Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə245/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   241   242   243   244   245   246   247   248   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
183 
TƏRƏVƏZLƏR 
 
Badımcan 
 
Badımcan şirəsi iştahanı artırır, ondan hazırlanan təpit-
mə  (maska)  üzdə  əmələ  gələn  qırmızı  ləkələri  təmizləyir. 
Bunun  üçün  axşam  yatmazdan  qabaq  badımcan  şirəsindən 
hazırlanmış  təpitməni  üzə  çəkmək,  30-35  dəqiqədən  sonra 
onu ilıq su ilə silmək lazımdır. Müalicəni 14-15 gün davam 
etdirmək məsləhətdir. 
 
Kələm 
 
Kələm  mədə-bağırsaq  xəstəliklərinə,  qan  təzyiqinin 
aşağı  salınmasına  müsbət  təsir  edir.  Kələmin  yuxugətirici 
xassəsi güclüdür. Onu qaynadıb həlimini içmək qan damar-
larını  genişləndirir.  Bu,  bəlğəm  və  göyöskürəyə  yaxşı  təsir 
edir.  Bel,  boyun,  oynaq  ağrılarını  azaldır.  Kələm  suyu  və 
ondan hazırlanmış xörək bədənin temperaturunu tənzimləyir, 
lakin  kələm  həlimini  çox  içmək  qanı  qatılaşdıra  bilər. 
Kələmi  bişirib  arpa  unu  ilə  təpitmə  etdikdə  irinli  yaraları 
sağaldır. Yel xəstəliyi, bel və oynaq ağrıları zamanı da belə 
təpitmənin qoyulması məsləhətdir. Kələm təpitməsi yumurta 
ağı ilə qarışdırılanda,  yanıq  yaralarına da  yaxşı  kömək edir. 
Kələm təpitməsi saçın tökülməsinin qarşısını alır. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin