Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə168/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   164   165   166   167   168   169   170   171   ...   403
Aqillərin  inamına  görə:  şəkər  xəstəliyindən  əziyyət 
çəkən  adamlara  balqabağı  (boranını)  ətçəkən  maşından  ke-
çirib  şirəsini  gündə  üç  dəfə,  yeməkdən  əvvəl  yarım  fincan 
içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qan  təzyiqi  yuxarı  olan 
adamlara şəkər çuğundurunu ətçəkən maşından keçirib sonra 
süzüb  ona  bir  çay  qaşığı  bal  qatıb  gündə  3  dəfə,  yeməkdən 
əvvəl bir fincan içmək məsləhətdir. Bu cür türkəçarə müalicə 
qan təzyiqini aşağı salır. 
Aqillərin  inamına  görə: gecə pis  yuxu görən kəs  yu-
xusunu sübh  tezdən suyun axarına  tutub  söyləsə, su pis  yu-
xunu yuyub aparar, pis söz, pis göz yuxu görənin ailəsindən 
uzaq olar. Əgər, o, yaxşı yuxu görübsə, yenə də sübh tezdən 
axar  su  üstünə  gedib,  yuxusunu  söyləsə,  yuxu  görənə  və 
onun ailəsinə xoşbəxtlik üz verər. 
Aqillərin  inamına  görə:  yuxunu axşamüstü,  şər qarı-
şanda, gecə danışmazlar. Danışılsa, yuxu danışan şərə düşər, 
xeyir tapmaz. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin