Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə369/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   365   366   367   368   369   370   371   372   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
290 
əleyhinə,  xüsusən  ət  və  göbələk  zəhərlənmələrinə  qarşı 
istifadə olunur. Böyük təbib və alim Əbu-Əli İbn Sinanın da 
əsərlərində  şirin  biyanın  müalicəvi  təsiri  barəsində  geniş 
məlumatlar  verilir.  Şirin  biyan  kökündən  hazırlanmış 
cövhəri içərkən orqanizm (gəncləşir) cavanlaşır. 
Birma, Hindistan, Çin və Vyetnam ölkələrində şirin bi-
yan  köklərindən  hazırlanan  cövhərlərlə  sarılıq,  mədə-bağır-
sağı,  xüsusən  də  qastiriti  gözəl  müalicə  edirlər.  Tibet  tə-
babətində şirin biyan kökləri ilə vərəm, ürək və soyuqdəymə 
xəstəliklərini  müalicə  edirlər.  Bundan  başqa,  ondan  ilan-
vurma,  əqrəbsancına,  qudurmuş  it  dişləməsi  əleyhinə  də 
istifadə olunur. Şirin biyandan maddələr mübadiləsinin niza-
ma  salınmasında,  iflic-sinir  xəstəliklərinin  müalicəsində 
istifadə  edilir.  Avropa  ölkələrində  şirin  biyandan  dərman 
vasitəsi  kimi  XII  əsrlərdən  istifadə  edilməyə  başlanmışdır. 
Hazırda  bütün  Avropa  ölkələri  onu  öz  dövlət  farmakope-
yasına daxil etmişlər. Şirin biyanın müalicəvi xüsusiyyətləri 
bizim  ölkəmizdə  də  çoxdan  məlum  idi.  Şirin  biyandan 
hazırlanmış  preparatlar  müxtəlif  xəstəliklərin  müalicəsində 
də geniş tətbiq olunur. 
Son  zamanlarda  şirin  biyan  kökünə  olan  tələbat  xeyli 
artmışdır. Bu da ondan üç  yeni quruluşlu birləşmələrin əldə 
edilməsi  ilə  əlaqədar  olmuşdur.  Bu  birləşmələrin  təsiri  isə 
böyrəküstü  vəzinin  ifraz  etdiyi  hormonun  təsir  xüsusiyyət-
lərinə  olduqca  yaxın  olmasıdır.  Bu  birləşmələrin  içərisində 
ən  əhəmiyyətliləri  isə  qliserrizin  və  qliserrat  turşuları  təşkil 
edir  ki,  bunlar  da  əsasən  şirin  biyan  köklərin-dən  alınan 
bioloji-aktiv  preparatların  əsas  tərkib  hissələrini  təşkil  edir-
lər. Bunlar hormonal xüsusiyyətli, allergiya, spazma və eləcə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin