ŞEYBANİ MƏHƏMMƏD İBN
HƏSƏN (132/749 – 189/805) – hənəfi
məzhəbinin üç nüfuzlu fəqihlərindən biri
olmuşdur. Suriyada doğulub boya başa çat-
mış, sonra Kufəyə köçmüşdür. Burada o,
fiqhi məzhəblərin təlimləri və onların ardıcıl-
ları ilə tanış olmuşdur. O dövrlərdə bu şəhər
Xilafətin mədəni mərkəzlərindən biri olmuş-
dur. Oradakı mühit Şeybaninin inkişafına
böyük təsir göstərmişdir. Onun müəllimləri
Əbu Hənifə və Əbu Yusif kimi zamanəsinin
tanınmış alimləri olmuşdurlar.
Təhsilini başa vurduqdan sonra Şeybani
mükəmməl fəqih kimi müstəqil hökmlər ver-
məyə başlamışdır. Xilafətin bir çox yer-
lərindən ondan dərs almaq üçün tələbələr
gəlirdilər. Onlardan biri də Şafii olmuşdur.
Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə
siyasi baxışlarına görə Şeybani qısa müddət
təqib olunmuş, ancaq sonra etibar qazandıq-
dan sonra Xorasanda qazi vəzifəsinə təyin ol-
unmuş və orada da vəfat etmişdir.
ŞEYX – nüfuzlu dini xadim, müdrik
insan və sufi təriqətinin başçısıdır. Şeyxin
vəzifəsi müridlərinə mənəvi yolçuluqda yol
göstərərək onların mənəvi inkişaflarına təkan
verməkdir. Şeyx təriqətlə yanaşı, İslam şəriə-
tini də bilməli, Quran və hədisləri təfsir et-
məyi bacarmalıdır. Bundan başqa o, yüksək
əxlaqı və dərin mənəviyyatı ilə digərlərindən
seçilməlidir. Şeyxi “mürşid” də adlandırırlar.
ŞEYX SƏDUQ (381/991-ci ildə vəfat et-
mişdir) – tanınmış şiə ilahiyyatçısı və fəqihi
olmuşdur. Büveyhilər dövründə Bağdadda
imami şiəliyinin təbliğatını aparmış, onun
yayılmasında böyük işlər görmüşdür. Reydə
(indiki Tehranda) vəfat etmişdir. Onun Əsl
adı Məhəmməd ibn Əli ibn Babaveyh Qumi
olmuşdur. Şiə ənənəsində o, İslamın ilk mən-
bələrinin ən böyük bilicilərindən biri hesab
246
ŞEYBANİ MƏHƏMMƏD İBN HƏSƏN
edilir. Şeyx Səduq şiə əqidəsi və fiqhi üzrə
200-ə yaxın əsərlərin müəllifi olmuşdur.
Onun hədislər toplusu isna-əşərilərin başlıca
qaynaqlarından biridir. Şeyx Səduqun ən
tanınmış əsəri fiqh kitabı olan “Mən lə
Yəhzuruhül-Fəqih” əsridir. Orada altı minə
yaxın hədis toplanmışdır.
ŞEYTAN – dünyada şəri təmsil edən bir
varlıq və ya gücdür. Dini rəvayətlərə görə
şeytanların sayı çoxdur, onlar hətta insanların
da arasında mövcuddurlar. Onların başında
isə İblis gəlir. O ilk insan Adəmə səcdə et-
mədiyinə görə Allahın qəzəbinə gəlmiş və
cəhənnəm əhli olmuşdur (Quran, 15: 28-42,
18: 50). Ancaq, o Allahdan qiyamətə qədər
möhlət istəyərək dünyada insanlar arasında
fitnə-fəsad törətmək imkanı qazanmışdır.
Sonra Allah Adəm və Həvvanı cənnətdə yer-
ləşdirmiş, orada onlara alma ağacın
meyvəsini yeməyi haram etmişdir. Ancaq,
orada İblis onları yoldan çıxarmış və onlar o
meyvəni yeyib günaha batmışdırlar (Quran,
7: 20). Ancaq, sonra onlar tövbə etdiklərinə
görə (Quran, 7: 23) Allah onları bağışlayıb
yerə endirməklə cəzalandırmışdır (Quran,
20: 123). Beləliklə, İblis bütün insanların
düşməni olmuş və onları yoldan çıxarmaq
cəhdlərini qiyamətə qədər davam edəcəkdir
(Quran, 35: 6). Bu işi həyata keçirmək üçün
onun şeytanlar ordusu vardır. Hətta, hədis-
lərə görə hər insanın öz şeytanı vardır.
ŞƏFA – xəstəlikdən sonra sağlamlığa
qovuşmadır. İlahiyyatçılara görə sağlamlığı
yalnız Allahdan diləmək lazımdır. Çünki,
dərman və digər vasitələr Allahın istəyi ol-
madan insanı sağaltmaz, çünki onlar yalnız
Allahın istəyini gerçəkləşdirən vasitələrdir.
ŞƏFAƏT – qiyamət günü günahkar
müsəlmanların bağışlanmasını diləmək
üçün Allaha edilən duadır. İlahiyyatçılar
bunu hədislərə və Quran ayəsinə (20: 109)
istinad edərək iddia edirlər. Onların çoxu yal-
nız Məhəmməd peyğəmbəri şəfaətçi kimi
tanıyırlar. Hədislərə görə qiyamətdə hamı
mühakimə olunacaqdır. İnsanlar çıxılmaz
vəziyyətdə olduqlarını duyan kimi öz za-
manının peyğəmbərlərinə üz tutacaq, onlar-
dan şəfaət duasının edilməsini diləyəcəklər.
Sonda isə bu duanı Məhəmməd peyğəmbər
edəcəkdir. Bunun da nəticəsində Allah bu in-
sanları bağışlayıb, cənnətin qapılarını onların
üzünə açacaqdır. Ancaq, başqa peyğəmbər-
lərin, şiə imamlarının, digər müqəddəslərin
də şəfayətçi ola biləcəyinə inananlar vardır.
ŞƏHİD – din uğrunda düşmənə qarşı
savaşda həlak olan müsəlmandır. O savaşda
birbaşa düşmən tərəfindən öldürülən və ya
orada xəstəlikdən, yaralardan və başqa
səbəblərdən dünyalarını dəyişə bilərlər.
Şəhidlərin fəziləti, günahlarının
bağışlanacağı, cənnətə girəcəyi haqqında
Quranda ayələr vardır (3: 169-172, 3: 195).
Geniş mənada Allahın adı ilə ədalətin qurul-
ması, zülmün ortadan qaldırılması uğrunda
döyüşdə ölən hər bir kəsə şəhid deyirlər.
Bütün fiqhi məzhəblərə görə şəhidlər yuyul-
mamalı, öz geyimində torpağa tapşırıl-
malıdırlar. Hədislərə görə Uhud döyüşündən
sonra Məhəmməd peyğəmbər vəfat etmiş
müsəlman döyüşçülərinə belə dəfn etmişdir.
Fiqhi məzhəblərə görə Allah rizasını qazan-
maq üçün deyil, qənimət əldə etmə, şöhrət
qazanma və s. başqa məqsədlərlə vuruşub
ölən müsəlmanlar isə şəhid hesab edilmirlər.
ŞƏHRİSTANİ MƏHƏMMƏD
(548/1153-cü ildə vəfat etmişdir) – tanınmış
İslam tarixçisi və fəqihi olmuşdur. O, Xo-
rasanın şimalında yerləşən Şəhristan
şəhərində doğulmuş və orada təhsil almışdır.
510/1116-cı ildə Bağdada köçərək orada
Nizamiyyə mədrəsəsində müəllimlik et-
mişdir. Şəhristani bir çox məşhur əsərlərin
müəllifi hesab edilir. Onun bütün dünyada
tanınmış əsəri “Kitabül-Miləl vən-Nihəl”
(Dinlər və təriqətlər kitabı) olmuşdur. Bu
247
ŞƏHRİSTANİ MƏHƏMMƏD
kitabda o, müxtəlif İslam təriqətləri, eləcə də
din və fəlsəfi məktəblərin tarixi və təlimi
haqqında məlumat vermişdir.
ŞƏMUN_–_İsrail_oğullarına_mənsub__mömin_bir_insan_olmuşdur.'>ŞƏMUN – İsrail oğullarına mənsub
mömin bir insan olmuşdur. Rəvayətlərə
görə o, İsa peyğəmbərdən sonra, Məhəmməd
peyğəmbərdən əvvəl yaşamış və din uğrunda
uzun illər mübarizə aparmış bir şəxsdir.
Onun igidliyi və qorxmazlığı haqqında
möcüzələrlə dolu rəvayətlər vardır.
ŞƏRİƏT – müəyyən bir dinin hüquqi və
əxlaqi normalarının ümumi məcmuəsidir.
Bu anlamda işlədilən “şəriət” sözü bir çox
Quran ayələrində anılır (42: 13, 45: 18). İs-
lama görə peyğəmbərlərin gətirdikləri hər bir
yeni şəriət özündən əvvəlki şəriəti ortadan
qaldırır və yeni şəriət qaydalarını for-
malaşdırır. Ancaq, yeni şəriətdə əvvəlki
şəriətlərdən uyğun olan müddəalarda yer alır.
Müsəlmanlar inanırlar ki, ən son şəriət İs-
lamdır və bu şəriət qiyamət gününə qədər
dəyişməz olaraq qalacaqdır. Müsəlmanların
əqidələrinə görə şəriətin mənşəyi Allahdır.
O, vəhy yolu ilə peyğəmbərlərə dini
açıqlamış, peyğəmbərlərdə ilahi mesajı in-
sanlara çatdırmışdırlar. İslam şəriətinin qay-
naqları Quran, hədis, icma və qiyasdır.
İslamda şəriət ibadət, etiqad, cəmiyyət mü-
nasibətləri, cinayət və cəza məsələlərini
əhatə edir.
ŞƏRİFLƏR – Məhəmməd peyğəmbərin
nəvəsi Həsənin soyundan olanlardır.
Misirdə Fatimilərin xəlifəliyi dövründə
(297/910 – 567/1171) Məhəmməd peyğəm-
bərin qızı Fatimənin hər iki oğlu Həsən və
Hüseynin soyundan olanları şəriflər ad-
landırırdılar. Ancaq, sonra yalnız Həsənin
soyundan olanları belə adlandırılmağa
başlanmışdır.
Şəriflər də seyidlər kimi Xilafətin müx-
təlif dövrlərində, siyasi səbəblər üzündən
təqib olunmuşdurlar. Abbasi xəlifəsi Əbu
Cəfər Mənsurun (139/754 – 158/775)
xəlifəliyi dövründə şəriflər təqib olunmuş,
Harun ər-Rəşidin dövründə isə onlara böyük
sayğı və və ehtiram göstərilmişdir. O zaman
şəriflər cübbə adlanan yaşıl rəngli uzun
geyim və baş örtüyü geyinirdilər. Məmlüklər
(I) dövrü və Osmanlı imperiyasında da onlar
buna bənzər geyimlər geyinmişdirlər.
Abbasilər dövründən başlayaraq seyidlər
və şəriflərin işlərinə nakiblər adlanan dövlət
məmurları baxırdılar. Şəriflərdən dövlət
başçıları və valilər təyin edilirdi. Onlardan
hətta Məkkə valiləri də təyin olunurdu.
Ayrıca, Şimali Afrikadakı İdrisilər dövlətinin
kralları da şəriflər olmuşdur.
ŞƏRT – hər hansı bir dini ibadət, ayin
və ya dini buyruğun şəriətə uyğun yerinə
yetirilməsi üçün ondan qabaq yerinə yetir-
ilməsi vacib olan hərəkət və ya
davranışlardır. Məsələn, namazın şəriət qay-
dalarına uyğun qılınması üçün əvvəlcə dəstə-
maz almaq, üzü qibləyə durmaq və s. şərtlər
lazımdır. Bütün bu şərtlərin yerinə yetir-
ilməsi namaz ibadətinin düzgün icra edilməs-
inə dəlalət etməkdədir. Əgər müsəlman dini
vəzifələri icra edərkən şərtlərə əməl etməzsə,
onda məzhəblərin çoxuna görə yerinə yetir-
ilən ibadət batil (pozulmuş) hesab edilir. Bəzi
ilahiyyatçılar isə onları fasid (korlanmış)
hesab edirlər.
ŞƏVVAL – hicri təqviminin onuncu
ayıdır. Şəvval Ramazan ayından sonra
girdiyi üçün onun birinci günündə oruc
bayramı qeyd edilir. Bu ayda altı gün oruc
tutmaq savab hesab edilir. Hədislərə görə
Ramazan ayında və Şəvvalın altı günündə
oruc tutan müsəlman bütün il boyu oruc tut-
muş kimi olur. Oruc bayramı günü oruc tut-
maq isə haramdır.
248
ŞƏMUN
ŞƏYA – Musa peyğəmbərin şəriətini
yaymış İsrail peyğəmbərlərindən biri ol-
muşdur. Onlar doğru yoldan sapdıqlarına
görə Allah onları doğru yola dəvət etmək
üçün Şəyanı göndərmiş, ancaq onun dinə
dəvəti bir nəticə verməmişdir. Sonra is-
raillilərlər onu öldürmüşdürlər. Bundan sonra
Allah onları cəzalandırmışdır. Babil krali
Buhtunnəsri İsraili məğlub edərək dar-
madağın, xalqını isə sürgün etmişdir.
ŞƏZZ – hədis elmində etibarlı ravilərin
rəvayət etdikləri hədislər ilə ixtilaf təşkil
edən digər etibarlı ravilərin rəvayət etdikləri
hədislərdir. Bu kimi hədislər istisna hallarda
fiqhdə dəlil kimi göstərilir.
ŞİƏLƏR – Əli ibn Əbu Talibi və onun
soyundan olan imamları xəlifə və dini rəh-
bər kimi qəbul edən müsəlmanlardır. Sayca
sünnilərdən sonra ikinci ən böyük müsəlman
məzhəbidir. İslam tarixinin ilk dövrlərində
şiəlik siyasi bir cərəyan kimi ortaya
çıxmışdır. Sonrakı dövrlərdə isə öz dini
dünyagörüşlərini formalaşdıraraq məzhəbə
çevrilmişdir. Tarixdə çoxlu şiə məzhəbləri ol-
muşdur. Onların bəzilərini Əli ibn Əbu Talibi
və onun soyundan olan imamları tan-
rılaşdırdıqlarına görə “qulat” ya “əliilahi” ad-
landırılmışdırlar. Onlar druz, ələvi, nüseyrilər
kimi dini cərəyanlarda təmsil olunurlar. Bu
dini cərəyanların ardıcılları Türkiyədə,
Suriyada və Livanda yaşayırlar. Şiələrin
çoxluğunu isna-əşərilər təşkil edir. Onlar
Azərbaycanda, İranda, İraqda, Bəhreyndə və
Yəməndə yaşayırlar. Zeydi şiəliyi isə əsasən
Yəməndə geniş yayılmışdır. Qeyd etmək
lazımdır ki, şiə azınlığı bütün müsəlman
ölkələrində mövcuddur.
Şiəliyin tarixi İslamın erkən dövrlərindən
başlayır. 11/632-ci ildə Məhəmməd peyğəm-
bərin vəfatından sonra mədinəli ənsarlar tə-
cili olaraq yığışıb Səd ibn Übədə adlı nüfuzlu
bir səhabəni xəlifə elan etmişdirlər. Ancaq, o
zaman mühacirlərdən olan Əbu Bəkr, Ömər
və Əbu Übeydə onların toplantı yerinə gəlib
xəlifənin soyunun mədinəli deyil, Məkkənin
Qureyş
qəbiləsindən olmasının daha
məqsədəuyğun olmasını iddia etmişdirlər.
Mədinəlilər bu iddia ilə razılaşmalı olmuş-
durlar. Elə orada da Əbu Bəkr xəlifə elan ol-
unmuş və sonra müsəlmanların çoxu ona
beyət etmişdir. Ancaq, onun namizədliyi ilə
razılaşmayan və xəlifəliyə Əli ibn Əbu Tali-
bin daha çox layiq olduğunu iddia edənlərdə
olmuşdur. Onların arasında Əbu Zər Ğəffari,
Səlman Farisi kimi çox nüfuzlu səhabələr də
yer alırdılar. Müəyyən vaxtdan sonra onlar
çoxluğa tabe olaraq Əbu Bəkrin və onun
varisi olacaq Ömərin xəlifəliklərini
tanımışdırlar.
Xəlifə Osmanın vəfatından sonra 34/656-
cı ildə Əli ibn Əbu Talib xəlifə seçilmişdir.
Ancaq, onun dövründə Xilafətin müxtəlif
bölgələrində mərkəzi hakimiyyət zəifləmiş,
üsyanlar ölkəni bürümüş, hətta vətəndaş
müharibəsi belə başlamışdır. Onun əsas rəqi-
bləri Müaviyə ibn Əbu Süfyan, eləcə də xari-
cilər olmuşdurlar. Elə o dövrdə, şiələr bir
siyasi güc kimi formalaşıb fəaliyyət göstər-
məyə başladılar.
39/661-ci ildə Əli qəsd nəticəsində şəhid
edilmişdir. Onun oğlu Həsən isə mübarizəni
davam etdirmək gücündə olmadığına görə o,
hakimiyyəti Müaviyəyə təslim etmək
məcburiyyətində qalmışdır.
Ancaq, şiələr bundan sonra da Müaviyə
və digər Əməvi hökmdarlarına qarşı müqav-
imətlərini davam etdirmişdirlər. Onlar
Əməvilərin sülalə hakimiyyətini tanımamış,
yalnız Əlinin soyundan olan insanları
imamətə və Xilafətə layiq görmüşdürlər.
Müaviyənin ölümündən sonra onun oğlu
Yəzid xəlifə elan olunmuşdur. Ancaq, onun
hakimiyyətini Xilafətin bir çox bölgələrində
tanımamışdırlar. Həmin vaxt şiələr daha da
aktivləşmiş və Əlinin oğlu Hüseynə beyət et-
mişdirlər. O da öz tərəfdarlarının çağırışına
249
ŞİƏLƏR
səs verərək Kufəyə doğru yola çıxmış, ancaq
yolda Kərbəlada Əməvi qoşunu ilə qarşıdur-
mada 58/680-ci ildə öldürülmüşdür.
Onun vəfatından sonra Xilafətdə vətən-
daş qarşıdurması daha da çox qızışmışdır.
Yəzid taxtdan salınmış, Əməvilərin nüfuzu
yalnız Suriyada qalmışdır. Bu əlverişli
şəraitdə şiələr hakimiyyəti ələ ala
bilməmişdirlər. Nəticədə, Xilafətin
cənubunda Abdullah ibn Zübeyri xəlifə kimi
tanımışlar. Onun xəlifəliyi dövründə şiələrin
qeysanilər adlanan bir qismi Əli ibn Əbu Tal-
ibin oğlu Məhəmməd ibn Hənəfiyyəyə beyət
edib üsyan qaldırmışdırlar. Onlar həm
Əməvilərə, həm də Abdullah ibn Zübeyrə
qarşı vuruşmuş, sonra isə ona məğlub olmuş-
durlar.
Bundan sonra Əməvilər güclənib bütün
Xilafətdə hakimiyyətlərini bərpa etmişdirlər.
Şiələr isə bundan sonra onlara müqavimət
göstərmişdirlər. Onların daha bir üsyanına
Əli nəslindən olan Zeyd ibn Əli rəhbərlik
etmiş, ancaq o da öldürülmüşdür. Onun
davamçıları isə zeydi məzhəbinin təməlini
qoymuşdurlar.
Şiələr üçün ən əlverişli vəziyyət Əməvi
hakimiyyətinin sonunda yaranmışdır. O
zaman bütün Xilafəti üsyanlar bürümüşdür.
Hakimiyyətə isə şiələr və Abbasilər iddia
edirdilər. Ancaq, Abbasilər təşəbbüsü ələ
alaraq Əməvilərə qarşı üsyanları təşkil edib
onlara rəhbərlik etdilər. Bu səbəbdən də,
şiələrin namizədi olan Cəfər Sadiq son
məqamda ona təklif olunmuş hakimiyyətdən
imtina etmişdir. Bundan sonra xilafətə Ab-
basilər gəlmişdirlər və siyasi rəqibləri olan
Əli tərəfdarlarını təqib etməyə başlamışdır-
lar.
Şiələrin hakimiyyət mübarizəsindəki
uğursuzluqları, verdikləri çoxsaylı qurbanlar
və ardı kəsilməyən təqiblər nəticəsində on-
ların arasında qeybdə olan və ədaləti bərpa
etmək üçün gələcək Mehdi inancı for-
malaşmışdır. Ancaq, onun kim olacağı
barəsində şiələr birliyə gələ bilməmişdir. Hər
dini cərəyan öz imamlarından birini Mehdi
hesab etmişdirlər.
Bundan başqa Əli ibn Əbu Talibin Fa-
timədən olan iki oğlu Həsən və Hüseyn var
idi. Ona görə də, onun sülaləsi hüseyni və
həsəni qollarına bölünmüş və onların
hərəsinin öz tərəfdarları olmuşdur. Ancaq,
həsənilər fundamental məzhəb yarada
bilməmişdirlər, onların özlərinə məxsus dini
dünyagörüşləri olmamışdır. Onların yalnız
siyasi fəaliyyətləri olmuşdur. Hüseynilər isə
fiqh
sahəsində inkişaf edərək öz
məzhəblərini formalaşdıra bilmişdirlər.
Bundan başqa Əli ibn Əbu Talibin digər
zövcələrindən də övladları olmuşdur. Onlar-
dan biri olan Məhəmməd ibn Hənəfiyyəni
qeysanilər imam kimi tanımışdırlar. Elə o
zaman da şiəlik siyasi cərəyandan dini
məzhəbə çevrilməyə başlamışdır. Onların
özlərinə məxsus dini dünyagörüşləri və fiqhi
məktəbləri yaranmışdır. Əli nəslinin nü-
mayəndələrindən ibarət olan və sülalə sis-
temi ilə qurulmuş imamət təkcə hakimiyyət
vasitəsi kimi deyil, həm də mənəvi rəhbərlik,
ali müqəddəslik kimi başa düşülməyə
başlamışdır.
Abbasilər dövründə bir-biri ilə rəqabət
aparan şiə məzhəblərinin çoxalması prosesi
davam etmişdir. Onların arasında ən böyük
ixtilaf II/VIII əsrin ortalarında baş vermişdir.
O zaman şiələrin çoxu altıncı imam kimi
Cəfər Sadiqi tanıyırdılar. Onun vəfatından
sonra bir çoxları onun kiçik oğlu Musa
Kazımı imam elan etmişdirlər. Digərləri isə
Cəfərin ölmüş oğlu İsmaili və onun oğlu
Məhəmmədi imam kimi tanımışdırlar. Buna
görə də, onları ismaili və ya “yeddi-
imamçılar” adlandırmışdırlar. Məhəmmədin
ölümündən sonra ismaililər onun varislərinin
qeybə çəkildiklərini elan etmiş və onların
tərəfdarları imamların zühurunu gözləməyə
başlamışdırlar. İsmaililərin inancına görə
qeybdə olan imamları diridir, sadəcə
250
ŞİƏLƏR
hakimiyyətin təqiblərindən gizlənmiş və
məqamı çatdıqda zühur edəcəkdir. Qeyb za-
manı o, bəzi tərəfdarları vasitəsi ilə ümmətlə
rabitə saxlamışdır.
İsmaililər Misir və Şimali Afrikada Fa-
timilər Xilafəti kimi böyük və güclü bir ölkə
yaratdıqdan sonra onlar qeyb dövrünün bit-
diyini elan etmişdirlər. Ancaq, Fatimi xilafəti
dağıldıqdan sonra onların təlimi iflasa
uğramış və yenidən qurulmağa başlamışdır.
Onlardan nizarilər və müstəlilər kimi qollar
ayrılmışdır.
Musa Kazımın imamətini tanıyanlar isə
isna-əşəri şiəliyinin əsasının qoymuşdurlar.
Ondan sonra onlar daha bir neçə nəfəri imam
kimi tanımışdırlar. Onların tanıdıqları imam-
ların sayı 12 olduğuna görə onları isna-əşəri
(oniki-imamçı) adlandırırlar. Onlar sonuncu
imamı Mehdi elan edərək onun diri olub
zühür edəcəyinə inanmışdırlar.
Onikiimamçı şiəlik bir zaman Büveyhilər
dövləti tərəfindən dəstəklənmişdir. Büvey-
hilər 334/946 – 467/1075-ci illərdə Abbasi
xəlifələrini özlərinə tabe etdirmişdirlər. Elə o
zaman oniki-imamçı şiələr öz ilahiyyatlarını
və cəfəri adlanan fiqhlərini inkişaf etdirmiş,
bu məzhəbi İslamın ən aparıcı
məzhəblərindən birinə çevirə bilmişdirlər.
