110
ağarmaz.
Qarın ağrısına, ishala yarpızı təbii halda yemək və ya
şirəsini içmək xeyirlidir.
Qarın ağrısına, ishal xəstəliyinə tutulanlara dovğa ye-
mək məsləhətdir.
Yarpızı dəmləyib içmək başgicəllənmə və şiddətli baş-
ağrısına çox xeyirlidir. Yuxusuzluqdan əziyyət çəkənlərə
yaxşı kömək edir.
Əzgilin təzə zoğunu və ya qabığını qaynadıb içmək is-
hal, qarın ağrısı xəstəliyinə yaxşı təsir edir.
Ürək ağrısına cökə çiçəyini (həm də qurudulmuşunu)
dəmləyib içmək məsləhətdir.
Bənövşə çiçəyini (həm də quru) dəmləyib içmək böy-
rək ağrısına yaxşı təsir edir.
Yemişən çiçəyinin dəmləməsi, eləcə də təbii çiçəyini
yemək ürək ağrısına yaxşı təsir edir.
Yeddi il qurudulub saxlanılmış bənövşə çiçəyi daxili
xəstəliklərin dərmanıdır. Xüsusilə, mədə-bağırsaq xəstəlik-
lərinin müalicəsi üçün çox əlverişlidir.
Heyva yarpağını dəmləyib içmək əsəbləri sakitləşdirir,
ruhi xəstəliklərə tutulanlara yaxşı kömək edir.
Dalağı şişən adamın dalağının üstünə duz səpib, onu
iki-illik danaya yalatmaq məsləhətdir. Bu üsul müalicəyə
yaxşı təsir edir.
Astma xəstəliklərinə tutulanlara balı zeytun yağı və
qoz ləpəsi ilə qarışdırıb yemək məsləhətdir.
Mədə-bağırsaq xəstəliyinə tutulanlara azca duzlu əmə-
köməci pencərindən isti xörək bişirtdirib yemək məsləhətdir.
Mədə-bağırsaq xəstəliyinə tutulanlara keçi südü içmək
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com