Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə134/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   130   131   132   133   134   135   136   137   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
114 
məsləhətdir. Bu, xəstəliyin müalicəsini asanlaşdırır. 
Barmağına  dolama  çıxan  adama  bir  kasa  qatığı,  bir 
dəstə  yarpızı,  bir  baş  soğanı,  bir  parça  sabunu,  50  qram 
yağda  5  dəqiqə  odun  üstündə  qaynatdıqdan  sonra  ağrıyan 
yerə yaxmaq məsləhətdir. Bu, müalicəni tezləşdirər. 
Qoturluq  xəstəliyinə  tutulanlara  15-20  gün,  gündə  bir 
dəfə  qoz  yarpağını  qaynadıb,  onun  suyunda  30-35  dəqiqə 
vanna qəbul etmək məsləhətdir. 
Təngnəfəs  (astma)  xəstəliyinə  tutulanlara  papiros  çək-
mək,  içki  içmək  olmaz.  Hər  gün  yeməkdən  əvvəl  üç  dəfə 
itburnunu  qaynatdıqdan  sonra  onun  ilıq  suyunu  içmək 
məsləhətdir. Yeməkdən əvvəl gündə üç dəfə qızılgül, itburnu 
və  ya  tərxun  kökünü  qaynadıb  ilıq  suyundan  100  qram 
içmək  də  məsləhətdir.  Müalicəsi  effektli  olur.  Saç  tökül-
məsinin qarşısını almaq üçün narı dənələyib, 2-3 gün sirkədə 
saxlayıb,  ayı  piyi  və  qara  noxud  suyu  ilə  qaynadıb  saçın 
dibinə möhkəm-möhkəm sürtmək məsləhətdir. 
Ürəyi  şiddətlə  döyünən,  ağrıyan  adamlara  100-150 
qram albalının tumunu çıxarıb xırda-xırda doğrayıb, onu ye-
miş  (qovun)  tumu  ilə  qaynadıb,  3  gün  ağzı  örtülü  qaranlıq 
yerdə  saxlayıb,  sonra  içmək  məsləhətdir.  Bu,  ürək  ağrısını 
sakitləşdirməyə olduqca yaxşı təsir edir. 
Saçı  tökülən  adamlara  ilan  qabığını  yandırıb,  külünü 
zeytun  yağı  ilə  qarışdırdıqdan  sonra,  başına  yaxmaq  məslə-
hətdir. Bu, yalnız saçın tökülməsinin qarşısını almır, həm də 
təzə tük gətirmək xassəsinə malikdir. 
Sarı  yaradan  əzab  çəkənlərə  quru  nar  qabığını  əzib, 
nehrə yağı və süd üzü ilə qarışdırıb, yaranın üzərinə yaxmaq 
məsləhətdir. Müalicəsi effektli olur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin