Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə208/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   204   205   206   207   208   209   210   211   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
154 
bağayarpağı, bədrənc, xiyarotu və s.-dən hazırlanmış, tərkibi 
vitaminlərlə zəngin salat məhsullarını görə bilmirik. 
Niyə  insan  sağlamlığı  üçün  böyük  əhəmiyyətə  malik 
olan gicitkən, yolotu (kasnı), acı bolu, şirin bolu, əvəlik, uş-
qun  (rəvənd),  çaşır,  güllücə,  xəşənbül,  quşəppəyi,  amarant, 
bağayarpağı,  xiyarotu,  bədrənc,  qazayağından  və  s.  qida 
kimi  istifadə  etməyək?  Zəncirotuna,  çaşıra  acı  dad  verən 
maddələri hansı üsullarla aradan qaldırmaq olar?! 
Yabanı  tərəvəz  bitkilərinin  tərkibi  insan  orqanizmi 
üçün  vitaminlər,  mikroelementlər,  pektin,  zülallar,  karoti-
noidlər,  sellüloza  və  s.  kimi  əvəzolunmayan  bioloji  aktiv 
maddələrlə  zəngindir.  Təsəvvür  edin  ki,  süfrəyə  xörəklərlə 
yanaşı,  duza  və  yaxud  turşuya  qoyulmuş,  nanə  əlavə  olun-
muş pərpərən, mərəçüyüd, çaşır qoyulmuşdur. Siz onları hə-
vəs  və  iştahla  yeməyə  başlayacaqsınız.  Sonralar  isə  bunları 
hər  gün  yemək  istəyəcəksiniz.  Hər  gün  zirə  qarışdırılmış 
ətirli  çörək,  bulka,  kökə,  qaraqınıq  yarpağı  əlavə  edilmiş 
ləzzətli  ət  xörəklərini  məmnuniyyətlə  yeyəcəksiniz. 
Qaraqınıq,  kəklikotu,  andız,  cökə  çiçəyi,  qantəpər,  dazıotu, 
yarpız  və s. ilə dəmlənmiş ətirli  iyə və xoş dada malik çayı 
daha  həvəslə  içəcəksiniz.  Siz  elə  bir  mürəbbə  tapmaqda 
acizlik  çəkəcəksiniz  ki,  onu  dərgilin  (itburnu),  rəvəndin, 
yemişanın, zirincin ləçək, zoğ və meyvələrindən hazırlanmış 
mürəbbə ilə müqayisə edəsiniz. 
Ulu  babalarımız  və  əcdadlarımız  hələ  çox  qədim  za-
manlardan  yabanı  ədviyyat  və  tərəvəz  bitkilərindən  istifadə 
etmişlər.  Bitkilərin  faydalı  müalicəvi  xüsusiyyətlərinin  kö-
məyi  ilə  onlar  bir  çox  dəhşətli  xəstəliklərin  qarşısını  almış-
lar.  Hazırda  çalışmalıyıq  ki,  yabanı  tərəvəz  və  ədviyyatlar-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin