Sual: - Maniçi başı cəvahir misin,
taşı misin?
Bir kaç mani soylesam,
Cibində taşım misin.
Cavab:- Maniçi başıyım da,
Cəvahir taşıyım da.
Bir kaç mani söyləsən,
Cibimde taşıyım da.
Birinci şəxs qarşısındakından soruşur ki, sən mani (mani söyləyənlərin) başısanmı, sən cəvahir daşısanmı, əgər bir mani söyləsəm, məni qiymətli daş kimi cibində gəzdirərsənmi?
Qarşıdakı cavab verir ki, mən özüm mani (bayatı) söyləyənlərin başçısıyam, özüm cəvahir daşıyam. Lakin sən bir mani söyləsən, onu cibimdə daşıyaram. Anlaşılır ki, bu iki gəncin-qızla oğlanın deyişməsidir. Son yetmiş ildə türk xalqlarının özünün genetik (qan yaddaşı), tipoloji əlaqələrini qoruyub yaşatsa da, mədəni əlaqələri, folklor əlaqələri qırılmış, bir-birinə qaynayıb-qarışa bilməmişdir. Lakin aydınca hiss olunur ki, bu əlaqələr əski çağlarda daha möhkəm olmuşdur. Hətta, Krım-Tatar və Azərbaycan “Arzu-Qəmbər”lərində elə şeir şəkillərinə rast gəlirik ki, artıq o nümunələr bayatı məcrasından çıxmış kimi görünür. Məsələn: Dastanın Gəncə variantında toy zamanı Qəmbər Arzunun atının cilovunu çəkir, at Qəmbərin dabanını ayaqlayıb yaralayır. Qəmbər buna etiraz edir və deyir:
Al geyirsən, əsdirirsən, əmim qızı,
Səbri-qərarım kəsdirirsən,əmim qızı.
Çərpəndimi basdırırsan, əmim qızı.
Arzu cavab verir:
Çərpəndini basdırram, əmi oğlu.
Dastanın Bakı variantında həmin şeir bir az fərqli şəkildədir:
Qəmbər deyir:
Əsdirirsən, əsdirirsən,
Tellərini kəsdirirsən,
Tələsirsən getməyə,
Ayağımı basdırırsan.
Arzu cavabında:
Əsdirmirəm, əsdirmirəm,
Tellərimi kəsdirmirəm.
Tələsmirəm getməyə,
Ayağını basdırmıram.
İraq-Kərkük “Arzu-Qəmbər”ində həmin deyişmə bayatı aşağıdakı şəkildədir:
Qəmbər:
Hannan, Arzum, hannan,
Məhəbbətü çıxmaz cannan.
Diz kinüü çəkərək tut,
Dabanım doldu qannan.
Dostları ilə paylaş: |