__________________________________ Nübar Həkimova
105
Gəlin hamilə vaxtı təndirə (saca) baxarsa qızı olar.
Qızınin bəxti-yığvalı açıq olar, getdiyi ev bərəkətli olar.
Səfərə çıxanın qarşısına keçəl, kosa, sonsuz adam çı-
xarsa, uğura çıxan səfərindən xeyir görməz, əliboş, üzüqara
qayıdar.
Səfərə çıxarkən qarşıya pişik çıxarsa, xata-baladan so-
vuşmaq üçün üç dəfə fırlanıb dabana tüpürürlər ki, uğuru
xeyirli olsun.
Səfərə yıxanın qarşısına acgöz, tamahkar çıxarsa, uğu-
ru xeyir tapmaz, bədbəxtliyə düçar olar.
Səfərə çıxanın qarşısına ailənin ilk uşağı çıxarsa, uğuru
xeyirli olar.
Səfərə çıxanın qarşısına bərəkət (taxıl zəmisi), su çı-
xarsa uğuru xeyirli olar.
Səfərə çıxanın qarşısına it, tülkü, canavar çıxarsa, uğu-
ru xeyirli olar. Dovşan, pişik çıxarsa bədbəxtlik tapar.
Səfərə çıxanın qarşısına aşıq çıxarsa, uğuru xeyirli
olar.
Nəzəri olan adam uğura çıxanın arxasınca diqqətlə
baxarsa onu murdarlamaq lazımdır ki, gözü uğurda olana
bədbəxtlik gətirməsin.
Yayda çöldə yatarkən, cibinə soğan-sarımsaq qoyan
adamı ilan çalmaz.
Cibində qəlyan, tənbəki kisəsi olan adamı ilan çalmaz.
Bostanın ilk məhsulunu müdrik, təmizkar, xeyirxah,
ağsaqqala dərdirərlər ki, bostan məhsulu bol, bazarlığı
uğurlu olsun.
Yeri şumlayarkən, toxumu səpərkən, taxılı biçərkən
ağsaqqal, ağzıdualı müdrikə iş gördürərlər ki, məhsul bol,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|