AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU
AZƏRBAYCAN
TARĠXĠ
XIX əsr
YEDDİ CİLDDƏ
IV CİLD
BAKI–2007
Bu kitab “Azərbaycan tarixi. Yeddi cilddə. IV cild” (Bakı, Elm, 1998)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.
Məsul redaktor: Mahmud Ġsmayılov
AMEA-nın müxbir üzvü
ISBN 978-9952-448-37-5
947. 5402-dc22
Tarix – Azərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr).
Bakı. ―Elm‖. 2007. 504 səh. + 48səh. illüstrasiya.
Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX
əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal
torpaqları Rusiya imperiyasının tərkibində qaldı. Cilddə istilanın gedişi, çar
Rusiyasının Şimali Azərbaycanı ucqar müstəmləkəyə çevirməsi siyasəti, xalqın
ona qarşı mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi, əsrin son
rübündə burada kapitalist münasibətlərinin qərarlaşması, bununla əlaqədar
sənayenin, kənd təsərüfatının inkişaf xüsusiyyətləri. Soisal dəyişikliklər, siyasi-
ictimai hadisələr, eləcə də xalqımızın millət kimi təşəkkül tapması, milli şüurun
yüksəlişi, Azərbaycan dili və mədəniyyətinin inkişaf mərhələləri işıqlandırılmışdır.
© ―Elm‖ nəşriyyatı, 2007
GĠRĠġ
―Azərbaycan tarixi‖nin dördüncü cildində XIX əsrin əvvəllərində Şimali
Azərbaycanın çar Rusiyası tərəfindən istilası, bu əsrdə onun sosial-iqtisadi, ictimai-
siyasi həyatı mədəniyyəti tarixi işıqlandırılır. Dövrün mühüm məsələlərini tədqiqi
üçün, əlbəttə, tarixşünaslığın istər XIX əsr, istərsə də XX əsrdə əldə etdiyi
nailiyyətlərdən, həmçinin ilk mənbələrdən istifadə olunmuşdur. Biz ilk mənbələr
dedikdə, Rusiyanın Mərkəzi Dövlət Tarix arxivində, Mərkəzi Dövlət Hərbi Tarix
arxivində, Peterburq MDTA, Gürcüstan və Azərbaycanın tarix arxivlərində XIX
əsr tariximizin müxtəlif məsələləri üzrə toplanmış materialları, həmçinin çap
olunmuş mənbələri, ilk növbədə on iki cilddən ibarət ―Qafqaz Arxeoqrafiya
Komissiyasının Aktları‖nı, bununla yanaşı, XIX-XX əsrlərdə Rusiya və
Azərbaycan tarixşünaslığının nailiyyətlərini nəzərdə tuturuq.
Azərbaycan çar Rusiyası tərəfindən istila edildikdən sonra rus alimləri
Azərbaycan xalqının XIX əsr sosial-iqtisadi, siyasi və mədəniyyət tarixini tədqiq
etmək sahəsində müəyyən işlər görmüşlər. Bu alimlərdən İ.N.Berezinin 1849-
1852-ci illərdə nəşr olunmuş ―Dağıstan və Zaqafqaziya səfəri‖ əsərini qeyd
etməliyik. S.B.Bronevskinin, O.Yevetskinin, B.Zubovun, Y.A.Qaqameystürin,
Q.E.Startsevin, V.Simonoviçin, S.D.Perşkenin, A.Brilinskinin, İ.L.Seqalın,
N.A.Petrovun, V.İ.Masalskinin və başqalarının özündə Azərbaycanın XIX əsr
tarixi məsələlərini əks etdirən əsərlərini də göstərməliyik. Azərbaycanın XIX əsrə
qədərki, həmçinin XIX əsrin əvvəlləri tarixinin bəzi məsələlərini özündə
cəmləşdirmiş əsərlərin – ―Qarabağnamə‖lərin müəllifləri Mirzə Yusif Qarabağini,
Mir Mehdi Xəzanini, Mirzə Adıgözəl bəyi, Mirzə Camalı, Əhməd bəy Cavanşiri,
Məhəmməd Baharlını da unutmamalıyıq. Bu dövrün belə tarixçilərindən
danışarkən Abbasqulu Ağa Bakıxanovun ―Gülüstani – İrəm‖ kitabını və
əsərlərində XIX əsrin I yarısı tariximizin bir sıra məsələlərini əks etdirən,
Dərbənddə doğulmuş, Qazan və Peterburq Universitetində işləmiş Mirzə
Məhəmməd Əli Kazım bəyi xüsusilə qeyd etməliyik.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Peterburqda, Rusiyanın digər
şəhərlərində yaşamış tarixçilərdən İ.Q.Butkovu, V.A.Pottonu, N.F.Dubrovini
göstərmək lazımdır. Onların əsərlərində Azərbaycanın XIX əsr siyasi, sosial-
iqtisadi tarixinin bir çox məsələləri öz əksini tapmışdır.
