Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə132/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   128   129   130   131   132   133   134   135   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
112 
təzyiqini  tənzimləyir,  xəstədə  iştahanı  artırır,  onu 
gümrahlaşdırır. 
Göy öskürək xəstəliyinə tutulanlara gülxətmini dəmlə-
yib  çay  dəmini  içmək  məsləhətdir.  Gülxətmi  suyu  ilə  başı 
yuduqda saç tökülmür, dibində qov (kəpək) əmələ gəlmir. 
Zahı  qadınların  döşündə  süd  vəzilərinin  iltihabı  vaxtı, 
duranda qəfildən onu soyuq su, əşya toxundurmaqla səksən-
dirmək  və  ya  qarağat  qabığını  qaynadıb  məlhəm  kimi  döş 
nahiyəsinə yaxmaq məsləhətdir. 
Beyin  silkələnməsinin  müalicəsi  üçün,  xüsusilə,  şid-
dətli beyin, əmgək  ağrılarından  əziyyət çəkən xəstələrin tez 
sağalması üçün 40 ədəd qozu (cəvizi) iyun ayının 15-i ilə 25-
i  arasında  dərib  onu  təmiz  yumalı,  yaxşı  silib  ətçəkən 
maşında  çəkməli.  Sonra  onu  3  litrlik  bankaya  doldurub, 
üzərinə  1  kq  şəkər  tozu  (pesok)  tökməli.  Bankanın  ağzını 
möhkəm  bağlayıb,  ən  tezi  bir  həftədən  sonra  (bu  qəbil 
bankanı  bir  il  ağzı  qapalı  saxlamaq  olar.  O  öz  müalicə 
əhəmiyyətini  itirmir)  səhər,  günorta,  axşam  yeməyindən 
qabaq hər dəfə bir çay qaşığı qəbul etmək məsləhətdir. 
Sümükdə  çat  olanda  yumurtanın  sarısını  un  və  bal  ilə 
qarışdırıb,  çat  olan  yerə  yaxmaq  məsləhətdir.  Bu,  sümüyün 
bitişməsinə yaxşı təsir edir. 
Bel ağrısından əzab çəkənlərə qara saqqızı mumla qa-
rışdırıb, ağrı olan yerə bağlamaq məsləhətdir. 
Bədəndə tez-tez keyimə olanda, onu gicitkənlə  ovmaq 
məsləhətdir. 
Ürəyi  ağrıyan  adama  dəvədabanını  qaynadıb  həlimini 
vermək (içirtmək) məsləhətdir. 
Öd kisəsində daş olan adamlara itburnu meyvəsini qay-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin