__________________________________ Nübar Həkimova
103
edib, günah işlədib.
Ələyi (xəlbiri, şadaranı) boş ələməzlər, əks halda o
ailədə (el-obada) aclıq, qıtlıq olar, xeyir-bərəkət olmaz.
Bazarda alqı-satqıda müştərinin bilərəkdən aldadan,
ziyana düşər, öləndə çətin can verər.
Yol azan qəribə, yol göstərməyənin uğuru xeyir olmaz.
Təzə gəlin evdən oğurluq edərsə və ya oğurluq ət, xö-
rək, mer-meyvə yeyərsə, doğduğu övlad böyüyəndə oğru
olar.
Ocaq yanarkən köyrüyərsə, kimsə o evin pisinə, bədinə
danışar. Belə halda ocaqda göyrüyən yerə duz səpərlər və
"öz başını yesin" deyərlər.
Evdə bişən çörəyin ilkini qonşuya verməzlər, əks hal-
da, evin bərəkətini vermiş olar.
Çörəyin, xörəyin, suyun ilkini uğura çıxana verməzlər,
əks halda, uğura çıxanın uğuru xeyir tapmaz.
Uşağa adı ailədə (oba-oymaqda) ən ağıllı, düz, təmiz-
kar adam qoyar. Əgər əliəyri, oğru, namərd, tənbəl adam adı
qoyarsa, uşaq böyüyəndə mütləq adını qoyana oxşayar.
Hamilə qadını əzizləyib, onunla xoş rəftar edərlər. Ha-
milə qadını incidib, əsəbiləşdirməzlər. Onun qarğışı-qarğış,
alqışı-alqış olar.
Gəlin uşağa qalan vaxt camış qatığı yeyərsə, uşaq vax-
tından gec anadan olar. O uşaq gec danışar, gec iməkləyər,
gec yeriyər.
Zahı qadının qarğışı pis olar. Qarğış olunanın uğuru
xeyir tapmaz.
Hamilə qadın ilk hamiləlik dövründə yuxusunda çinar,
qoz, sərv, alma, əncir ağacı görərsə qızı olar. Palıd, dağda-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|