Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə376/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   372   373   374   375   376   377   378   379   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
297 
böyrək və sidik kisəsi daşma qarşı işlədilir. 
Ərik  –  keçmişdə  loğmanlar  əriyi  qan  yaradan  meyvə 
kimi  tanıtmış,  onu  qanın  durulaşması  amili  hesab  etmişlər. 
Ərik  qurusu  öd  ağrılarını  yüngülləşdirir,  qan  təzyiqini  tən-
zimləyir. 
Gavalı –  yeməkdən  əvvəl  qara gavalı işlətmək  başağ-
rısı, öd kisəsinin iltihabı və qızdırmanın qarşısını almaq üçün 
faydalıdır. Gövdəsində olan  yapışqan öskürək, böyrək, sidik 
kisəsi və öddə olan daşa qarşı işlədilir, yaranı bitişdirir. 
Gilas  –  sinəni  yumşaldır,  tez  həzm  olunur.  Qəbzliyi 
aradan qaldırır. Şəkər xəstəliyi olanlara gilasdan istifadə et-
mək faydalıdır. İri gilasın tumunu əzərək üzə sürtdükdə, dəri 
yumşalır və üzün rəngi açılır. 
Heyva – vərəm xəstəliyi üçün məsləhət görülür. Öskü-
rəyi sakitləşdirmək üçün 30 q heyva çiçəyini 1  l suda dəm-
ləyərək  işlədirlər.  Meyxoş  heyva  ürəkbulanmanın  qarşısını 
alır, susuzluğu yatırır, qanaxmanı dayandırır. 
Xirnik – tam yetişmişindən istifadə edilir. Sinəni yum-
şaldır,  bədəni  qüvvətləndirir.  Səhərlər  acqarına  300-500  q 
yemək məsləhətdir. Mürəbbəsi də faydalıdır, iştahaçandır. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin