Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


HƏZRƏT NİZAMİ GƏNCƏVİ VƏ ETNOYADDAŞ



Yüklə 1,1 Mb.
səhifə31/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   27   28   29   30   31   32   33   34   ...   78
Nizami-folklor

HƏZRƏT NİZAMİ GƏNCƏVİ VƏ ETNOYADDAŞ
XII əsr Azərbaycan humanitar-ictimai fəlsəfi-siyasi düşün­cə­sinin zirvəsi Şeyx Nizami Gəncəvinin poeziyası aforizmlər və müdrik kəlamlar kimi xalqın yaddaşına hopmuş, onun bədii təfəkküründən süzülərək cilalanmış, şifahi ənənədə dastanlara, nağıllara çevrilmişdir.

Dövrünün ictimai-siyasi, ədəbi-mədəni proseslərini dərin­dən bilən şair, hadisələrin təsvirində xalq yaradıcılığı ənənə­lərindən də istifadə etmişdir. Eyni zamanda xalq bilimlərini, mə­ra­sim və təntənəli xalq bayramları haqqındakı bilgiləri əsərlə­rində canlandıraraq onlara yaşamaq haqqı vermişdir. Biz bir çox ənə­nəvi xalq yaradıcılığı nümunələri haqqında informasiyanı böyük Nizaminin əsərlərindən almış oluruq.

Azərbaycan xalq ədəbiyyatının tarixi köklərinə baxdıqda bir fakt öz möhtəşəmliyi ilə diqqəti çəkir; türk etnosuna daxil olan xalqların – türkmənlərin, qazaxların, qırğızların, özbəklərin, istərsə də azərbaycanlıların ağız ədəbiyyatı bir çox xalqların yazılı ədəbiyyatında öz izlərini buraxmışdır.

Nizami Gəncəvinin əsərlərində ənənəvi biliklərin çeşidi əl­vanlığı ilə bərq vurur. Tapmacalardan tutmuş xalq təbabə­tinə­dək bir çox bilgilər şairin əsərlərində əks olunmuşdur.

Bəşər tarixi yaranan gündən, elmi təbabətin izi-tozu yox ikən insanlar xəstələndikdə təbii müalicə vasitəsi kimi müxtəlif otlardan istifadə etmişlər.

Qorxmadı, “Nuşi-qiya” çünki içmişdi öncə,

Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə.

Xalq yaradıcılığına önəm verməsi, onun əsərlərindən bir çoxunun sonradan atalar sözü statusunda təqdim olunmasına rə­vac vermişdir.

İnci lətafəti olsa da su da,

Çox içsən insanı incidər o da.



Nizami Gəncəvi yaradıcılığında onlarla belə misralar var ki, artıq xalq tərəfindən yüz illərdir ata sözü, müdrik kəlam kimi iş­lədilir. Məşhur folklorşünas alim M.H.Təhmasib “VII əsrə qə­dər Azərbaycan şifahi xalq ədəbiyyatı” məqaləsində Nizami Gən­cəvi­nin xalq yaradıcılığı ilə bağlılığından bəhs edir: “Qədim Azərbay­can ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi ədəbiy­yatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla faydalanmışdır. Bu dahi sənətkarın “Xəm­sə”­sindən yüz­lərlə kiçik, böyük əfsanələrə, rəvayətlərə, əsatir­lə­rə təsadüf edilir. Bunlardan bəzilərini o, özü yaratmış, bəzilərini isə yazılı qay­naqlardan, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləş­dirmiş, xalqdan alaraq yenidən xalqa qaytarmışdır” (1).

Nizami Gəncəvi “Xəmsə”də istifadə etdiyi rəvayətlər xalq ya­radıcılığının ən əski nümunələri sayıla bilər. “Sultan Səncərlə qa­rının əhvalatı”nda dahi sənətkar “iş üz ağardar” xalq ibarəsini fəlsəfi-didaktik baxımdan elə təsvir edir ki, 1000 ilə yaxın za­man keçməsinə baxmayaraq, mövzu hələ də öz aktuallığını saxlamışdır.

İntibah dövrü humanitariyanın incilərindən olan Nizami xalq ölçü vahidlərini poeziyaya gətirməklə həm xalqın zəngin mənəvi resurslarını təsvir edir, həm də Şərq poeziyasının fono­poetika cəhətdən zənginləşməsinə xidmət etmiş olur.

“Sirlər xəzinəsi” poemasında “Ovçu ilə itin və tülkünün hekayəti”ndə şair yazır:

“Ovçu dözdü, səbrinin misqal boyda arpası

Bəlkə bir dirhəm qədər xeyir gətirdi azı” (2).

Arpa burada çəki vahididir. Bu gün də xalq arasında bu vahiddən istifadə olunur.

Əsərlərində insanların əski inamları ilə bağlı, səma cisim­lərinə, Göy tanrısına tapınma, kultlarla əlaqəli beytlər gələnəkdə olan inanclar sisteminə daxildir:
Kəmbərstə deyildi Əkizlər bürcü onda,

Qan almağın azaddı o şişkin damarından” (2).

Əcdadların əski inamına görə, göydəki on iki ulduzlar topasından biri sayılan çevrə, yaxud baş-başa vermiş iki qızcığaz şəklində Əkizlər bürcü Külək tanrısına çevrilmiş hesab edilir. Və yaxud:

Ayın üzü tutulub qaralmamışdı hələ,

Su dolu teştin rəngi düşməmişdi bu hala.

Yenə də mövzu xalq inam və sınamalarından gəlir. İbtidai insanlar Aya sehrli qüvvə kimi baxır, onun gecənin hamisi hesab edir, şər və qorxulu qüvvə­lərdən yalnız onun vasitəsilə qurtara­caq­larını zənn edirdilər. Həmin insanlar Ay tutulanda teşti, lə­yəni döyəcləyib, yaxud mis qapaqları bir-birinə çırpıb haray-həşir qopararaq Ayı şər qüvvələrdə xilas etməyə çalışardılar.

Bu türlü mövzular Nizami Gəncəvinin yaradıcılığında ək­sə­riyyət təşkil edir.

Nizami Gəncəvini yeni elmi metodlarla öyrənən Siracəd­din hacı şairin xalq inancları ilə bağlı görüşlərini şərh edərək yazır:

“O, günəş kimi Dolçanın Yusifi oldu,

O, su Dolçası kimi Balığın Yunisi oldu.

Həzrəti Nizami bu beytin ideyasını da zəngin bilgilər əsasında təqdim et­mişdir. Bu bürclərlə bağlı çoxsaylı əfsanə, əsatir var. Qədim astronomiya xəritə­lə­rində, atlaslarda Dolça bürcü əlində içərisindən su axan kuzə tutmuş adam şəklində təs­vir edilirdi. Bunun fəslin əlamətləri ilə bağlı olduğu güman edi­lir. Günəş bu bürcə daxil olanda bahar yağışları başlayır, dağ­larda qar əriyir, çaylarda daşqın olur. Su Dolçanın rəmzi sayılır. Qədim xalqların düşüncəsinə görə, su hər şeyin həm əvvəli, həm də axırı idi. Bir sıra miflərdə Dolça bürcünü ümumdünya tufanı ilə bağlayırlar” (8).

Professor M.Mübariz “Nizami yaradıcılığına Azərbaycan folklorunun təsiri” məqaləsində qeyd edir ki, “Nizami klassik şairlərimiz içərisində hamıdan artıq xalq yaradıcılığı xəzinə­sindən istifadə etmişdir (3).

Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da prof. Sədnik Paşayev üç qrupda tədqiq etməyi müm­kün sayır:

1) Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və əfsa­nələr, yaxud da başqa folklor nümunələri;

2) Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri;

3) Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər (4).

Nizami Gəncəvinin yaradıcılığı aşıqların da repertuarını zənginləşdirmişdir. Bir çox aşıqlar Nizamiyə şeirlər həsr etmiş­lər və eyni zamanda Nizaminin xalq əfsanəsindən mövzusunu götürdüyü “Leyli və Məcnun” əsəri aşıqların dilində dastana dön­müşdür. “Leyli və Məcnun” poemasının el variantı olaraq çox­saylı bayatılarla və əfsanələrlə yanaşı “Leyli və Məcnun” adlı bir xalq dastanı da yaradılmışdır” (5).

Hz.Nizaminin mənəvi arsenalı, bədii irsi sözlü ədəbiyyatla cilvələnən və folkloru zənginləşdirən üfüqləri geniş bir yaradı­cılıq aləmidir” (7).

Azərbaycan sözlü və yazılı ədəbiyyatında Nizami poezi­yası və yaradıcılığının qüdrətli yüksəlişi bilavasitə onun qədim və zəngin türk kulturoloji qaynaqları ilə əlaqə­dardır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin