AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   41   42   43   44   45   46   47   48   49

TƏRAVİH –  Ramazan ayı boyu hər
gecə qılınan nafilə namazıdır. Bu namazlar
vacib namazların qılınmasından sonra qılınır.
Müsəlmanların inancına görə bu namazın
böyük savabı vardır. Təravih namazının
rükətlərinin sayı barəsində ixtilaf vardır: bəzi
məzhəblərdə 20, bəzilərində 8-dir. Hədis-
lərdən öyrənirik ki, müsəlmanlar təravihi
Məhəmməd peyğəmbərin zamanında təklikdə
qılmışlar. Xəlifə Ömər dövründə isə camaatla
qılınmağa başlanılmışdır.
Cəfəri məzhəbinə görə Ramazan ayı 1000
rükət nafilə namazı qılmaq Allah qarşısında
ən böyük savablardan biridir. Bu namaz 2
rükət aralıqla təklikdə qılınır.
257
TƏRAVİH

TƏRİQƏT – mənəviyyat yolçuluğunda
izlənilən yoldır. Bu söz əsasən termin kimi
müxtəlif dini cərəyanlara aid edilir. Özəlliklə
isə bu söz sufilikdə istifadə edilir. Sufizmdə
müxtəlif təriqətlər mövcuddur. Onların sayı
onlarladır. Belə ki, bu təriqətlərdən ən
məşhurları bunlardır: Mövləvilik, Bektaşilik,
Nəqşibəndilik, Qədirilik, Hürufilik və s. 
TƏSBİH – namaz kimi ibadətlərdə Al-
lahın ucalığını vurğulayan “Sübhanallah”
sözünü zikr etməkdir. Bu barədə Quran
ayəsi də mövcuddur (17: 44). Təsbih adlanan
nafilə namazı da vardır. Bu namazı gü-
nahların bağışlanmasını diləmək üçün qıl-
maq tövsiyyə edilir. 
TƏSƏVVÜF  –  İslamda mənəviyyatın
inkişaf yollarını göstərən xüsusi təlimdir.
Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın
mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu
ilə gedən müsəlman maddi aləmdən azad ol-
mağa və mənəvi cəhətdən yüksəlməyə can
atır. Bunu edərkən Allahı sevərək ona ibadət
edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir.
Mənəviyyatın təkmilləşdirilməsi dinin
durğunlaşmasının, onun yalnız qanunlar
toplusuna çevrilməsinin, ruhunun itir-
ilməsinin də qarşısını alır. Sufilər hesab edir
ki, mənəviyyat yolçuları dözümlülük, sülh-
sevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə
edərək lovğalıq, xəsislik, kobudluq kimi
mənfi xüsusiyyətlərdən qurtula bilərlər. On-
lara görə mənəvi inkişaf yalnız fiqhi
qadağalarla və fətvalarla əldə olunmaz. Buna
görə problemlərin yalnız zahiri tərəflərini
nizamlayan qanunlardan fərqli olaraq sufilik
hər kəsin mənəvi aləminə təsir edir, ona Al-
laha içdən gələn sevgi duyğularını aşılayır. 
Sufilərin mənəvi inkişaf yolu Məhəmməd
peyğəmbər, onun əhli-beyti
və ilk
səhabələrinin örnəyinə uyğun olmalıdır.
Buna görə də, digər İslam elmlərində olduğu
kimi sufiliyin qaynağı da Quran və hədis-
lərdir
Mənəviyyat yolçusu gərək hansısa sufi
təriqətində olsun və bu yolu şeyxin rəhbərliyi
altında getsin. Təkbaşına bu yolu getmək
mümkün deyildir. Bu da təsəvvüfün
şərtlərindən biridir. 
İslam tarixində ilk sufilər kimi Əshabüs-
Süffəni göstərirlər. Onlar hələ peyğəmbərin
zamanında onun örnəyindən ibrət alaraq
Mədinə məscidində mənəvi yüksəlmə və za-
hidlik yolu ilə getməyə üstünlük vermişdirlər.
Sufilik sözünün də “Süffədən” yaranması
ehtimalı vardır. Onların arasında Səlman
Farisi, Əbu Zər, Süheyb Rumi, Əbu Musa
Əşəri kimi tanınmış səhabələr də olmuş-
durlar.
Hicrətin ikinci əsrində Allaha sevgi
duyğusunu bəsləyərək ona ibadət etmək kimi
sufi ideyaları geniş yayılmağa başlamışdır. O
zaman Mədinə, Bəsrə, Küfə və Xorasanda ilk
sufi məzhəbləri yaranmış və inkişaf etmişdir.
Daha sonra sufiliyin əsasları, anlayışları, ter-
minologiyası formalaşmışdır. 
Sufi şeyxləri insan mənəviyyatı, ruhun
halları, onun yetkinləşməsi yolundakı
mərhələlər haqqında mistik baxışlar irəli sür-
müşdürlər. Həllac və Bistami “fəna” adlanan
Tanrıda insan mənəviyyatının əriməsi yolu
ilə onun əsl mənliyinin ortaya çıxması və
“bəqa” adlanan Tanrıda mənliyi əritdikdən
sonra onunla qovuşmaq ideyalarını irəli sür-
müşdürlər. 
Əsası Rəbiyyə əl-Ədəviyyənin qoyduğu
Allaha münasibətdə sonsuz sevgi (eşq)
ideyası da inkişaf edirdi. Hüzn və Tanrıdan
qorxu ideyalarını aşılayan sufilər onlarla bir-
ləşmişdirlər.
Təsəvvüfün Nişapur məktəbinin görkəmli
şeyxi Bəyazid Bistami (262/875-ci ildə edam
edilmişdir) olmuşdur. O, insan “Mən”inin
itirilməsi, Tanrıda əriməsi ideyası ilə çıxış et-
mişdir. O, bu halı “yoxluq” adlandırmışdır.
Onun təlimində yoxluq halından sonra vəcd
(ekstaz), eləcə də Tanrıya olan sevgidən sərx-
258
TƏRİQƏT 

oşluq (sukr) halları gəlir. Tanrıya qovuşmuş,
Onda ərimiş kəs Onun sifətlərinə yiyələnmiş
olur. Bistami ilk dəfə “Sən mənsən, mən isə
Sən” sözlərini istifadə etmişdir. 
Nişapur məktəbinin başqa bir tanınmış
şeyxi Allaha sonsuz sevgi ideyalarını
aşılamış Yəhya Müəz oğlu Razi (258/871-ci
ildə vəfat etmişdir) olmuşdur. O, Allaha mü-
nasibətdə “sərxoşedici sevgi” anlayışını or-
taya çıxarmışdır. Onun fikrinə görə əsl eşq
aşiqlə görüşdən sonra artmadığı kimi, Ondan
ayrıldıqdan sonra da azalmır. 
Nişapur məktəbinin daha bir sufi alimi
Əbu Həfs Həddad (270/883-cü ildə vəfat et-
mişdir) öz təlimini inkişaf etdirmişdir. Onun
fikrinə görə hər bir kəs yalnız özünü deyil,
başqalarını da düşünməlidir. Yəni, insan
başqalarının xeyrini və maraqlarını
özününkündən daha üstün tutmalıdır.
Həmin məktəbin daha bir görkəmli şeyxi
Həmdun Kəssar insanın nəfsinə qarşı çıxış
edərək onunla savaş aparmağın vacibliyi
vurğulamışdır. Buna sufilikdə “məlamət”
deyilir. Onun fikrincə sufilər namazlarla,
oruclarla, zikrlərə kifayətlənməməli, Allahın
təqdir etdiyi işlər görməlidirlər. 
Sufiliyin başqa bir tanınmış məktəbi
Misirdə yerləşmişdir və onun ən görkəmli
nümayəndəsi Zün-Nun Misri (245-859-cu
ildə vəfat etmişdir) olmuşdur. O, öz təli-
mində vəcd yolu ilə əldə edilmiş biliyə
(mərifətə) və Allaha sonsuz sevgi ideyalarına
geniş yer ayırmışdır. Zün-Nun Misriyə görə
mərifət yolu ilə əldə edilmiş biliyin üç pilləsi
vardır. Birincisi bütün inanclı müsəlmanlara,
ikincisi yalnız alimlər və kəlamçılara (I)
məxsusdur. Üçüncüsü isə öz varlıqları ilə
Tanrının yaxınlığını duyan və müqəddəsliyə
yüksələn insanlarda olur. Bu da biliyin ən
yüksək zirvəsidir. Bu durumda olanlar
təcrübi bilikləri deyil, insan ruhunun dərin-
liyində olan bilikləri duyurlar. Allah bu bilik-
ləri yalnız istədiyi inanclı müsəlmanlara
verir. Zun-Nun Misri də Allaha sevgi və za-
hidlik ideyalarını yayırdı. O, Allaha doğru
aparan mənəvi yolda olan məqamların və
halların olması ideyası ilə çıxış etmişdir. 