XIX əsrin 50-ci və sonrakı illərində yaşamış, o dövrün mətbuatında XIX
əsr Azərbaycan tarixinin bir çox məsələlərinə, xüsusən Azərbaycan şəhərlərinin
tarixilə bağlı məsələlərə toxunmuş Kərim bəyi, Səfiyev Mirzə Məmmədəlini,
Vəlizadə Mirzəni, Cəlal Əfəndini, Həsən bəy Bağırovu, N.Qiyasbəyovu,
M.Quliyevi, Rəşid bəy Əfəndiyevi, M.A.Şaxtaxtinskini, Mir Həşim bəy Vəzirovu,
M.Əfəndiyevi, F. Və Z.Sultanovları, M.Mahmudbəyovu, H.Minasazovu,
A.M.Mehmandarovu, T.Bayraməlibəyovu göstərmək olar. Xalqımızın görkəmli
oğulları olan M.F.Axundov, Seyid Əzim Şirvani, Həsən bəy Məlikov Zərdabi də
öz əsərlərində XIX əsr tarixinin bir sıra məsələlərinə toxunmuşlar.
1904-cü ildə Rəşid bəy İsmayılovun ―Qafqazın qısa tarixi‖ kitabı nəşr
olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin
bəzi məsələləri öz əksini tapmışdır.
Hacı Şeyx Həsən Mollazadənin dördcildlik ―Zübdət-üt-təvarix‖ adlı
əsərinin dördüncü cildində İranın, Qafqazın, Orta Asiyanın tarixi ilə yanaşı,
Azərbaycan tarixinin XVIII əsrin sonundan başlayaraq XX əsrin birinci on illiyi
dövrü məsələləri də işıqlandırılmışdır.
1918-ci il mayın 28-də elan olunmuş müstəqil Azərbaycan Cümhuriyyəti
dövründə digər vacib məsələlərlə yanaşı, maarifin, o cümlədən tarixşünaslığın
inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmiş, elm, adamları hazırlamaq üçün
xarici ölkələrə nümayəndələr göndərilmiş, 1919-cu ildə Bakı Universiteti
yaradılmışdı. O vaxta Parisdə Adilxan Ziyadxanovun ―Azərbaycan‖, Əkbərağa
Şeyxülislamovun ―Qafqaz Azərbaycan Respublikası‖ kitabları çapdan çıxmış,
M.Ə.Rəsulzadənin ―İran və Azərbaycan‖, ―Azərbaycanın paytaxtı‖ məqalələri çap
olunmuşdu. Bu məqalələrdə çox mühüm məsələlərə - Azərbaycan xalqının
təşəkkülü, onun qonşu xalqlarla əlaqələri, Bakı şəhərinin inkişafı və s. Məsələlərə
toxunulur. Azərbaycanın mədəni həyatını, tarixi keçmişini işıqlandırmaqda ―Səfa‖,
―Nicat‖, ―Nəşri-maarif‖, İran maarifçisi ―Tərəqqi‖ cəmiyyətləri mühüm rol
oynamışdılar.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti elan
olunduqdan sonra ictimai elmləri, o cümlədən Azərbaycan tarixini öyrənən elmi
qurumlar meydana çıxmağa başladı. 1923-cü ildə Azərbaycanı öyrənən
―Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti‖ yaradıldı.
Azərbaycanda
1929-cu
ildə
Azərbaycan
Dövlət Elmi-Tədqiqat
İnstitutunun yaradılması respublikada Azərbaycan tarixinə dair tədqiqatların həyata
keçirilməsində və yazılı tarixi mənbələrin nəşrində mühüm rol oynadı.
1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının
Azərbaycan şöbəsi, 1936-cı ilin martında isə Elmlər Akademiyasının filialı
yaradılmışdı. Onun nəzdində Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət
göstərirdi. 1970-ci ildə bu institut Tarix İnstitutu adlandırıldı. Onun nəzdində
arxeologiya və etnoqrafiya bölmələri yaradıldı. Lakin təəssüf ki, Azərbaycanın
XIX əsr tarixini tədqiq etmək sahəsində əhəmiyyətli bir iş görülmürdü. Əsas iş
marksizm-leninizm klassiklərinin əsərlərinin nəşrinə və XX əsrin ilk iki on
illiyində baş verən fəhlə çıxışlarının öyrənilməsinə yönəldilmişdi. Bununla yanaşı,
akademik V.V.Bartoldun Bakıda 1925-ci və 1926-cı illərdə nəşr etdiyi
―Azərbaycan tarixinin qısa xülasəsi‖ və ―Türk xalqlarının tarixinin öyrənilməsinin
müasir vəziyyəti və ən vacib vəzifələri‖, akademik A.N.Samoyloviçin ―Qafqaz və
Türk dünyası‖ əsərlərini göstərmək olar. N.İ.Meşşaninov, Ə.Ələkbərov, P.K.Juze,
Əziz Qubaydulin kimi alimlər Azərbaycan tarixinin müxtəlif dövrləri və məsələləri
üzrə əsərlər nəşr etsələr də, bu əsərlərdə Azərbaycanın XIX əsr tarixi məsələləri
tədqiq olunmamışdır.
Azərbaycanın XIX əsr tarixi məsələlərini ilık tədqiq edənlərdən Bakı
Universitetinin professoru Q.Q.Pisarevski, T.Passek, T.Latınin, V.M.Sısoyev
olmuşlar. Bu istiqamətdə V.M.Sısoyevin 1925-ci ildə nəşr etdirdiyi ―Azərbaycan
tarixi (Şimali)‖ əsərini xüsusi qeyd etmək lazımdır.
Bu dövrdə, yəni 1920-ci illərdə Vəli Xuluflu, M.Əfəndizadə, H.İmanov,
Abdulla Salamzadə, Ağamir Məmmədov, Rəşid İsmayılov və başqaları kimi
azərbaycanlı tarixçilərimiz olmuşdur. Onlar da öz tədqiqatlarında Azərbaycanın
XIX əsr tarixi məsələlərinə toxunmamışlar. H.Minasazov isə 1826-1828-ci illər
Rusiya-İran müharibəsi məsələlərinə xüsusi əsər həsr etmiş və 1826-cı ildə
Gəncədə Rusiya işğalına qarşı baş vermiş üsyanla əlaqədar olaraq öz əsərini ―Bir
inqilabın yüz illiyi‖ adlandırmışdı.
40-cı və 50-ci illər Azərbaycanda tarixçi alımlər nəsli yetişdi. Onlardan
yalnız
Ə.S.Sumbatzadə,
İ.M.Həsənov,
M.Ə.İsmayılov,
M.M.Əfəndiyev,
R.Ə.Mehdiyev, İ.A.Talıbzadə XIX əsr tarixi mənbələrinin tədqiqi ilə məşğul
olmuş, Azərbaycanın çar Rusiyası tərəfindən istilası məsələlərinə dair onlarla
məqalə, Azərbaycanda aqrar münasibətlər, kənd təsərrüfatı və sənayenin, xüsusən
neft sənayesinin tarixinə dair əsərlər nəşr etmişlər. Bu istiqamətdə Rusiya
tarixçiləri N.Q.Boqdanova, K.A.Pafitnov və Q.Q.Pisarevski müəyyən işlər
görmüşlər.
1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində üç cilddən ibarət
―Azərbaycan tarixi‖ nəşr olundu.Onun II cildi Azərbaycanın XIX-XX əsrin
əvvəllərinə dair tarixinə həsr olunmuşdur. Bu cild, demək olar ki, Azərbaycanın
XIX əsr tarixinə bütövlükdə həsr olunmuş ilk əsəridir. Cildin yazılması üçün
müəlliflər külli miqdarda material toplamışlar. Bu materialların əksəriyyəti
tarixşünaslıq elminə ilk dəfə gətirilmiş, XIX əsr tarixinin istər sosial-iqtisadi, istər
siyasi, istərsə də mədəniyyət problemlərinə dair ətraflı və yeni məlumatlar
verilmişdir. Bu dövrdə Ə.N.Quliyevin və İ.M.Həsənovun XIX əsrin birinci
yarısında Azərbaycan tarixşünaslığına dair kitabı da nəşr olunmuşdur. Bu sahədə
Ə.S.Sumbatzadənin, M.C.İbrahimovun və Ə.Hüseynzadənin xidmətləri də qeyd
olunmalıdır.
Üçcildlik ―Azərbaycan tarixi‖ nəşr edildikdən sonrakı illərdə Azərbaycan
tarixinin bütün dövrləri üzrə. O cümlədən XIX əsr üzrə tədqiqatlar sahəsində
xüsusi nailiyyətlər əldə edildi, bir neçə kitab, xeyli məqalə nəşr olundu. Bu
istiqamətdə Ə.S.Sumbatzadənin XIX əsr kənd təsərrüfatı və sənayə tarixinə,
M.Ə.İsmayılovun XIX əsrin sonu – XX əsrin əvvəlləri ndə Azərbaycanın kənd
təsərrüfatı və sənaye tarixinə, kənd təsərrüfatında kapitalizmin inkişafı tarixinə həsr
etdikləri
monoqrafiyaları qeyd olunmalıdır. Bu dövrdə sonuncunun
M.C.İbrahimovla birlikdə Azərbaycanın neft sənayesi tarixinə, A.Ş.Milmanın
Azərbaycanın siyasi quruluşuna, İ.V.Striqunovun proletariatın formalaşmasına həsr
etdikləri monoqrafiyaları qeyd olunmalıdır. İ.A.Talıbzadənin XIX – XX əsrin
əvvəllərində suvarma və sudan istifadəyə, D.İ.İsmayılzadənin XIX əsrin 30-cu illər
XX əsrin başlanğıcında rus kəndlilərinin Azərbaycana köçürülməsi, Hacı Murad
İbrahimbəylinin Azərbaycanın XIX əsr hərbi tarixinə həsr olunmuş əsərlərini
göstərmək olar.
Sonrakı dövrü, yəni 70-ci illərin sonu – 90-cı illər tarixşünaslığı
məsələlərinə toxanmazdan əvvəl bir məsələnin üzərində dayanmaq zəruridir.
XX əsr Azərbaycan tarixinin bir sıra məsələləri adları çəkilən
əsərlərin çoxunda sovet dövrünün kommunist ideologiyasının hakim
―konsepsiyasının‖ təsiri altında müəyyən istiqamətdə təhrif olunmuşdu. Göstərilən
məsələlərdən biri Azərbaycanın XIX əsrin birinci onilliklərində yazılmış əsərlərdə,
həm rus, həm də Azərbaycan tarixşünaslığında bu məsələ, yəni çar Rusiyasının
Azərbaycanı istila etməsi düzgün qiymətləndirilmişdir. Lakin 40-cı illərdən sonra
istər Rusiya, istərsə də Azərbaycan tarixşünaslığında ―hakim‖ ideologiyasının
diktəsi ilə dəyişiklik aparılmış, Azərbaycanın çar Rusiyası tərəfindən zəbt
olunması, onunucqar müstəmləkə olması ―birləşmə‖ məfhumu ilə əvəz edilmişdi.
Azərbaycan tarixşünaslığında hələ 1950-ci illərdə ―Azərbaycanın Rusiyaya
birləşdirilməsi və onun iqtisadiyyat və mədəniyyət sayəsində mütərəqqi nəticələri‖
əsəri, bir sıra məqalələr nəşr olunmuşdur. Bundan başqa, 1964-cü ildə
―Azərbaycanın Rusiyaya daxil olmasının‖ 150 illiyi respublikada təntənəli qeyd
edilmişdir. Fəqət elmi həqiqət bərpa olundu. 80-cı illərdə tarixşünaslığımızda əsaslı
dəyişiklik baş verdi, hadisələr həqiqi surətdə təhlil olundu, Azərbaycanın çar
Rusiyası tərəfindən istilası məsələsi də düzgün işıqlandırıldı.Başqa misallar da
gətirmək olar. Məlum olduğu kimi, çar Rusiyasının işğalından sonra 1804-cü ildə
Car-Balakəndə, 1826-cı ildə Gəncədə, 30-cu illərdə Car-Balakəndə, Qubada,
sonrakı illərdə, həmçinin Şeyx Şamilin Dağıstanda üsyanı zamanı Azərbaycanın
Dağıstanla sərhəd rayonlarında (Zaqatala. Şəki və b.) üsyanlar baş vermişdi. Bu
üsyanlara tarixşünaslıqda 1940-1970-ci illərdə düzgün qiymət verilməmiş, hətta
bəzi hallarda onlar qiyam belə adlandırılmışdı. Halbuki bu üsyanlarəsasən çar
müstəmləkəçiliyinə qarşıyönəldilmişdi. Eyni sözləri XIX əsrin son rübündə baş
vermiş qaçaq hərəkatına da aid etmək olar.
Sonrakı illərdə, xüsusən 80-cı illərin ikinci yarısından, SSRİ-
nin süqutundan başlayaraq, tarixi tədqiqatlarda həqiqətlər bərpa olunmağa başladı.
Bu baxımdan 80-ci və 90- cı illərin tarixşünaslığında ilk növbədə Tarix
İnstitutunun kollektivi tərəfindən Azərb. EA müxbir üzvi İ.H.Əliyevin
redaktorluğu ilə 1993-cü ildə azərbaycanca, 1995-ci ildə rusca işıq üzü görmüş
―Azərbaycan tarixi‖ kitablarını qeyd etmək lazımdır. 1994-cü ildə akademik
Z.M.Bünyadov və professor Yusif Yusifovun redaktəsi altında nəşr olunmuş
―Azərbaycan tarixi‖ kitabında XIX əsr dövrü Azərb. EA müxbir üzvü
M.Ə.İsmayılov tərəfindən yazılmışdı. Bundan başqa, M.Ə.İsmayılov 1992-1997-ci
illərdə üç dəfə, eyni zamanda 1995-ci ildə rus dilində, yenə həmin ildə Dubayda
ərəb dilində ―Azərbaycan tarixi‖ kitablarını nəşr etdirmişdir. Bu kitablarda da XIX
əsr Azərbaycan tarixi özünün xüsusi təhlilini tapmışdır.
70-90-cı illərdə çoxsaylı ixtisaslı tarixçilərimizin Azərbaycab
tarixinin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi üzrə xeyli əsərləri nəşr olundu.
Lakin təəssüf ki, XIX əsr tarixinə dair monumental, ümumiləşdirici monoqrafiya
və digər əsərlər azdır. Çapdan çıxmış əsərlərin çoxu Azərbaycanın sosial-iqtisadi
tarixinə həsr olunmuşdur Bu məsələlərdən XIX – XX əsrin əvvəllərində
Azərbaycanın sosial-iqtisadi quruluşu, Azərbaycan kəndinin sosial-iqtisadi
inkişafının səviyyəsi, neft sənayesinin tarixi, Azərbaycanda kənd təsərrüfatı
alətlərinin istehsalı, torpaq sahibliyi və torpaqdan istifadə, neft istehsalı və Rusiya
iqtisadiyyatı, mülkədar təsərrüfatı və s. Problemlər M.Ə.İsmayılov, Q.C.Cavadov,
Y.İ.Ələsgərov, V.H.Kərimov, V.A.Səmədov, M.M.Gülmalıyev və Ə.A.Umayevin
əsərlərində öz əksini tapmışdır.
