Tərəkəmələrin inamına görə: yola çıxan adam səhər
tezdən itə bir tikə qismət (çörək, ət) atarsa, xeyir tapar, işi
avand olar.
Tərəkəmələrin inamına görə: kim bahar gələndə dur-
na qatarını pozmaq üçün ayaqqabısını tərs geyib, üç dəfə sol
tərəfə fırlanarsa, o, günah işlədər ömrü boyu ruzi tapmaz.
Uşağı olanda tərs, sözəbaxmaz və çaş olar.
Tərəkəmələrin inamına görə: xəbəri olmadan başına
bir azca duz tökülən hamilə qadın əlini başına çəksə qızı,
ağzına-dodağına çəksə oğlu olar.
Dostları ilə paylaş: |