Gəlin ilk dəfə hamilə olanda, əlinə iynə, sap, yumaq,
güzgü, daraq, qayçı alarsa ilki qız, bıçaq, çəngəl dəhrə, yaba
balta, oraq, kərənti alarsa, oğlu olar.
Gəlin (qadın) hamilə olarkən aya baxarsa oğlu, günə
baxarsa qızı olar.
Gəlin (qadın) uşağı olanda, ilk südünü sağıb uşağının
üzünə yaxsa o uşaq dünyanın ən gözəli olar.
Gəlinin ilk uşağının bələyindən bir parça əski, uşağı ol-
mayan qadının başının altına və ya qarın nahiyəsinə qoyulsa,
onun uşağı olar.
Uşağı olmayan gəlinə çoxuşaqlı ananın ilk paltarmı
geydirsən, uşağa qalar.
Uşağı olmayan gəlinin təzə ərə gedən gəlinə yengə ol-
ması məsləhət deyil. Əks halda təzəgəlinin də uşağı olmaz.
Toy gecəsi təzə gəlin, bəy uzanarkən əllərini boynunun
arxasında çarpazlasalar baxtları bağlanır, uşaqları olmaz.
Təzəgəlin evə gəldikdən sonra əli qoynunda ot yol çə-
kərsə, o evə bədbəxtlik gələr.
Təzə gəlin evə gəldikdən sonra baş və şəhadət barma-
ğını çənə və alt dodağına dayamağa adət edərsə, o ailəyə
bədbəxtlik üz verər.
Təzə gəlin evə gəldikdən sonra tez-tez əsnəsə, o ev
(ailə) həmişə kasıb olar, ehtiyac içərisində yaşayar.
Toy gecəsi gəlinin (və ya bəyin) ilk tikəsi əlindən dü-
şərsə bədbəxtlik, səhər düşərsə xoşbəxtlik gətirər.
Körpə uşağın yüyrüyünün (beşiyinin, nənnisinin) altına
soğan, sarımsaq qoyularsa, o uşağın böyüyəndə ağzı pis
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com