Daha bir tanınmış sufi məktəbi Suriyada
olmuşdur. Burada gecə vaxtları ac qarnına
ibadətlər edilirdi. Bu təriqətin tanınmış şeyxi
Əbu Süleyman Dərani (215/830-cu ildə vəfat
etmişdir) olmuşdur. Ona görə gecə ibadətləri
və zikrləri insan ruhunu məmnun edir və bu
duyğunu heç bir başqa əməldə hiss etmək
olmur.
Bağdadda da sufi məktəbi mövcud ol-
muşdur. Bu məktəbin tanınmış şeyxi Məruf
Kərhi olmuşdur. O, vəcd yolu ilə əldə edilmiş
biliklə (mərifətlə) Tanrı ilə insan arasındakı
qarşılıqlı sevgi duyğusunu birləşdirirdi.
Onun fikrincə Allaha sevgi duyğusu təcrübə
yolu ilə əldə edilə bilməz. Bu məktəbinin ən
tanınan şeyxi Cüneyd Bağdadi (297/909-cu
ildə vəfat etmişdir) olmuşdur. Tanrıya sevgi
duyğusundan sərxoş (sukr) olmaq ideyasını
aşılayan Bəyazid Bistamidən fərqli olaraq, o,
bunu hissləri ayıq (sahv) olaraq yaşamağın
tərəfdarı idi. Başqa bir məşhur bağdadlı Əbu
Səid Hərrazın (277/890-cı ildə vəfat et-
mişdir) təcrübəsinə görə mənəvi həyatda ən
önəmli olan gizli (batini) biliklərin əldə
edilməsidir. 
İlk dəfə “Ənəl Haqq” (Mən Tanrıyam)
ifadəsini səsləndirən, buna görə də 305/917-
ci ildə edam edilən Hüseyn ibn Mənsur Həl-
lac da Bağdad məktəbinin nümayəndəsi
olmuşdur. Həllaca görə Tanrıya qulluq edən
insan onu çox yaxından duyduğundan onunla
özü arasında bütün fərqləri itirir. Bu durumda
olan sufi Tanrıda əriyərək onun sifətlərini
mənimsəyir. 
Bu kimi əsas təlimləri əsas götürən sufi
təriqətlərinin sayı hicrətin III – VI əsrlərində
daha da artmışdır. O dövrlərdə sufi ideyaları
poeziyada geniş tətbiq olunaraq yayılırdı. Su-
filərin bir çox təlimləri ənənəvi İslam təfəf-
darları tərəfindən etirazlarla qarşılanırdı.
Onlar sufiləri İslama bidətlərin gətir-
259
TƏSƏVVÜF 

ilməsində günahlandırırdılar. Buna görə də,
ənənəvi İslamı sufiliklə barışdıran və onların
arasında orta yolu tutan ilahiyyatçılar bu
mövzuda fəaliyyət göstərib çoxlu əsərlər
yazmışdırlar. Onların arasında Əbu Həmid
Qəzali də olmuşdur. 
Daha sonra görkəmli sufi İbn Ərəbi
(638/1240-cı ildə vəfat etmişdir) müsəlman
ənənəçilərinin etirazları ilə qarşılaşan
vəhdətül-vücud təlimini ortaya atmışdır. Bu
təlim sonrakı əsrlərdə sufi təriqətlərinin ən
əsas ideyalarından birinə çevrilmişdir. Məhz
bu təlimə qarşı İmam Rəbbani (1034/1624-
cü ildə vəfat etmişdir) ənənəvi İslamla
uyuşan vəhdətüş-şühud ideyası ilə çıxış et-
mişdir.
Orta əsrlər boyu bütün müsəlman
dünyasında sufi təkkələri
də geniş
yayılmışdır. Sufilər müxtəlif sultan və
şahların dəstəyini əldə edərək fəaliyyətlərini
genişləndirmişdirlər. VI/XII – IX/XV əsr-
lərdə ən tanınmış sufi təriqətləri Qədiriər,
Yəsəvilər, Rifailər, Sührəvərdilər, Çiştilər,
Şazililər, Məvləvilər, Məlamətilər, Bədəvilər,
Dəsukilər, Nəqşibəndilər, Xəlvətilər, Bayra-
milər, Bəktaşilər və s. olmuşdurlar. 
XI/XVII əsrdən başlayaraq sufliyin
tənəzzül dövrü başlamışdır. Onların arasında
yeni ideyalar olmamış, inkişafları dayan-
mışdır. Daha sonra onları müsəlman
dünyasının tənəzzül etməsində, inkişafdan
qalmasında ittiham etmişdirlər. Sufilik Os-
manlı xilafətində laiklik ideyalarının yayıl-
ması və daha sonralar dünyəvi Türkiyə
respublikasının yaranmasından sonra İslam
dünyasında nüfuzunu xeyli itirmişdir. Buna
baxmayaraq müsəlman dünyasının bir çox
yerlərində sufi təriqətləri fəaliyyət göstərirlər.
Bundan başqa qeyd etmək lazımdır ki, bu
gün sufi ideyaları Avropa, Afrika və
Amerikada rəğbətlə qarşılanmaqdadır.
TƏSLİS –  Xristianlıqda Ata, Oğul və
Müqəddəs ruh üçlüyünü ifadə edən dini an-
layışdır. II əsrindən başlayaraq xristian din
adamları Tanrının mahiyyəti haqqında
mübahisələr edərək Tanrının Ata-Oğul
cütlüyündən ibarət olması iddiasını ortaya at-
mışdırlar. Daha sonra bu uluhiyyət anlayışına
üçüncü Müqəddəs Ruh da əlavə olunmuşdur.
Beləliklə, Xristianlıqda təslis inancı for-
malaşmışdır. Təslisi təşkil edən Tanrı, Oğul
və Müqəddəs ruh ayrılıqda yunanca
“hipostasis” (ərəbcə “uqnum”) ad-
landırılmışdır. İslama görə təslis inancı Al-
laha şərik qoşmaqdır və bu səbəbdən təslisə
inanmaq böyük günahlardan hesab edilir və
təslisə inanan müsəlman dindən çıxmışdır.
Yəni, təslis dini inanc kimi İslamda batil
hesab edilir. 
TƏSVİR  –  təbiətdə müşahidə edilən
bütün varlıqların, o cümlədən insanların və
heyvanların şəkillərinin kağız, divar, geyim
və digər əşyaların üzərində çəkilməsidir.
Müxtəlif əşyalar üzərinə çəkilən təsvir, şəkil
və portretlər keçmişdə şəriətə
əsasən
qadağan olunsa da, müasir dövrdə bu barədə
fərqli yanaşmalar vardır. 
TƏŞƏHHÜD –  namazın ikinci və so-
nuncu rükətlərində oturarkən xüsusi bir
duanın oxunmasıdır. Bəzi alimlərə görə bir-
inci təşəhhüdün oxunması vacib, digərlərinə
görə isə müstəhəbdir. 
TƏVAF –  Kəbənin ətrafında fırlan-
maqdır. Təvaf həcc və ümrədə olarkən yer-
inə yetirilir. Çünki təvaf bu ibadətlərin tərkib
hissəsidir. Bundan başqa təvafı Məkkədə
olarkən istənilən vaxt yerinə yetirmək
mümkündür. İlahiyyatçıların əksəriyyətinə
görə təvaf yalnız Kəbə ətrafında olur, başqa
müqəddəs yerlərdə təvaf etmək olmaz.
TƏYƏMMÜM – dini ayin və ibadətləri
yerinə yetirməzdən əvvəl dəstəmaz və qüsul
almaq üçün su olmadıqda qum və ya tor-
paqla təmizlənməkdir. Həmçinin, sudan
260
TƏSLİS

müəyyən xəstəliyə yoluxma təhlükəsi olarsa
və ya suyun az olması hallarında da təyəm-
müm alınır. Təyəmmüm haqqında Quranda
(5: 6) ayə vardır. Ayrıca, təyəmmüm alı-
narkən öncə niyyət edilir. Sonra əllər torpağa
batırılır, sonra torpağa dəymiş əlləri üzə,
sonra isə sağ əlin içi ilə sol qolu dirsəklərə
qədər, sol əlin içi ilə isə sağ qolu dirsəklərə
qədər təyəmmüm edilir.
TƏZİR –  Quran və hədislərdə günah
kimi dəyərləndirilən, ancaq orada onlara
görə hansı cəzanın tətbiq olunacağı
haqqında heç bir məlumatın verilmədiyi
cəzalardır.  Fiqhi məzhəblərdə bir çox gü-
nahların cəmiyyətdə pozğunçuluğa yol
açdığına görə qarşısı alınmalıdır. Ramazan
ayında  oruc tutmamaq,  namaz qılmamaq,
pulu  ribaya vermək kimi günahlar cəza-
landırılır. Cəzalar isə müctəhidlərin ictihad-
ları əsasında verilir. Bəzən burada örf 
diqqətə alınır. Cəmiyyətdə törədilmiş gü-
nahların ictimai həyata zərər vermə
dərəcəsindən asılı olaraq müxtəlif təzirlər tət-
biq edilir. Bu da xəbərdarlıq, başa salmaqdan
tutmuş; zindana atılma, şallaqlanmağa,
sürgün edilməyə qədər cəza növlərindən
ibarətdir. İstisna durumlarda ölüm cəzası da
tətbiq edilə bilər. Təzir yalnız İslam qa-
nununun işlədiyi ölkələrdə tətbiq edilə bilər.
Günahın ağırlığı və cəzanın ölçüsü yalnız
məhkəmələrdə müəyyən edilməlidir. 
TƏZİYYƏ – dünyasını dəyişən insan
üçün saxlanılan anım mərasimidir. Ölənin
ailəsi və yaxınlarına ilk üç gün müddətində
baş sağlığı verilməlidir. Müxtəlif səbəblərdən
o adamın öldüyünü bilməyənlər xəbər tutan
kimi başsağlığı verə bilərlər. Bəzi ilahiyy-
atçılar hesab edirlər ki, baş sağlığı bir dəfə
verilir. 
TİCANİLƏR – sufi qardaşlığıdır. Onun
yaranması Əhməd Ticaninin (1150/1737 –
1212/1815) fəaliyyəti ilə bağlıdır. Əlcəzairin
cənubunda doğulmuş, dini elmləri öyrənmiş,
bir-neçə sufi təriqətləri ilə, xüsusən də
xəlvətiliklə maraqlanmışdır. Sonra ticanilərə
görə o, Məhəmməd peyğəmbərdən rabitə va-
sitəsi ilə öz təriqətinin yaratması buyruğunu
almışdır. Bundan sonra Əhməd Ticani Əl-
cəzairin bəzi bölgələrində öz təriqətini təbliğ
etmişdir. Daha sonra dəvətini genişləndirmək
üçün Mərakeşə gedib həyatının sonuna qədər
orada yaşamışdır. Mərakeşdə onu sultan
Mülay Süleyman dəstəkləmişdir. Əhməd
Ticani ardıcıllarının mənəvi inkişafının həy-
ata keçirilməsi üçün çox sadə rituallar tətbiq
etmiş, onları tərkidünyalığa, xəlvətə çək-
ilməyə çağırmamış, səssiz deyilən zikrlərə
üstünlük vermişdir. O, müqəddəs yerlərin və
məzarların ziyarət edilməsini yolverilməz
hesab edirdi.
Ticani, özünü “qütblərin qütbü” ad-
landıraraq, bu adı Allahla insan arasında bir
vasitəçi mənasında başa düşürdü, özünün gü-
nahsız olduğunu bəyan etmişdir. Ardıcıl-
larına tövsiyə etdiyi buruqları birbaşa
Məhəmməd peyğəmbərin özündən aldığını
iddia etmişdir. Bu da müsəlmanların etira-
zlarına gətirib çıxarmışdır. Bundan başqa
Əhməd Ticani ardıcıllarına başqa təriqətlərin
şeyxlərinin bərəkətlərinin alınmasını, onlara
bağlanmağı qadağan etmişdir. Bunun
qarşılığında o, qiyamət gününü ardıcılları
üçün  şəfaətçi olacağını da vəd etmişdir.
Ticanilər təlimlərini Əlcəzair, Tunis, Mavri-
taniya, Mərkəzi və Qərbi Afrikada yaymış,
bu yerlərdə onlar fransız müstəmləkəçiliyinə
qarşı mübarizə aparmışdırlar. Ticanilər bir-
liklərini qoruyub saxlaya bilməmiş, çoxlu
təriqətlərə bölünmüşdürlər.
TİMAR – bax: İQTƏ.
TİRMİZİ MƏHƏMMƏD (209/824 –
279/892) – görkəmli mühəddis, təfsirçi və
fəqih olmuşdur. O, Mərkəzi Asiyanın Tirmiz
şəhərində doğulmuşdur. Təhsilini Xorasan,
Hicaz və İraq ilahiyyatçılarından almışdır.
Buxari və Müslimin hədis topluları ilə yaxın-
dan tanış olmuş, yaxşı yaddaşı olduğundan
minlərlə hədisi əzbərdən öyrənmişdir. Hədis-
261
TİRMİZİ MƏHƏMMƏD

lərin təsnif olunmasını təklif edərkən o
“həsən” (yaxşı) və “qərib” (peyğəmbər
səhabələrinin deyil, başqalarının söylədiyi
xəbərlər) anlayışlarını tətbiq etmişdir. Tir-
miziyə qədər mühəddislər hədisləri daha çox
səhih və zəiflərə bölürdülər. Ancaq, “həsən”
və “qərib” terminlərinin Tirmizidən öncə də
işləndiyi haqqında xəbərlər vardır. Belə olsa
da o, hədis elminin bu hissəsini inkişaf et-
dirmişdir.
Tirmizi İslamın müxtəlif sahələrinə aid
əsərlər yazmışdır. Onun ən tannınmış əsəri
hədislər toplusu olan və dörd minə yaxın
hədisləri əhatə edən “Sünən” kitabıdır. Bu
toplu müsəlmanların çoxu üçün ən nüfuzlu
hədis kitablarından biri sayılır. Burada hədis-
lər fiqh mövzularına uyğun olaraq təsnif ol-
unmuşdur. Bu əsərdə səhih və həsən
hədislərin  olduğu kimi, ilahiyyatçılar
tərəfindən zəif sayılanları da vardır. Buna
görə də, Tirmizi onlardan hər biri üçün
hüquqda tətbiq edilməsinin imkanlarını
açıqlamış, eləcə də etibarlılığı haqqında bil-
gilər vermişdir. O həm də hədisləri səhih,
həsən və ya zəif adlandırdığının səbəblərini
də göstərmişdir. Tirmizi kitabında hədislərin
raviləri haqqında da məlumat vermişdir.
Onun kitabında Buxari və Müslimin “Səhih”
kitablarında olmayan hədislər də vardır.
TÖVBƏ – günahların bağışlanmasını
Allahdan istəmək və ya diləməkdir.
Tövbənin əhəmiyyəti İslamda çox böyükdür.
Hətta, Quran ayələrinin biri “Tövbə” adlanır.
İlahiyyatçılara görə tövbəni gecikdirmək
olmaz. Gecikdirilmiş tövbənin özü də günah
sayılır və onun üçün ayrıca tövbə edilməlidir.
Tövbə etməyin bütün şərtlərini yerinə ye-
tirdikdən sonra hər bir müsəlman Allahın onu
bağışlamasına inanmalı və buna şübhə et-
məməlidir. Tövbə törədilən hər bir kiçik
günah üçün edildiyi kimi, böyük günahlar
üçün də ayrıca edilir. Bağışlanmasını diləyən
müsəlman bir daha bu günahı etməyəcəyinə
də söz verməlidir. 
TÖVHİD – İslamda Allahın vahid bir
varlıq olaraq qəbul edilməsi ideyasıdır.
Tövhidin prinsipləri Quranın 112-ci “İxlas”
surəsində verilmişdir. Müsəlman kəlam (I)
məktəblərinin əksəriyyətinə görə Allahın zatı
ilə birlik təşkil edən və keyfiyyətlərini əks et-
dirən sifətləri vardır. Ancaq mütəzililər kimi
bəzi müsəlman ilahiyyatçıları Allahın
sifətlərini inkar etmiş, onun yalnız zatının
olduğuna inanmışdırlar. İslam ilahiyyatına
görə Allah təbiəti yaratdığı kimi, onları məhv
də edə bilər. Heç kəs onun əmrindən kənara
çıxa bilməz. Hətta, bir çox müctəhidlərə görə
dünyada baş verən bütün hadisələr onun qəza
və qədərinə uyğun olaraq cərəyan edir.
İbadətlər də yalnız Allaha edilməlidir. Hamı
Allahın bütün buyuruqlarını yerinə yetirməli,
halal şeylərdən yararlanmalı, haramlardan
isə çəkinməlidirlər.
TÖVRAT – Allahın Musa peyğəmbərə
nazil etdiyi müqəddəs kitabdır. Tövrat
Quranın 3: 48, 5: 43, 62: 5 kimi surə və
ayələrində anılmışdır. Rəvayətlərə görə
Tövratın 40 bölümü (cüzləri), bunların da hər
birinin 1000 ayəsi olmuşdur. Tövratı yalnız
Musa, Harun, Yuşa, Üzeyir, İsa əzbərdən
bilmişdirlər. Babil kralı Buhtunnəsr Qüdsü
ələ keçirdikdən sonra, Tövratın lövhələrini
məhv etmişdir. Bundan sonra onun bəzi şi-
fahi yolla rəvayət edilən söyləntiləri İsrail
oğullarının arasında yayılmışdır. Müsəlman
ilahiyyatçılarının çoxusuna görə bir neçə əsr
keçdikdən sonra onlar bir kitabda toplansa
da, bu Musa peyğəmbərin gətirdiyi Tövrat ol-
mamışdır. Quran nazil olunduqdan sonra
Allah Tövratın hökmünü ortadan qaldır-
mışdır. Ancaq, bəzi İslam alimləri Tövratın
təhrif olunmadığını da qeyd etmişdirlər.
TUR DAĞI – Allahın Musa peyğəmbərə
Tövratı endirdiyi Sinay yarımadasının
cınubundakı dağdır. Bu dağ Quranın 19: 52;
28: 29-31-ci ayələrində anılmışdır.  Musa
262
TÖVBƏ

peyğəmbər bu dağda iki dəfə olmuşdur. Bir-
inci dəfə orada ona peyğəmbərlik verilmiş,
ikinci dəfə isə Tövratın lövhələri nazil olun-
muşdur. 
TÜLEYHƏ (21/642-ci ildə vəfat et-
mişdir) – Ərəbistanın yalançı peyğəmbər-
lərindən biri olmuşdur. Əsəd qəbiləsinin
başçısı idi. Hələ Məhəmməd peyğəmbərin
sağlığında özünü peyğəmbər elan etdiyinə
görə ona qarşı İslam ordusu oraya yürüş et-
mişdir. Ancaq, Tüleyhə öz tərəfdarları ilə bir-
likdə qaça bilmişdir. Məhəmməd
peyğəmbərin vəfatından sonra Tüleyhə Xi-
lafətə qarşı üsyan etmişdir. Buna görə də,
xəlifə Əbu Bəkr ona qarşı Xalid ibn Validnun
başçılığı altında qoşun göndərmişdir. Müsəl-
manlar Tüleyhənin ordusunu darmadağın et-
mələrinə baxmayaraq o yenə də qaça
bilmişdir. Ancaq, daha sonra o müsəlmanlara
tabe olmuş və İslamı qəbul etmişdir. Bundan
sonra o, müsəlmanlarla birlikdə İraq və
Suriyada döyüşmüşdür.
U
UHUD – hicrətin 3-cü ilində müsəlman-
lar və qureyşlilər arasında baş vermiş ikinci
böyük döyüş olmuşdur. Bu döyüş Uhud
dağının ətəyində baş verdiyi üçün belə ad-
lanır. Döyüşün təşəbbüskarları qureyşlilər ol-
muşdurlar. Bir il öncə onlar Bədr döyüşündə
məğlubiyyətlərinin qisasını almaq və ticarət
yollarına nəzarəti ələ keçirmək üçün onlar
güclü qoşun yığıb yürüşə çıxmışdırlar. Uhud
döyüşü müsəlmanların üstünlüyü ilə
başlamışdır. Ancaq, döyüş zamanı buraxılan
taktiki səhvlərə görə və qureyşlilərin strateji
gedişlərinin nəticəsində üstünlüyü əldən
verərək məğlub olmuşdurlar. Buna baxma-
yaraq məğlubiyyətdən qureyşlilər lazımi
qədər yararlana bilməmişdilər. Buna görə də,
qısa bir zamanda müsəlmanlar güclərini
bərpa edib savaşı davam etdirmişdirlər.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin