__________________________________ Nübar Həkimova
95
Tərəkəmələrin inamına görə: kişmiş ilə toğlunun əti
şirin olar.
Tərəkəmələrin inamına görə: saçı tökülən adamlara
10-15 gün saçmı çobanyastığının qaynadılmış suyu ilə
yumaq məsləhətdir. Bu həm də saçların dibini bərkidir,
başında kəpək yaranmasının qarşısını alır.
Tərəkəmələrin inamına görə: ağzı yara xora olan,
dişinin dibi şişən, boğazı gələn, kəskin sancı, ürək, qara-
ciyər, öd kisəsi ağrılarından əzab-əziyyət çəkənlərə 15-20
gün müddətinə hər gün yeməkdən əvvəl bir fincan çoban-
yastığı dəmləməsi içmək məsləhətdir.
Dostları ilə paylaş: