Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə135/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   131   132   133   134   135   136   137   138   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
115 
Qol, qıç, el, ayaq, bel ağrılarından əziyyət çəkən adam-
lara  kişidirsə  –  dişi  keçi,  qoyun,  qadındırsa  –  erkək,  dıbır, 
qoçun  isti-isti  dərisinə  girmək  məsləhətdir.  Müalicə 
əhəmiyyəti effektlidir. 
Ağciyəri  ağrıyanlara  çiy  yumurta,  çiy  qoyun,  erkək, 
əmlik quyruğu və isti-isti sağılmış köpüklü inək südü içmək 
məsləhətdir. 
Ürək döyüntüsündən tez-tez əzab çəkən adama hər gün 
səhər,  günorta  və  axşam  yeməkdən  əvvəl  yarım  stəkan 
qızılgül suyu içmək məsləhətdir. 
Ürəkkeçməsi olan adama süsən iylətmək məsləhətdir. 
Ürək  döyüntüsündən  əziyyət  çəkənlərə  almanın  içini 
çıxarıb, boş qalan  yerə zəfəran doldurub  və onu qoxulamaq 
məsləhətdir. Bu, ürək döyüntüsünün qarşısını alır. 
Saçı tökülən adamlara bir həftə, hər gün narın dənələri-
ni ehmalca çıxarıb,  yerinə ayı piyi və zeytun  yağı doldurub, 
sonra onu ocaqda isidib, həmin yağı saçın diblərinə sürtmək 
məsləhətdir. Bu, saçın tökülməsinin qarşısını alır. 
Sətəlcəm  olanların  müalicəsi  üçün  paxla  ununu  gül 
yağı  ilə  həll  edib,  xəstəyə  içirtmək  məsləhətdir.  Bu,  xəstə-
liyin sağalmasına çox kömək edir. 
Sarılıq  keçirən  adamlara  xəstəliyi  zamanı  inək  südü, 
badam  yağı,  turş  və  şirin  nar  şirəsi,  turş  alma  şirəsi  qəbul 
etmək məsləhətdir. 
Başı  ağrıyan  adamlara  zəncəfil  şirəsini  küncüt  və  gül 
yağı  ilə  qarışdırıb  başına  sürtmək  məsləhətdir.  Bu,  başda 
olan şiddətli ağrıların qarşısını alır. 
Ağzından xoşagəlməz iy gələn adamlara hər gün səhər 
və  axşam  naringinin  dənəsini  qaynadıb  onun  suyu  ilə  ağzı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin