Nübar Həkimova ___________________________________
92
qaşıq çiləsə, ərinin və özünün sağ-sol çiynindən üç dəfə
damcı-damcı atsa, üz-gözünə çiləsə, uğurları xeyir tapar,
həmin evdə bərəkət artar, söz-söhbət olmaz.
Tərəkəmələrin inamına görə: zifaf gecəsindən sonra,
yengə bayıra çıxanda, rastına qız gəlsə gəlinin qızı, oğlan
gəlsə oğlu olacaqdır.
Tərəkəmələrin inamına görə: şər qarışanda əlini qoy-
nuna qoyub, gözü yol çəkənin evindən bədbəxtlik əksik
olmaz.
Tərəkəmələrin inamına görə: kim ilin son çərşənbə
axşamı, il bərabərləşəndə pak olub, əl-ayağını axar suya sa-
laraq üzü qibləyə dayanıb ürəyində nə niyyət tutsa, niyyəti
qəbul olunar.
Tərəkəmələrin inamına görə: hamilə qadını incidən,
ona əl qaldıran kəs xeyir tapmaz, ailəsi xoşbəxt olmaz.
Tərəkəmələrin inamına görə: uşağı olmayan qadın
ilin son çərşənbəsində pak olub, gecə ilə gündüz bərabərlə-
şən anda ayağını axar suya salıb, saçının ucu ağzında niyyət
etsə, niyyəti baş tutar.
Dostları ilə paylaş: |