Tərəkəmələrin inamına görə: kəskin mədə-bağırsaq
ağrıları zamanı nanəni (yarpız) ətçəkən maşından keçirib
tənzifdən (cunadan) süzüb, şirəsini 10-15 gün müddətində,
hər gün yeməkdən qabaq üç dəfə yarım fincan içmək
məsləhətdir.
Tərəkəmə maldar-çobanlarının inamına görə: sağılan
südün yanına qaymaq çiçəyi qoyanda, yığıntıya üz çox yığılır.
Sonralar bunu günaşırı axşam yatmamışdan əvvəl və
səhər tezdən acqarına 10-5 gün davam etdirmək yaxşı nəticə
verər.
Tərəkəmələrin inamına görə: həftənin günlərinin
yozumu:
Birinci gün: duz günü ağır – gündür.
İkinci gün: xas günü – özünü yerə bərk bas.
Üçüncü gün: çərşənbə günü – tərpənmə.
Dördüncü gün: adına günü – işlərin avandına.
Beşinci gün: cümə günü – bekar günü.
Altıncı gün: şənbə günü – şikar günü.
Bazar günü: boş bekar – azar günü.