__________________________________ Nübar Həkimova
101
qoxuyar. Beşiyinin altına bibər (acı şey) qoyularsa, o uşaq
böyüyəndə acıdil, şirin şey qoyularsa, dili, danışığı, sözü,
söhbəti şirin olar.
Gəlin ilk hamilə günlərində yuxusunda ox, nizə, tü-
fəng, xəncər, bıçaq, qılınc, görsə oğlu, iynə, cəhrə, güzgü,
daraq görsə qızı olar.
Uşaq anadan olanda, əgər ana öz saçı ilə körpəsinin
başını gəndəlaş çiçəyinin qaynadılmış suyu ilə yusa, onun
başına tük gələr.
Hər hansı adamın (oğlan, qız, kişi, qadın, qoca, qarı)
baş tükündən və paltarından bir parça götürüb düyünləyib
quyuya və ya xəlvəti yerə atılarsa, o adamın bəxti bağlanar,
ömrü gödələr, işi hər yerdə düyünə düşər. Başı şərdən
açılmaz.
Baş saçı yandırılan adamın (kişi, qadın, oğlan, qız) başı
həmişə ağrıyar.
Yeni doğulan qırxı çıxmamış uşağın üzərinə gül gə-
tirmək günahdır. O, uşağın ömür-günü xəstə keçər, rəngi sa-
ralar.
Yeni doğulmuş qırxı çıxmamış uşağın üzərinə ət
gətirməzlər.
Yeni doğulan qırxı çıxmamış uşağın üzərinə yumurta
gətirməzlər. Əks halda, uşaq gec dil açar və ya lal olar.
Yeni doğulmuş uşağı sarı parça ilə bələməzlər və ya
yüyrüyünə sarı rəngli heç nə qoymazlar, əks halda, uşaq sa-
rılıq xəstəliyinə tutular, rəngi sarı, özü isə həmişə qızdırmalı
olar.
Körpə uşağa inək, camış, qoyun südü verməzlər, uşaq
gec danışar, yaddaşı zəif olar. Körpə uşağa ana südündən
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|