On bir hecalılar
Ağ dəvə həmişə haqqı gəzdirər,
Ləpirin yerindən ağ gül bitirər.
Abadan kənd tüstüsündən bilinər,
Yaxşı odun tüstüsündən bilinər.
Ağılsız cavanı kirşan aldadar,
Sayğısız igidi düşmən aldadar.
Arvadlar içində arvadım itdi,
Əlləri xəmirli, dırnağı bitdi.
Aşağıda oturan itə baxar,
Yuxarıda oturan yükə baxar.
Ay çili, çili, çili mənə neylər,
Yarım bir olsa, günü mənə neylər.
Adam var ki, adamların naxşıdır,
Adam var ki, dindirməsən yaxşıdır.
Qocalanda adam var- ipəkləşər,
Qocalanda adam var- köpəkləşər.
Qanana çibin vızıltısı sözdür,
Qanmayana zurna-qaval da azdır.
Dedilər ki, Şahqulunun bağı var,
Demədilər, adda-budda dağı var.
Evlər gördüm- öz evimdən iyrəndim,
Evlər gördüm- öz evimə imrəndim.
21
Evlərə baxıram-şükür edirəm,
Evlərə baxıram-fikir edirəm.
İgid odur, atdan düşə, atlana,
İgid odur, hər əzaba qatlana.
Yaman qonşu, yaman arvad, yaman at,
Birin boşla, birin boşa, birin sat.
Ya elə danış, bir mətləb qansınlar,
Ya elə sus ki, ağıllı sansınlar.
Yabılarda arıq yabı mərd olar,
Yorulanda yiyəsinə dərd olar.
Kim bilir ki, kim qazana, kim yeyə,
Əbləh odur, bu dünyada qəm yeyə.
Yetimcə oğlaqdan olammaz təkə,
İnanma olsa da, qabağı çəkə.
Güləbətin gileylidi ərindən,
Boşanmayır, namusundan, arından.
Muğan, Muğan olsa, biri üç eylər,
Muğan tufan olsa, üçü heç eylər.
Oğru elə bilər-hamı oğrudur,
Doğru elə bilər-hamı doğrudur.
Su da susuzluqdan daş olsa İlyas,
Bədəni,
bədəndən, sən elə xilas.
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər: bəxtəvər yaylağa çıxdı.
Fələyin böylə-böylə işləri çox,
Aslanı ac gəzdirir, tülkünü tox.