtı o həzrətin vücudu
ilə hələ bəzənmədiyi (arayeş) üçün qarışıqlıq azalmadı. Allaha şükür
ki, o həzrətin uzaqgörən əqlinin düzgün istiqaməti, həmçinin məşəl
kimi atəş saçan qılıncının şüası sayəsində idbar zülmətini iqbal
sübhü əvəz etdi, qarabəxt müxaliflər öz əməllərinin cəzasına
mübtəla oldular və əldən çıxan məmləkətlər [yenidən] ələ gəldi.
Onun ədalət günəşi rəiyyətin əmin-amanlığı üzərinə işıq saçdı,
əhalinin məişəti onun dövlət baharı kimi İrəm gülzarının təravətinə
malik oldu, ziddiyyətli (əzdad) dörd sütun onun ədalət memarının
yardımı ilə möhkəmləndirildi, biri digəri ilə xilaf və nifaqda olan
tayfalar razılıq (vəfaq) və ittifaq yoluna düşdülər. Bu gün İran
məmləkətləri cahan şahənşahının ədaləti sayəsində cənnət gülzarının
qibtəsinə səbəb olur. Ümidvarıq ki, onun hakimiyyət müddəti əmr
sahibinin zühuruna qədər uzansın, aləmdəkilər onun zavalsız
iqbalının sayəsində şəfqət (rafət) və inam (emtenan) kölgəsi altında
asudə olsunlar, onun cahan sakinlərinin asayişinə səbəb olan
mübarək zatı dövranın məkr və müsibətlərindən qurtulub, Allahın
amanında olsun. Sübhənallah! Gör ki, iqbal rəhbəri (qayed) müşk
ətirli qələmi tutub haradan-hara apardı. Xülasə, bəzi fitnəkar
kürdlər, xüsusilə Van və Azərbaycan arasında yaşayan Qazi bəy,
Şahqulu Bülbülanın və Qaziqıranın başqa övladları vaxt və zamanın
tələbi ilə şahlardan birinin itaətinə gəlib özünü onun bir mülazimi
edərdi, [bəzən də] fəsad yaradıb öz işləri məşğul olardı. Onlar
İsmayıl Mirzənin hakimiyyəti vaxtı onun xidmətinə üz tutub ondan
nəvaziş gördülər, İsmayıl Mirzənin vəfatından sonra dövlətin
nizamsızlığını və ləşkərin intizamsızlığını müşahidə edərək Vana
qayıtdılar, fitnəkarlığa başladılar, Van hakimi Xosrov paşanı da
şirnikləndirib fəsadlı işlər törətdilər.
Xosrov paşa ya özbaşına, ya da Rum padşahının əmri ilə,
cənnətməkan şah və Sultan Süleyman - Allah onların hər ikisinə
rəhmət etsin - arasında bağlanmış və təsdiqlənmiş sülh əhd-
316
İfadənin ərəbcəsi: "əs-sultanu-l-adelu zill-u-l-lahi"
406
peymanını pozaraq, Sültan Süleymanın öz xətti ilə yazılan və nəsil-
nəsil arada mövcud olan əhdnaməni unutqanlıq (nesyan) tağı üstünə
qoyaraq, o hüduddakı əskərləri kürd əmirləri ilə birlikdə Xoya,
Səlmasa və o hüdudun başqa yerlərinə göndərdi, illərlə yuxya
getmiş fitnəni oyatdı, özünü bu kəlamda dediyi kimi "Allah-təalanın
oyatmadığı kəslər həmişə yatar"
317
deyiminə giriftar etdi.
Xülasə baş verən birinci hadisə belədir: Azərbaycan bəylərbəyi
Əmir xan və onunla həmkar olan başqa əmirlər Təbriz
darüssəltənəsinə çatmazdan əvvəl Yaraqqalada, Urmiyədə,
Səlmasda və Xoyda olan Hüseynxan Sultan Xəbutlu
318
və Mahmud
Sultan Rumlunun üzərinə hücum etdilər. Neçə müddətdən bəri hər
iki tərəf arasında sülh və dostluğu görən qızılbaş qaziləri Rum
sultanının əhd-peymanı pozacağını güman etmirdilər. Buna görə də
onlar ehtiyatı əldən verərək, sakitcə öz yerlərində əyləşmişdilər.
Kürdlərin üsyan və tüğyan yolunu tutduqlarından və rum əsgərləri
ilə hücuma keçdiklərindən xəbər tutan qızılbaş döyüşçüləri
canlarından əl çəkib müdafiəyə başladılar. Müxalif tərəfin
döyüşçüləri qızılbaşlardan zəif olduqları üçün onların bu əməlindən
bir nəticə hasil olmadı. Amma kürdlər hiylə işlədərək onları məğlub
etdilər. Qızılbaşların çoxunun arvad-uşaqları yanlarında olduğundan
mərdanə döyüşüb şəhid oldular, arvadları və qızları kürdlər
tərəfindən əsir, malları tarac, rəiyyətlərinin var-yoxu qarət edildi. Bu
hadisədən sonra Göyərçinlik qalası və Urumi qalasının yaraq-sursatı
kürdlər tərəfindən zəbt olundu.
Bundan sonra Əmir xan Təbrizə çatıb bu vəziyyəti düzəltmək
üçün öz əmir yoldaşları və Azərbaycan ləşkəri ilə, təxminən on-on
beş nəfər adamla döyüşə yollandı. Kürd əmirləri müqavimət göstərə
bilmədilər, onların bəzisi qalada gizləndi, bəzisi isə öz yerlərinə
qayıtdı. Ülka qarətə getdiyindən, rəiyyət dağıldığından və var-
yoxdan çıxdıqlarından qızılbaş əmirlərindən bir nəfər belə həmin
diyarda qala bilmədi. Əmir xan da oranın qalalarını və bütövlükdə
məmləkəti oldə saxlaya bilmədiyi üçün geri qayıdıb Təbrizə çatdı.
Bu get-gəl o mülkün dağılmasına səbəb oldu. Xoyun, Səlmasın və
Urmiyanın əksər rəiyyəti qaçıb getdi. Yavaş-yavaş dönərək o
yerlərdə yenidən yaşayanlar isə çarəsiz qalıb müxaliflərə itaət etdilər
və həmin məmləkət onların əlinə keçdi. Sərhəddə çaxnaşma,
317
Kəlamın ərəbcəsi: "əl-fiətu nəimətu-l-lahi mən əyqazahə".
318
Xunuslu olmalıdır.
407
rumilərin müxalifəti, kürdlərin üsyanı eşidiləndə öz boyunlarını
ədəb ciblərinə yığmış tayfaların bəzi adamları biədəblik ayaqlarını
açaraq fitnə-fasada əl uzatdılar. İllərlə bu yerlərin nemətini yeyib
boya-başa çatan, Sulduzda və Marağanın Miyanduabında yaşayan
başqa tayfa üzvləri də öz duzlarına haram qatdılar. Onların sərdarı
Əmirə bəy özünü "Əmirə xan" adlandırıb Marağaya yaxınlaşmışdı.
Cənnətməkan şahın xüsusi atlarından ibarət on min baş bədəvi, tazi,
ayqır və madyan atı olan Qaraçubuq ilxısını öz yerindən çıxarıb
apardı. Bu xəbər Əmir xana çatdıqda onların ardınca düşdüsə də
tozlarına belə çata bilmədi. O, yollarda qalan və ləşkərin gələcəyi
qorxusundan aparıla bilməyən bir neçə baş atı geri qaytarıb onları
Təbrizə gətirdi. Şirvan vilayətlərinin
319
əhalisi də düşmənçilik
fikrinə düşmüşdü. Şirvanın sabiq sultanlarının nəslindən olan
Bürhanın oğlu Əbubəkr Mirzə qızılbaşların qorxusundan Dağıstan
və Çərkəs hüdudlarında avaralanırdı. Əhali onu da şirnikləndirdi.
Şirvan hərbçiləri qalıqları nəslindən (nejad) olan ləzgi və qarabörk
tayfasının iki-üç min adamı onun başına toplaşıb vilayətə xəsarət
yetirdi. Əbubəkr Mirzə Rum xandgarının yanına adam yollayıb,
rumilərin köməyi ilə Şirvan məmləkətini alaraq, özünü xondgarın
mülazimi etmək barədə ondan kömək istədi. Şirvan əhalisindən bir
dəstə adam da İstanbula gedərək məzhəblərinin bir olduğunu izhar
etdi, qızılbaşların zülmündən şikayətləndi. Bu işlərin baş
verməsindən istifadə edən Rum valisi Sultan Murad atalarının sülh
sazişini pozdu. O, bu beytdə deyildiyi kimi:
Dostları ilə paylaş: |