Tarixi əsərlər içərisində Azərbaycanın Rusiya ilə münasibətləri,
ümumiyyətlə, ölkənin siyasi tarixinə dair də əsərlər vardır. Bu istiqamətdə
XV_XIX əsrlərdə Azərbaycan – Rusiya münasibətləri, çarizmin siyasətini
Azərbaycanda həyata keçirənlər, rus kəndlilərinin Zaqafqaziyaya, o cümlədən
Azərbaycana köçürüməsi və s. Mövzulara tarixçilərdən, F.M.Əliyev, F.Əsədov,
D.İ.İsmayılzadə, S.Kərimova öz əsərlərində geniş yer vermişlər. Tarixçi alimlər,
başqa sahələrin tədqiqatçıları Azərbaycanda təhsil və bununla bağlı məsələlərin
tədqiqinə də çox diqqət yetirmişlər. Rusiya ali məktəblərində təhsil alan
azərbaycanlılar, XIX əsrdə Azərbaycan ziyalıları, Azərbaycanda siyasi təhsil,
Azərbaycan məktəbləri, maarif, Azərbaycan burjuaziyasının maarifçilik fəaliyyəti
və s. Məsələlər E.S.Əliyev, D.S.Hüseynova, M.F.Məlikov, A.Q.Mustafayev,
N.A.Tahirzadə və S.Talıbova kimi tarixçilərin əsərlərində şərh olunmuşdur.
Tarixçilər və digər ixtisasçılar Azərbaycan mədəniyyətinin bir çox
sahələri, dövri mətbuat, görkəmli siyasi və mədəniyyət xadimləri barəsində xeyli
əsərlər yazmışlar. Bunlardan Azərbaycanın dövri mətbuatı, M.Şaxtaxtinskinin rus
dövri mətbuatında fəaliyyəti, Azərbaycan teatrı, onun inkişaf mərhələləri, H.Cavid,
Ü.Hacıbəyov haqqında, mədəniyyət, mətbuatda Azərbaycanda ədəbi tənqid
məsələləri N.Axundov, K.Zeynalova, İ.Kərimov, Q.Məmmədli, S.Mövlayeva,
K.Talıbzadə tərəfindən tədqiq olunmuşdur.
Tarixşünaslıqda XIX əsr tarixinə dair, şəhərlərin tarixi, şəhərlərin su və s.
Ilə təchizatı məsələləri və digər mövzular üzrə də xeyli işlər görülmüşdür.
Bunlardan Bakı (N.Məmmədov və M.Ə.Musayev), Şimali Azərbaycan şəhərləri
(E.B.Muradəliyeva),
Şəki
(M.Ə.İsmayılov),
Gəncə
(kollektiv),
Şuşa
(G.N.İsmayılova) şəhərlərin tarixini göstərmək olar. Bununla yanaşı, XIX əsrdə
Azərbaycanda şəhər tikintisi, memarlıq, şəhərlərin təchizatı məsələlərinə də
tədqiqatlar həsr olunmuşdur (V.Xanəliyev, Ş.S.Fətullayev).
Bu dövrdə mətbuat (V.Məmmədov), Azərbaycan burjuaziyasının
xeyriyyəçiliyi (M.Ə.İsmayılov), Azərbaycan tarixşünaslığı (Ə.S.Sumbatzadə)
məsələlərinə dair də əsərlər nəşr olunmuşdur.
Cilddə, müəyyən fəsillərdə dövrünə görə, Cənubi Azərbaycan tarixinin
sosial-iqtisadi, siyasi və mədəniyyət problemləri haqqında məlumatlar verilir.
Cildin mətni aşağıdakı müəlliflər tərəfindən yazılmışdır:
Giriş: M.Ə.İsmayılov.
I fəsil: Azərb. EA müxbir üzvü M.Ə.İsmayılov,
II fəsil: Akad Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, tarixm elmləri doktoru
Ə.A.Umayev, t.e.d., prof. T.T.Vəliyev, t.e.d., prof. İ.M.Həsənov, iqtisad elmlər
doktoru M.Ə.Musayev, t.e.d M.İbrahimov, t.e.d. P.Ş.Milman, t.e.n. İ.A.Talıbzadə.
III fəsil: hüquq elmləri doktoru Ə.M.Əhmədov, t.e.n. N.A.Tahirzadə, t.e.n.
N.Məmmədov.
IV fəsil: M.Ə.İsmayılov, P.Ş.Milman.
V fəsil: Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, T.T.Vəliyev, M.C.İbrahimov,
Ə.A.Umayev, İ.V.Striqunov, M.Ə.Musayev, t.e.n. R.Bağırov.
IV fəsil: M.Ə.İsmayılov, İ.M.Həsənov, Ə.A.Umayev, İ.A.Talıbzadə.
VII
fəsil:
M.Ə.İsmayılov, M.C.İbrahimov, İ.V.Striqunov, t.e.d.
D.B.Seyidzadə.
VIII fəsil: İ.V.Striqunov.
IX fəsil: Azərb. EA həqiqi üzvü Ə.Salamzadə, N.Tahirzadə, t.e.n.
L.Əliyeva, t.e.n. H.N.Həsənov,
***
Tarix İnstitutu hələ 70-ci illərin əvvəllərindən çoxcildli ―Azərbaycan
tarixi‖ni hazırlamağa başlamışdı və bir neçə cildlərin mətnləri hətta müzakirədən
keçmişdi. Lakin çoxcildlik üzrə görülən işlər tamamlanmamışdı.
Təqdim olunmuş cildin siyahıda göstərilmiş müəlliflərinin bir çoxu artıq
dünyasını dəyişmiş (Ə.S.Sumbatzadə, İ.M.Həsənov, M.Ə.Musayev, İ.A.Talıbzadə,
İ.V.Striqunov, Ə.Salamzadə, L.Əliyeva), yaxud da İnstitutun elmi fəaliyyətində
iştirak etmirlər. Təqdim olunmuş mətnlər müasir dövrün tələbləri əsasında
redaksiya və müəlliflər heyəti tərəfindən işlənmişdir. İnstitutun IV cildin məsul
redaktoru Azərb. EA müxbir üzvü M.Ə.İsmayılovun başçılıq etdiyi yeni tarix
şöbəsinin işçiləri bu mətnlər üzərində əsaslı surətdə işləməli olmuşlar. Onlardan
tarix elmləri doktorları mərhum D.S.Hüseynovanı, D.B.Seyidzadəni, tarix elmləri
namizədləri H.N.Həsənov, S.M.Mustafeyava, N.R.Məmmədov, Z.A.Qafarova,
İ.S.Bağırova, K.R.Ocaqova, E.S.Əliyev, G.N.İsmayılovanı göstərmək olar. Əslində
onlar həm müəllif kimi cildə yeni elmi əlavələr, həm də son illərdə araşdırmalar
nəticəsində əldə edilmiş məlumatlar daxil etmişlər. Onların əməkləri
minnətdarlıqla qeyd olunur.
I FƏSĠL
ġĠMALĠ AZƏRBAYCANIN
RUSĠYA TƏRƏFĠNDƏN ĠSTĠLASI
§ 1. AZƏRBAYCANIN ĠSTĠLASININ BAġLANMASI
XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq
vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə
parçalanmışdı. Qonşu xalqların ərazilərini ələ keçirmək uğrunda xanlar arasında
ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə ərazisinin böyük
əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi
tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi
Qafqaz barəsindəki işğalçı niyyətləri, İran işğalçılarının viraneidici türüşləri
vəziyyəti daha da gərginləşdirirdi.
Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri
Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir
mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail
olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii
sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq rus elminə məlum idi və
təsadüfi deyildir ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin
mənimsənilməsini onun istilası ilə bağlayırdı. Qızılboya, yun, ipək, pambıq, tütün,
yanacaq və s. Rusiya sənayesinin xammal və yanacaqla təmin edə bilərdi.
Zaqafqaziyanın siyasi və hərbi-strateji əhəmiyyəti xüssusilə böyük idi. Bu
diyarın işğalı ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə
həll edə bilərdi. Rusiya Mərkəzi Qafqazı hələ fəth edə bilməmişdi. Cənubi
Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan
ötrü əlverişli şərait yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o
cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı.
Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-
hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.
Cənubi Qafqazdakı mürəkkəb vəziyyət Rusiyanın işğalçı planlarının bu
diyarda həyata keçirilməsini obyektiv olaraq asanlaşdırırdı. Feodal ara
müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı var-yoxdan çıxarırdı.
Zəruri ilkin sosial-iqtisadi şərtlərin, yetkin siyasi qüvvələrin olmaması üzündən
ayrı-ayrı xanların Azərbaycanı öz başçılıqları altında birləşdirmək cəhdləri
müvəffəqiyyətsizliyə uğrayırdı.
Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi
Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən
hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar.
1800-cü ilin sonunda İngiltərə nümayəndəsi Malkolm İrana gəldi və 1801-
ci ilin əvvəlində o bu dövlətlə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini
bağlamaqla İngiltərə İranın daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər
hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət
heyətilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü.
Ticarət müqaviləsi razılığa gələn tərəflərin tacirlərinə öz mallarını hər iki
dövlətin ərazisinə azad danışmaq hüququ veriridi. İngiltərə tacirlərinə İranın
istənilən şəhər və limanında məskən salmağa icazə verilir, Onların malları isə hər
cür vergilərdən azad olunurdu.
Müqavilələr ölkənin bazarını ingilis tacirlərinin üzünə geniş açır, İranı öz
müstəmləkə mülklərini genişləndirmək uğrunda mübarizədə İngiltərənin
antirussiyasətinin alətinə, öz müstəmləkəsini – Hindistanı kənar təcavüzlərdən
qorumaq, Zaqafqaziya barəsində özünün uzağa gedən planlarını həyata keçirmək
üçün meydana çevirirdi [1].
Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilə növbədə Rusiyaya qarşı
yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I
Pavelin öldürülməsindən və I Aleksadrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin
qüvvələr nisbəti dəyişdi. I Aleksadr Fransa ilə əlaqələri qırdı və İngiltərə ilə
yaxınlaşdı. Bu dövrdə təcavüzkar napoleinçu Fransanın mövcudluğu şəraitində
Rusiya ilə yaxınlaşmağı yüksək qiymətləndirən İngiltərə artıq İranı açıqca müdafiə
edə bilmirdi. Fransa bu vəziyyətdən dərhal istifadə etməyə imkanını əldən
verməyərək, Rusiya əleyhinə müqavilə bağlamağı şah İranına təklif etdi.
İngiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksadr Cənubi Qafqaz
barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl, Həştərxan-
Dərbənd-Bakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən daxil olduğu
Gürcüstanla əlaqə yaratmağa çalışırdı [2].