Bundan sonra oniki-imamçı şiəlik X/XVI əs-
rdən sonra Səfəvilər və Qacarlar dövlətinin
rəsmi məshəbi olmuşdur. Miladi 1979-cu
ildə İranda baş vermiş inqilabdan sonra isna-
əşərilik bu ölkənin rəsmi məzhəbinə
çevrilmişdir.
Başqa siyasiləşmiş şiə təriqətləri də tarix
boyu müxtəlif ölkələrdə hakimiyyəti ələ ala
bilmişdirlər. Məsələn, III/IX əsrdə Təbəristan
və Yəmənin şimal bölgələri zeydi imamları
tərəfindən idarə olunurdu. Yəməndə onların
hakimiyyəti XIV/XX əsrə qədər davam et-
mişdir. Zeydi məzhəbi bu gün də Yəməndə
böyük nüfuza malikdir. Onların öz ilahiyyatı
və fiqhi vardır. Zeydiləri
başqa şiə
təriqətlərindən fərqləndirən cəhətləri odur ki,
onların arasında Mehdinin qeybdə olması və
zühur etməsi ideyaları inkişaf etməmişdir.
Həsənilər isə Şimali Afrika (Məğribdə),
Məkkə və bəzi digər bölgələrdə çox böyük
nüfuza malik olmuş və dövlətlər qura
bilmişdirlər.
ŞİRK – kimi və ya nəyi isə Allaha ortaq
qoşmaq və ona tapınmaqdır. İslam əqidəsinə
görə şirk ən ağır günahlardan biri hesab
edilir. Əgər şirk edən insan tövbə etməzsə,
Allah onu əsla bağışlamaz (Quran, 4: 48).
Bəzi İslam alimləri şirki böyük və kiçik ol-
maqla iki yerə ayırmışlar. Onlar böyük şirki
Allahdan başqasına tapınmaq, kiçik şirki isə
Allaha ortaq qoşmaq kimi dəyərləndirmişlər.
Məsələn, pis gözdən qorunmaq üçün göz-
muncuğunun boyundan asılması, xoşbəxtlik
gətirsin deyə at nalının qapılara vurulmasını
göstərmək mümkündür. Kiçik şirk müsəl-
manı İslamdan çıxarmasa da, yenə də çox
ağır günahlardan hesab edilir.
ŞİT – Adəmin oğlu olmuşdur. Qurana
görə Adəmin oğlu Qabil, qısqanclıq səbəbi
ilə qardaşı Habili öldürmüşdü. Rəvayətlərdə
deyilir ki, Allah öldürülmüş Habilin yerinə
Adəmə Şit adlı başqa bir oğlan uşağını ver-
məklə onu müjdələmişdir. Şit atası Adəmin
sevimli oğlu olmuşdur. Adəm ona Allahdan
öyrəndiyi müxtəlif bilikləri və sirləri
öyrədərək onu öz mənəvi varisi etmişdir.
Adəmin vəfatından sonra Allah Şiti peyğəm-
bər kimi vəzifələndirmiş, ona 50 səhifəlik
sühuf endirmişdir. Rəvayətlərə görə o,
ardıcılları ilə birlikdə minə qədər şəhər
salmışdır. Orada insanlar xoşbəxtlik içində
yaşamışdır.Yenə rəvayətlərə görə, Şit ətraf
bölgələrə səyahətlər etmişdir. Yəməndə
olanda o, Qabilin soyundan olan yollarını
azmış qəbilələri doğru yola dəvət etmişdir.
Ancaq, onlar Şiti və onun tərəfdarlarını eşit-
mək istəməmiş, onlara qarşı gəlmişdirlər.
Buna görə də, Şit bu qəbiləyə qarşı
251
ŞİT
savaşmışdır. Bu tarixdə din uğrunda aparılan
ilk savaş olmuşdur və bu savaş Şitin tərəfdar-
larının qələbəsi ilə nəticələnmişdir. Daha
sonra rəvayətlərdə qeyd edilir ki, Şit Adəmlə
birlikdə Kəbə evini inşa etmişdirlər. Rə-
vayətlərə görə Şit peyğəmbər iki yüz ildən
artıq yaşamışdır. Atası Adəmin Minadakı
məzarının yanında torpağa tapşırılmışdır.
Onun ölümündən sonra insanlar doğru
yoldan uzaqlaşmışdır. Buna görə də, Allah
onları hidayətə dəvət etmək üçün İdris
peyğəmbəri göndərmişdir.
Dostları ilə paylaş: |