Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə251/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   247   248   249   250   251   252   253   254   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
189 
qaydaya  salır,  qidanın  həzminə  kömək  edir,  bağırsaqlarda 
baş verən nasazlıqları aradan qaldırır. Böyrəklərdə olan daş-
ların tökülməsində, yel xəstəliyi və podaqranın müalicəsində 
sarımsağın spirtli məhlulundan istifadə olunur. Sarımsaqdan 
hazırlanan  preparatlar  sarılıq,  islah,  kor  bağırsaq  iltihabına 
qarşı tətbiq edilir. 
Avropada  və  Kubada  sarımsaq  yağı  ilə  sarılıq  xəstə-
liyini  müalicə  edirlər.  Sarımsaqdan  ən  çox  hipertoniya  və 
aterosklerozun  müalicəsində  istifadə  olunur.  Bundan  əlavə, 
baş  gicəllənməsində,  başağrısında,  yuxusuzluqda  işlədilir. 
Bunun  üçün  gündə  2-3  diş  sarımsaq  yemək  məsləhət 
görülür.  Çin  xalq  təbabətində  sarımsaqdan  fiziki  yorğun-
luğun  aradan  qaldırılmasında,  Yaponiyada  isə  dəri  xəstəlik-
ləri və skleroz əleyhinə istifadə olunur. Rus xalq təbabətində 
sarımsaq  sidikqovucu,  qurdqovucu,  sayıqlamaqla  baş  verən 
qızdırmalarda işlədilir.  
Xalq  təbabətində  sarımsaqla  bəzi  yoluxucu  xəstəliklə-
rin  qarşısı  almır,  qarın  yatalağı,  ishal  xəstəlikləri  müalicə 
edilir. Aparılan tədqiqatlar nəticəsində belə qərara gəlmişlər 
ki,  ən  güclü  fitonsidlər  sarımsaq  bitkisindədir.  Fitonsidlərin 
güclü  bakterosid  təsirə  malik  olduğu  müəyyən  edildikdən 
sonra  onlardan  müxtəlif  dərman  preparatları  hazırlamaq 
mümkün  olmuşdur.  Sarımsaqda  tapılan  fitonsidlər  strepko-
ku, stafilak çöpünü,  yatalaq bakteriyalarını,  vərəm çöplərini 
və başqa mikrobları məhv edir. Bu bitki mədə-bağırsaq üzv-
lərində  olan  vəzilərin  şirə  ifrazetmə  fəaliyyətini  artırır.  Sa-
rımsağı  çeynədikdə o, bir neçə dəqiqədən  sonra ağız boşlu-
ğundakı  bakteriyaları  məhv  edir.  Sarımsaq  həm  də  qrip  və 
angina  xəstəliklərini  sağaldır.  Bunun  ücün  sarımsağı  əzib 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin