Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə250/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   246   247   248   249   250   251   252   253   ...   403
Sarımsaq 
 
Sarımsağın  tərkibi  bioloji-aktiv  maddələrlə  zəngindir. 
Onun tərkibində 35%-ə qədər quru maddə, 27% sulukarbon-
lar,  8%  zülal,  inulin,  fitonsid,  yod,  şəkər  və  s.  maddələr  ta-
pılmışdır.  Yaşıl  yarpaqlarından  isə  karotin,  B,  PP,  B,  140 
mq%  C  vitamini  aşkar  edilmişdir.  Sarımsaqda  0,23-0,74% 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
188 
efir yağı olur. Efir yağının əsas tərkibini allin təşkil edir. Bu, 
kükürd tərkibli amin turşusudur. Sarımsaq əzildikdə amilaza 
fermentinin təsirindən efir yağı parçalanaraq allisin, ammon-
yak və piroüzum turşusu əmələ gətirir. Bundan əlavə, soğa-
nağından  3,25%  kül  (mq/q),  18,40  mq%  K,  0,50  mq%  Ca, 
1,00 mq% Mg, Fe 0,04 mq% makroelementləri, Pb 0,02, B 
0,90  mikroelementləri  aşkar  edilmişdir.  İtalyanlar  sarımsağı 
insana  qüvvət  verən,  onun  yuxusunu  artıran  bir  vasitə  kimi 
tərənnüm  etmişlər.  Yunanlar  isə  sarımsağı  ilan  sancmasına 
qarşı bir vasitə kimi tətbiq edirdilər. 
Sarımsağın kəskin iyli olmasında əsas rolu allisin mad-
dəsi  oynayır.  O,  bakterisid  xassəli  olmaqla  sarımsağın  əsas 
iyini təşkil edir. Sarımsaqda olan efir yağının 60%-ni allisin 
maddəsi təşkil edir. 
Sarımsağın  müalicəvi  xüsusiyyətləri  haqqında  ilk  mə-
lumatları tibb elminə Dioskorid vermişdir. Qədim zamanlar-
dan sarımsaqdan iştahasızlıqda, dispresiyada, halsızlıqda, ös-
kürəkdə,  qarın  ağrılarında,  dəri  və  s.  xəstəliklərin  müalicə-
sində  istifadə  edilmişdir.  Bitki  Şərq  təbabətində  çox  qə-
dimdən faydalı dərman bitkisi kimi geniş təbliğ olunur. Təzə 
şirəsi  və  cövhəri  (tinktura)  qüvvətli  bakterisid  və  funkisid 
kimi mədənin ifrazetmə fəaliyyətini artırır, bağırsaqlarda ge-
dən  qıcqırma  və  çürümə  proseslərinin  qarşısını  alır.  Nəfəs 
yollarının iltihabında, xroniki bronxitlərdə, bronxiolastmada, 
aterosklerozun  profilaktikasında  və  müalicəsində  də  yaxşı 
nəticə göstərir. Qurdqovucu təsirə malikdir. Sarımsaq qədim 
Misir və yunan xalqları tərəfindən ölüm gətirən simvol kimi 
təsvir edilmişdir. 
Sarımsaq  iştahı  artırır,  mədə-bağırsağın  fəaliyyətini 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin