Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə271/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   267   268   269   270   271   272   273   274   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
207 
Kartof 
 
Qədim dövrlərdə insanlar kartofdan uzun müddət qida 
kimi istifadə etmək sirlərinə bələd olmadıqlarına görə ondan 
(qida  kimi)  ərzaq  kimi  istifadə  etmirdilər.  Az  sonra  kartof-
dan nişasta almaq məqsədilə istifadə olunmağa başlanmışdır. 
Rusiyada ilk dövrlərdə kartofa «Şeytan meyvəsi» deyirdilər. 
Sonradan  Kartofdan  ləziz  xörəklərin  hazırlanma  sirlərini 
öyrənib  ondan  istifadə  etməyə  başladılar.  Ruslar  kartofu 
ikinci çörək adlandırdılar.  
Müxtəlif  ölkələrin  xalqları  kartofu  bir  neçə  adla  çağı-
rırlar.  Məsələn,  ispanlar  hinduların  dili  ilə  «papa»,  islandi-
yalılar  göbələyə  oxşar  olduğuna  görə  «tryuflya»,  «tartuf-
foli», ingilislər «irlandiya batatı», fransızlar «tomm de terr» 
–  «yer  alması»  və  s.  adlarla  çağırırlar.  Rusiyaya  kartof 
İspaniyada əkildikdən bir əsr sonra gəlib çıxmışdır. 
Kartof  qida  əhəmiyyətli,  dərman  xüsusiyyətli,  texniki, 
bəzək  və  nektar  təbiətli  bitki  sayılır.  Kartofun  kökyumru-
larının  tərkibində  insan  orqanizmi  üçün  lazım  olan  zəngin 
bioloji-aktiv maddələr vardır. Belə ki, onun kökyumrusunda 
76,3%  su,  23,7%  quru  maddə,  17-20,7%  nişasta,  0,5-0,8% 
şəkər, 1-2% zülal, 1%-ə qədər mineral maddələr, o cümlədən 
12-15 mq% Ca, 400-500 mq% K, 45-50 mq% P, 1 mq% Fe 
və s. tapılmışdır. Bundan əlavə, tərkibində C, B, B
2
, Bc, D, 
PP,  K,  E,  U,  karotinoid  və  s.  maddələr  aşkar  edilmişdir. 
İnsan  orqanizmi  C  vitamininə  olan  tələbatının  yarısını 
kartofla təmin edir, zülal maddəsi yüksək bioloji əhəmiyyətə 
malikdir. 
Kartofun  sarı  sortları  karotinlə  daha  zəngindir,  buna 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin