Nübar Həkimova ___________________________________
102
başqa ancaq keçi südü verərlər. Belə uşaqlar tez iməkləyər,
tez yeriyər, tez də dil açar, yaddaşı iti, özü isə böyüyəndə
qıvraq (qoçaq) olar.
Şər qarışanda (axşamçağı) tez-tez güzgü qarşısında
daranıb-sığallanan qız el-obasından uzaq yerə gəlin köçər.
Təzəgəlin xörək yeyilən qab-qacağı yumamış axşam-
dan səhərə saxlarsa, o gəlin pintidir, təmizkar deyildir.
Əgər təzəgəlinin yandırdığı ocaq tez alışıb, tez də
sönərsə, o gəlin yüngülxasiyyətli olar.
Əgər təzə gəlinin yandırdığı ocaq gec sönüb, gözü
dəmli olarsa, o gəlin ağır, ağıllı, ev-eşikdə tədbirli, evdar
olar, evi bərəkətli olar.
Gəlin, gəlin gəldiyi gecə aydınlıq olub, ay doğarsa, o
gəlinin ilki oğlan olar.
Təzə ay doğanda, ona baxıb barmaq uzatmaq olmaz.
Əks halda həmin adamın gözünə ağ damar (ağ gələr).
Gəlin, gəlin gəldiyi gecə ayaqqabını evdə taykeş geyi-
nərsə, ilk uşağı çəpgöz olar.
Çörəyi isti-isti kəsmək günahdır, əks halda, o evin
bərəkəti göyə çəkilər.
Hamilə gəlinin (qadının) yaxasına iynə taxırlar ki,
yatanda onu qara basmasın, hal anası onun ürəyini çıxarıb
aparmasın.
Yeni evlənən cavanlara ilk gecə (zifaf gecəsi) acı xörək
verməzlər. Əks halda, ailədə dava-dalaş, acılıq olar.
Ölüyə qəbir yeri qazılarkən, qəbir yeri daşlı-çaxraqlı
çıxarsa, o adam sağlığında çox xəsis, simic olub.
Ölünün qəbri qazılarkən, qəbir yerindən ikinci qəbir çı-
xarsa, o adam sağlığında mərdimazar olub, çoxlarına pislik
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|