1801-ci il sentyabrın 12-də Kartli – Kaxetiya çarlığının Rusiyaya
birləşdirilməsi haqqında çar manifesti elan olunurdu. Rus qoşunları baş komandanı
və mülki hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Azərbaycan
ərazisinin də bir hissəsi – Kartli – Kaxetiya çarlığının vassal asılığında olan və
onunla birlikdə birləşdirilmiş Qazax, Borçalı, Şəmsəddin sultanlıqları bu
quberniyanın tərkibinə daxil edildi. Deməli, Gürcüstanın Rusiyaya birləşdirilməsi
ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.
I Aleksadr bəzi xanların artıq Rusiya himayəsini qəbul etməyə məcbur
olması ilə məhdudlaşmağa qərara aldı. O digər xanlıqları da, ilk növbədə
Azərbaycanın Xəzəryani vilayətlərini ələ keçirməyə çalışı5rdı. I Aleksadr 1801-ci
ilin dekabrnda Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə yazırdı:
―Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarınınn sayını
artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın (Fətəli şahın)
hakimiyyəti yaranmamış İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlatrı cəlb
etməli‖[3].
Bu fərman müvafiq olaraq general Knorrinq 1802-ci ilin sentyabr-dekabr
aylarında Şimali Qafqazda, Georgiyevsk şəhərində siyasəti və ticarət məsələləri
üzrə danışıqlar üçün çar komandanlığının Şimali Azərbaycan xanlarının və
Qafqazın digər hakimlərinin nümayəndələri ilə görüşünü keçirdi. Danışıqlarda
Tərki şamaxılı, Qara Qaytaq usmisi, Tabasaran hakimi və digər dağlı hakimlərin
nümayəndələri ilə yanaşı, iki Azərbaycan xanlığəının – Quba və Talış xanlıqlarının
nümayəndələri də iştirak edirdilər [4]. Digər xanlıqların nümayəndələri görüşdə
iştirak etmirdi. Çünki buna qədər İran şahının nümayəndəsi İbrahimxəlil xanın
yanına gələrək Qarabağın tabe olmasını tələb etmişdi. Bakı xanına da belə tələb
verilmişdi.
İranın maneçiliyinə baxmayaraq, Georgiyevskidəki dörd aylıq danışıqlar
müvəffəqiyyətlə başa çatdı və 1802-ci il dekabrn 26-da müqavilə imzalandı.
Müqaviləyə görə, onu imzalayanlar İrana hücum edəcəyi təqdirdə ona qarşı
çıxmağı öz öhdələrinə götürürdülər. Müqavilə Zaqafqaziyada ticarətin
genişləndirilməsini. Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. Nəzərdə
tuturdu. Müqavilədə deyilir ki, onu imzalayanlar ―onların öz xahişlərinə görə
...Rusiya, ...himayəsinə‖ qəbul olunurlar.
Georgiyevsk müqaviləsi bağlandıqdan sonra çar hökuməti həmin
müqaviləyə etinasız yanaşmış Azərbaycan xanlıqlarının ərazilərini zəbt etmək
üçün hazırlaşmağa başladı.
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən istilası kimi mürəkkəb və
ziddiyyətli prosesin öz xüsusiyyətləri vardır.
Feodal hakimlər – xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə İran,
Rusiya kimi dövlətlərə müqavimət göstərməklə öz xanlıqlarını qoruyub saxlaya
bilməyəcəklər. Onlar Rusiyanın xanlıqların istiqlaliyyətini qoruyacağı barədə
verdiyi yalan vədlərə uyaraq, öz xanlıqlarının istiqlaliyyətini bu yolla
qoruyacaqlarını zənn edərək, bir tərəfdə rus himayəsini qəbul etməyə meyil etməli
olur, digər tərəfdən isə çarizmin vədlərinə qətiyyətsizlik göstərirdilər. Onların bəzi
yollarla İran və ya Türkiyə qoşunlarının basqın edəcəyi təqdirdə. Öz torpaqlarını
qarətdən və var-yoxdan çıxarılmasından müdafiə edə biləcəklərinə ümid
bəsləyirdilər. Eyni zamanda bu xanlar İrana və ya Türkiyəyə də meyil
göstərdiklərindən tərəddüd edir, öz mövqe və qərarlarını qəti müəyyənləşdirməyə
tələsmirdilər. Bu, hər şeydən əvvəl, xanların öz xanlıqlarının daxili idarəsində
müstəqillik saxlanılmasına əmin olmamaları ilə əlaqədar idi.
Rusiya ayrı-ayrı Azərbaycan xanlarının İran və Türkiyə təhlükəsindən
müdafiə edəcəyini vəd etsə də, bu heç də onun xanlıqlara müstəqillik vermək
niyyətində olması deyildi. O, bəzi mülahizələrə görə, xanlıqlar Rusiya himayəsinə
daxil olduqdan sonra bir müddət daxili idarədə xan hakimiyyətini saxlamağı, daxili
qayda və alətlərə əməl olunmasına təminat verməyi nəzərdə tuturdu. Bununla belə,
Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiyaya istilasına müqavimət göstərə
biləcəklərindən, habelə öz hüquq və imtiyazlarının bərpası uğrunda mübarizəni
davam etdirəcəklərindən ehtiyat edən Rusiya əlavə də həyata keçirmək barəsində
fikirləşirdi. Bu illərdə qədim gürcü zadəgan nəslindən çıxmış, 1802-ci ilin
sentyabrında Qafqazın Baş komandanı təyin edilən general P.D.Sisianov Cənubi
Qafqazda müstəmləkə siyasətinin icraçısı oldu. Çar hökuməti Cənubi Qafqazdakı
bütün mülki-hərbi hakimiyyəti qafqazlı Sisianova etibaer edərək, onun vasitəsilə
Qafqazı sakitləşdirməyə ümid bəsləyirdi. Sisianov isə Azərbaycan xalqına özünün
nifrət edici və amansız münasibəti ilə fərqlənirdi. Azərbaycanın Rusiya tərəfindən
işğalının gedişində onun bir çox Azərbaycan xanlarına göndərdiyi alçaldıcı
məktublar buna dəlaət edir.
Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə
edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Bu
siyasətin keçiricisi general Sisianov Car-Balakən camaatının ələ keçirilməsinə
böyük əhəmiyyət verirdi. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan
Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. Rus qoşunları 5 minlik
gürcü qoşunu ilə birlikdə Car-Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı.
Gürcüstanda antirus, iranpərəst dairələrə başçılıq edən və öz hakimiyyətinin
bərpasına çalışan gürcü şahzadəsi Aleksadr isə silahlı dəstəsi ilə Cara gəldi. Qanıq
(Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general
Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martın 29-da Car fəth
olundu. 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli
nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-
Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı.
Sazişin şərtlərinə görə, carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli,
sədaqət əlaməti olaraq verməli, öz ərazilərində rus qoşunlarının yerləşdirməli
idilər. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz
içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. Lakin
camaatın iradəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə
yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara
soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya
doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz
qaldılar. Qanlı döyüşdə carklılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının
salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə
öldürüldü.
1803-cü ilin martında müqavimət göstərmiş adamların əfv olunması
barədə carlıların xahişini rədd etmiş Sisianovun şəxsi hərəkəti Carda baş vermiş
hadisələrdə az rol oynamadı. O, nəinki əfv etmədi, əksinə öz məktubunda alçaldıcı
şəkildə yazdı: ―Kafir əclaflar... İstəyirsiniz ki, mən sizə inanım və əfv edim. Siz
mənim gəlməyimi gözləyəcəksiniz və orada mən sizin bütün evlərinizi
yandıracağam, sizi yandıracağam, uşaqlarınız və arvadlarınızın içalatını dartıb
çıxaracağam‖ [5].
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqaviməti davam
etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.
Car-Balakən camaatının fəthindən sonra qonşu İlisu soltanlığı da Rusiya
təbəəliyini qəbul etməli oldu, Soltanlıqda 40-cı illərin ortalarınadək soltan öz
torpaqlarının daxili idarəsində hakimiyyətini qoruyub saxlamışdı [6]...
General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət
verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru
sonrakı irəliləyişinin açarı idi. ―Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan
üzərində hökmrandır. Bax, buna görə də bu istila Rusiya üçün birinci dərəcəli
əhəmiyyətə malikdir‖ [7].
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi
diplomatik münasibətlər saxlayırdı. Xanlığın hökmdarı Cavad xan Sisianovun
Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. O yazırdı ki, 1796-cı
ildə ―sənin padşahın fərman göndərdi və mən də onun təklifini qəbul edib qalanı
təhvil verdim. Əgər indi də sənin padşahın belə fərman göndəribsə, onu mənə
göstər. Onda mən onun iradəsini görərək buna uyğun hərəkət edərəm‖. General
tələb etməyi siyasi danışıqlardan üstün tutdu. O, məktublarında özünəməxsus
yekəxanalıq və etinasızlıqla Cavad xanı özündən uzaqlaşdırdı, bu da qanlı
döyüşlərə gətirib çıxarırdı.
Sisianov Rusiya hakimiyyətini qəbul etmiş digər xanlıqlardan fərqli
olaraq, Gəncə xanlığına qarşı amansız tələblər irəli sürürdü. O, Cavad xandan ildə
20 min çevron məbləğində, yəni sonralar Şəki, Qarabağ və Şirvan xanlıqları üçün
müəyyənləşdirilmiş məbləğdən 3 dəfə çox, ödənc tələb edir və yazırdı: ―Əgər
mənim təklifimi qəbul etməsən, Gəncəyə atəş və qılıncla gələcəyəm‖.
O, 11 topu olan piyada batalyonu, 3 eskadron və 2 kazak yüzlüyündən
ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyakin
komandanlıq edirdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quluqobu adlı
yerdə, rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. Cavad xan bir
qədər müqavimətdən sonragücdən düşərək pozulmuş qoşunları ilə birlikdə qalaya
qayıtdı. Bundan sonra rus qoşunları Gəncəni mühasirəyə aldılar. Mühasirə bir ay
davam etdi. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları qalaya
hücuma başladılar. Onların iki cəhdi dəf olundu. Qalanın müdafiəçiləri inadlı
müqavimət göstərdilər. Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşlərdə
qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhər
isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə Yelizavetpol
adlandırıldı. ―Gəncə‖ adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə
edilirdilər.
Gəncənin alınması qoşunlarının digər feodal dövlətlərini tabe etmək
məqsədilə Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb
etdi. Gəncə xanının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin
süqutundan sonra Rusiya təbəəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya
1000 çervon, yəni 3 min manat bac verməyi öhdəsinə götürdü.
Dostları ilə paylaş: |