Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə157/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   153   154   155   156   157   158   159   160   ...   403
Aqillərin  inamına  görə:  saçın  dibi  hədsiz  dərəcədə 
kəpək olanda, saçtökülməsi başlayanda 15-20 gün, gündə bir 
dəfə,  axşamlar  yatmamışdan  əvvəl  saçbidini  soğan  suyu  ilə 
sürtmək  və  gicitkənin  qaynadılmış  suyu  ilə  yumaq 
məsləhətdir. 
Aqillərin  inamına  görə:  mədə-bağırsağı  soyuqlayan 
və küt ağrılar verən xəstələrə 10-15 gün, hər gün bir dəfə ye-
məkdən  əvvəl  bir  fincan  əməköməci  həlimini  qəbul  etmək 
məsləhətdir. Bu, həm də bağırsaqları yumşaldır. 
Aqillərin inamına görə: tez-tez sinə ağrısından, ürək-
döyüntülərindən  əziyyət  çəkən  xəstələrə  mütəmadi  olaraq 
moruq şirəsini bal ilə qarışdırıb, hər gün yeməkdən əvvəl bir 
fincan içmək məsləhətdir. 
Aqillərin inamına görə: təngnəfəs (astma) xəstəliyin-
dən  əziyyət  çəkənlərə  hər  gün  yeməkdən  əvvəl  üç  dəfə,  bir 
fincan dəvə südü içmək məsləhətdir. 
Aqillərin inamına görə: ağciyər ağrısına, vərəmə, qı-
zılca xəstəliklərinə məruz qalanlara uzun müddət eşşək südü 
içmək məsləhətdir. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin