Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə209/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   205   206   207   208   209   210   211   212   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
155 
dan hazırlanan məhsullardan süfrəmizdə ətirli və ləzzətli xö-
rəklər,  salatlar,  şirələr,  şərbətlər,  qəhvə  və  çay  içkilərindən 
daha çox olsun. 
Gənc və yaşlı nəsillər, mütəxəssislər yabanı tərəvəz və 
ədviyyat  bitkilərindən  qida  kimi  istifadə  etməyin  yollarını 
öyrənməklə  yanaşı,  onların  qorunub  artırılmasına  da  fikir 
verməlidirlər. 
Aparılan  elmi-tədqiqat  işləri  nəticəsində  məlum  ol-
muşdur  ki,  yabanı  yeməli  tərəvəz  və  ədviyyat  bitkilərindən 
müxtəlif  növ  xörəklər  hazırlayarkən  onların  tərkibindəki 
mikroelementlər,  vitaminlər,  efir  yağlan  və  ətirli  maddələr 
dəyişmədən  öz  faydalı  xüsusiyyətlərini  uzun  müddət  saxla-
yırlar. 
Bir  sıra  yabanı  yeməli  bitkilərdən  qida  və  müalicə 
məqsədləri üçün pəhriz xörəklərinin hazırlanmasında da isti-
fadə  olunur.  Hazırda  Azərbaycanın  müxtəlif  rayonlarında 
50-dən  artıq  yabanı  tərəvəz  bitkisi  xalq  arasında  qida  və 
müalicə məqsədləri ilə tətbiq edilir.  
Bu sərvətlərdən ekoloji cəhətdən təmiz xörəkləri pəhriz 
və  müalicə  məqsədləri  üçün  istifadə  etmək  günün  ən  vacib 
məsələlərindən  biri  olmalıdır.  Ona  görə  də  qida  məqsədləri 
ilə istifadə olunan yabanı tərəvəz bitkiləri elmi-tədqiqat qida 
institutlarının laboratoriyalarında və klinikalarda ətraflı öyrə-
nilməlidir. Bu işdə dietoloqlar, sanitariya-gigiyena sahəsində 
çalışan  mütəxəssislər,  kimyaçılar,  bioloqlar,  texnoloqlar, 
toksikoloqlar,  farmakoloqlar,  aşpazlar  və  s.  böyük  fəallıq 
göstərməlidirlər. 
Yabanı bitkiləri qəzaya uğramış xəstələrə  verməyi da-
ha  çox  məsləhət  görürlər.  Müharibə,  dəniz  ekspedisiyaları, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin