Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə182/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   178   179   180   181   182   183   184   185   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
137 
Aqillərin  inamına  görə:  əməköməci  çiçəyinin  dəmlə-
məsi bir çox xəstəliklərin dərmanıdır. Bərk soyuqlayan, qançır, 
sətəlcəm, qanlı bəlğəm, nəfəs  yollarının bəzi şişlərinin, mədə-
bağırsaq,  qurd,  qaraciyər  şişinin,  öd  kisəsi  ağrılarının 
müalicəsinə çox kömək edir. Əməköməci çiçəyini qurudub, il 
boyu  da  istifadə  etmək  olar.  Əməköməci  dəmləməsini  15-20 
gün, hər gün yeməkdən əvvəl üç dəfə qəbul etmək məsləhətdir. 
Aqillərin inamına görə: şəkər çuğundurunun kökünü, 
yarpağını bişirib yemək, həm soyuqdəyməyə, qanlı bəlğəmə, 
həm  də  kəskin  dalaq,  böyrək  ağrılarını  müalicə  üçün 
əhəmiyyətlidir.  
Aqillərin  inamına  görə:  yerkökü  bir  çox  dərdin  dər-
manıdır. O, mədəni möhkəmlədir, sinə ağrısını azaldır, göy, 
quru  öskürəyin  müalicəsini  asanlaşdırır,  böyrək  ağrılarına 
kömək  edir.  Yerkökünün  mürəbbəsi  əhvalsız,  bədgüman 
adamların  əhvali-ruhiyyəsini  qaldırır,  tərəfləri  aktivləşdirir, 
bədənin  zəifliyinin  qarşısını  alır.  Mədə,  qaraciyər  xəstəli-
yinin müalicəsinə də yaxşı təsir edir. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin