Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə207/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   203   204   205   206   207   208   209   210   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
153 
Çox təəssüf ki, xalqımızın zəngin şifahi xalq yaradıcılığı ki-
mi,  loğmanlarımızın  bizə  miras  qoyub  getdikləri  xalq  təba-
bəti də külli halda toplanmamış, nəfis tərzdə çap olunub, bu 
günə qədər elin stolüstü kitabına çevrilməmişdir.  
Qədirbilən  oxucularım  təqdim  etdiyim  bu  kitabımda 
müdrik  loğmanlarımızın  verdiyi  tövsiyələrdə  insan  or-
qanizmi üçün qorxulu heç bir kimyəvi olmadığını, illər boyu 
onlardan  istifadə  edildiyini  nəzərə  alaraq  onların  bir  pa-
rasından  nümunə  verməyi  məqsədəuyğun    hesab  edirik. 
Sözsüz bir təbib deyilik, qarşımızda da elə bir  məqsəd qoy-
mamışıq  ki,  kitabda  verilən    bu  tövsiyələrdən  müalicə 
vasitəsi  kimi  istifadə  olunsun.  Bu,  respublikamızın  müdrik 
loğmanlarının işidir.  
Bizə elə gəlir ki, loğman babalarımızdan, nənələrimiz-
dən  nümunələr  verdiyimiz  ağartı  məmulatları,  meyvə, 
bostan-tərəvəz,  ot,  çiçək,  ədviyyat,  xəstəlik  və  s.  haqqında 
məlumatlar hər kəsə gündəlik məişətindən tanışdır. Ulu loğ-
manlarımızın  bu  müalicə  üsulları  təbiblərin  elmi-təcrübi 
dünyagörüşlərini araşdırmaq baxımından çox maraq doğura-
caq. 
Yabanı  yeməli  tərəvəz  bitkilərinin  90%-dən  çoxuna 
Naxçıvan  MR-in,  Talışın,  Azərbaycanın  Böyük  Qafqaz  və 
Kiçik Qafqaz ərazilərində rast gəlmək olar. Onların bir çoxu 
tərəvəz,  çörək,  yarma,  nişasta  əhəmiyyətli,  kofe  təbiətli, 
zülal və şəkər xüsusiyyətli, ətirli, xoş dada malik bitkilərdir. 
Hazırda  yabanı  tərəvəz  bitkilərindən  yeyinti  sənayesində 
cüzi  miqdarda  və  plansız  surətdə  istifadə  olunur.  Nahar 
zamanı süfrəmizdə  yolotu, təpəotu,  mələkotu, əvəlik,  uşqun 
(rəvənd),  qazayağı,  baldırğan  şirəsi,  çaşır,  çiriş,  gicitkən, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin