Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə84/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   80   81   82   83   84   85   86   87   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
79 
təzyiqini tənzimləyir, xəstədə xoş əhvali-ruhiyyə oyadır. 
Oynaqlarında şiddətli ağrıları olan, həmçinin yel xəstə-
liyindən əziyyət çəkənlərə 20-25 gün axşamlar yatmamışdan 
əvvəl əncir yarpağını qaynadıb suyunda çimmək və ağrı olan 
yerlərə  əncir  yarpağı  qoyub  sarımaq  məsləhətdir.  Bunu 
həftədə iki dəfə təkrar etmək lazımdır. 
Zəncirotu  qönçələnəndə  (yaz  vaxtı)  onun  özəyini  qo-
parıb acqarına südlü saplağını  və gündə üç dəfə isə  5-6 zo-
ğunu  yemək məsləhətdir. Bu, qaraciyər, ürək, böyrək xəstə-
liklərinin müalicəsinə çox xeyirlidir. 
Bağayarpağı  (yaz  və  yayın  əvvəllərində)  yenicə  yar-
paqlayanda onu dərib, xörəyə qatmaq  və  ya kətəsini, sıxma 
pencərini  yemək  bütün  daxili  xəstəliklərə  müalicəvi  kömək 
edir, həmçinin ürək ağrısının, qaraciyərin, dalağın, böyrəklə-
rin,  göz  ağrısının,  görmə  qabiliyyətinin  müalicəsi  üçün  də 
xeyirlidir.  Bağayarpağı  toxumunu  ləklərdə  əkib,  ondan  heç 
olmasa həftədə 2-3 dəfə istifadə etmək məsləhətdir. Bu, min 
bir dərdin dərmanıdır. 
Novruzun son çərşənbə axşamı yerə nəfəs, ağaclara hə-
yat gələndə 21 mart gecə saat 12 radələrində kim tənəyin qol-
budağının  kəsilmiş  yerindən  7  damcı  su  şirəsi  yığıb  içərsə, 
ömrü uzun, dərd-bezardan uzaq olar, arzu-istəyinə qovuşar. 
Boğazı  gələn,  ağrıyan  adama  cunanı  zeytun  yağında 
isladıb boğaza sarımaq məsləhətdir, ağrı tez keçib gedər. 
Sarılıq  xəstəliyinə  tutulanlara  duzsuz  xörək  və  çörək 
yemək məsləhətdir. 
Şəkər  xəstəliyindən  əziyyət  çəkənlərə  tut  yarpağını 
dəmləyib içmək məsləhətdir. 
Böyrək xəstəliyindən əziyyət çəkənlərə bir həftə ardıcıl 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin