Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə272/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   268   269   270   271   272   273   274   275   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
208 
görə də bu sortlar çox faydalıdır. Kartofda C vitamini çox ol-
duğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər 
kartofda  olan  C  vitamini  orqanizmin  bu  vitaminə  olan 
gündəlik  normasını  təmin  edir.  Lakin  kartofu  saxladıqda  C 
vitamini  getdikcə  azalır.  Yerdən  təzə  çıxarılmış  kartofda  C 
vitamini 26-42%-dirsə,  yaza qədər bunun ən çoxu üçdə biri 
qalır.  Kartofu  bişirdikdə  də  C  vitamini  itir.  Onun  mümkün 
qədər çox qalması üçün aşağıdakı şərtlərə əməl etmək məslə-
hətdir: kartofun qabığını soyduqdan sonra suda çox saxlama-
malı,  kartofu  bişirmək  üçün  soyuq  suya  yox,  qaynar  suya 
salmalı  və  qazanın  ağzını  örtüb  bişirməli.  Kartofdan  hazır-
lanmış  yeməklərdə  C  vitamini  çox  tez  itdiyinə  görə  onu 
ertəsi günə saxlamağı məsləhət görmürlər. 
Kartofda  azotlu  maddələr  zülal,  amin  və  amid  birləş-
mələridir.  Bunlar  6:3:1  nisbətindədirlər.  Kartofun  zülalla-
rında bitkilərdə təsadüf edilən amin turşuların demək olar ki, 
hamısı, o cümlədən əvəz olunmaz amin turşuları vardır. Be-
ləliklə,  kartofun  zülalı  qiymətli  zülaldır.  Kartofda  turşu-
lardan: limon, oksalat, süd və alma turşuları vardır. 
Yeyinti  sənayesi  kartofdan  müxtəlif  qida  məhsulları  – 
qızardılmış,  dondurulmuş, kartof  lopası, krupası və s. isteh-
sal edir. 1 ton kartof yumrusundan 160 kq dekstrin və yaxud 
80 kq qlükoza, 112 litr spirt və  yaxud 55 kq maye karbonat 
turşusu  almır.  Yeyinti  tullantılarından  isə  cem,  cecə,  jmıx, 
mal-qara  üçün  vitaminli  yem  hazırlanır.  Standarta  uyğun 
gəlməyən  kökyumrusundan  və  yaşıl  hissəsindən  isə  donuz 
və quşlar üçün  yem əldə edilir. 100 kq kökyumrusundan 35 
yem  vahidi,  2,1  kq  həll  olmuş  formada  protein  əldə  edilir. 
Kartofdan  sənayedə  fotolentlər,  aseton,  süd  turşusu, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin