Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə173/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   169   170   171   172   173   174   175   176   ...   403
Aqillərin  inamına  görə:  Qurban  bayramı  günü  kim 
niyyət  edib  kəsilən  qurbanlığın  ətinin  suyundan  bir  fincan 
(dolça)  içsə,  gələn  Qurban  bayramına  qədər  niyyəti  uğurlu 
olar, Allah tərəfindən qəbul olunar. 
Aqillərin  inamına  görə:  kim  Novruzun  son  çərşən-
bəsində gün çıxandan, ta o biri gün çıxana qədər ürəyində niy-
yət tutub yatmazsa, il təhvil olarkən axar sudan gətirilən sudan 
içib, əl-üzünü yuyarsa, ürəyində tutduğu niyyət qəbul olunar. 
Aqillərin  inamına  görə:  kim,  Novruzda  ilin  təhvilində 
əlində dolçada axar sudan gətirilən pak su ilə bayıra çıxıb, gör-
düyü  ilk  ulduza: –  "Ey  fələyin baxan gözü! Sən  mənim arzu-
istəyimi,  niyyətimi  uğurlu  elə,"  –  deyərsə  səhər  gün  çıxana 
kimi  yatmayıb,  dan  açılanacan  ulduz  cilvələnib,  pardaqlanıb 
ziyasını gur göstərərsə, həmin adamın niyyəti qəbul olunar. 
Aqillərin  inamına  görə:  kim  Novruzda  anadan  olan 
oğlan uşağı il təhvil verilərkən axar pak sudan gətirilmiş su ilə 
yalquzaq  ağzının  qıyası  və  diş  sümüyünün  ilıq  suyunda 
çimizdirilərsə,  o  uşağın  gözü  iti,  özü  sağlam,  qüvvətli,  uzun 
ömürlü,  bəxti  uğurlu  olar.  Getdiyi  uğurdan  yarıyan,  sözü 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin