Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə206/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   202   203   204   205   206   207   208   209   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
151 
 
 
 
 
 
 
 
XALQ TƏBABƏTİ 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
152 
MÜDRİK EL LOĞMANLARININ TƏBABƏT 
BOXÇASINDAN ƏRMAĞANLAR 
 
Azərbaycan  Respublikası  ərazisinin  ekologiyası  və 
təbii sərvətlərinin öyrənilməsi, qorunması, artırılması, onlar-
dan  səmərəli  istifadə  edilməsi  dövlət  qurumları  ilə  yanaşı, 
biz  tədqiqatçıların  da  qarşısında  duran  ümdə  məsələlərdən 
biridir.  Zəngin  təbii  floraya  malik  Azərbaycan  ərazisində 
faydalı  təbii  bitki  örtüklərinin  müxtəlif  ekoloji-coğrafi  şə-
raitə  malik  zonalarda  yayılması,  təbii  ehtiyatlarının,  onların 
ərzaq, dərman xammalı kimi və eləcə də digər sahələrdə isti-
fadəsi  imkanlarının,  tətbiqinin  öyrənilməsi  elmi  və  iqtisadi 
cəhətdən çox əhəmiyyətlidir. 
Respublikamızda  yayılan  4500-dən  artıq  yabanı  bit-
kilərin  2500  növdən  çoxunu  iqtisadiyyatımız  üçün  faydalı 
xüsusiyyətlərə  malik  xammal  hesab  etmək  olar.  Bunların 
1800 növü dərman təbiətli, 1500 növü boyaq, 836 növü aşı, 
600  növə  yaxın  kosmetik,  500-dən  artıq  növü  ədviyyat  və 
yabanı  yeməli  tərəvəz  bitkisidir  (Qasımov,  1983,  1987, 
1990, 1992, 1995, 2001, 2002, 2003, 2004). 
Xalq təbabətinin müalicə üsulları tarixən çox qədimdir. 
Bəşər  tarixində  insan  meydana  gəldiyi  gündən  onun  ke-
çirdiyi  ağrı-azara  qarşı  sadə  müalicə  üsulları  da  meydana 
gəlmişdir. 
Son  illərdə  haqlı  olaraq  dünya  təbibləri  –  loğmanları 
xalq  təbabətinə,  onun  müalicə  üsullarına  güclü  meyl  göstə-
rirlər. Yurdumuzun ulu, loğman müdrikləri də cürbəcür xəs-
təlikləri  müalicə  etmək  üçün  çox  düşünüb-daşınmış,  xalq 
təbabətindən  dəfələrlə  istifadə  edib,  sınaqdan  keçirmişlər. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin