Nübar Həkimova ___________________________________
104
ğan, saqqız, qarağac ağacı görərsə, oğlu olar.
Hamilə qadın yuxuda qoyun, inək, ayı görərsə uşağı
böyüyəndə tənbəl, yatağan, təkə, at, canavar, it və s. görərsə
uşağı diribaş, qoçaq, çevik olar.
Baharda zoğal, çinar, tut, üzüm, alma, armud, əncir,
saqqız, qarağac, nar, dağdağan kimi müqəddəs ağacları
kəsənin ailədə ən əziz övladı ya ömürlük şikəst olar, ya da
ölər.
Kim ilin son çərşənbə günü saat 12 radələrində axar
suda çimərsə, əl-üzünü yuyarsa, bir ovuc su içərsə, onun
uğuru xeyir tapar, ömrü uzun olar.
Hamilə qadın Novruz bayramının son çərşənbəsində
qonşudan üç qapını pusduqda, hər üç qapıdan ilk dəfə kişi
səsi eşitsə oğlu, qadın səsi eşitsə qızı olar.
Kim Novruz bayramının son çərşənbəsində hamilə
qadına, ağır xəstəyə qulluq göstərərsə onun uğuru xeyir,
günü ağ, ömrü uzun olar. Şərdən-xətadan uzaq olar.
Novruz bayramının çərşənbəsində yerə qaynar su tökə-
nin, çırağı, şamı üfürüb keçirənin uğuru xeyir tapmaz.
Ocağı, suyu, duzu, çörəyi, unu murdarlamaq olmaz.
Əks halda, adamın uğuru xeyir tapmaz, evində bərəkətə həs-
rət qalar.
Uşaq anadan olanda qırxına qədər adı qoyulmasa, o
uşaq-yalançı olar. Qohum-əqrəbasına bədbəxtlik gətirər.
Gəlin hamilə vaxtı yuxuda qaynanasını, baldızmı, ana-
sını görərsə qızı olar. Atasını, qaynatasını, qardaşını, qaynını
görərsə oğlu olar.
Gəlin hamilə vaxtı erkək sürü içinə girərsə oğlu, qoyun
sürüsünün içinə girərsə qızı olar.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|