Tərəkəmələrin inamına görə: günahkar adam, günahını
yumaq üçün "Allahın adı ilə, Allah böyükdür, ya Allah! Sən
hər iki dünyada mənim günahımdan keç" – deyib niyyət edər-
sə, günah işlətdiyi günlərin sayı qədər oruc tutsa, yetim-yesirə,
kimsəsizə, əlilə əl tutsa, günahı Allah tərəfindən bağışlanar.
Tərəkəmələrin inamına görə: əgər gəlin ər evində tez-
tez balınc üzərində oturarsa, çox çəkməz ki, qaynanası ölər.
Tərəkəmələrin inamına görə: il təhvil olunan vaxt,
yəni gecə ilə gündüz bərabərləşəndə, kim Novruzgülünü pak
suya salıb üz-gözünə çiləsə, sonra əzib şirəsini üz-gözünə,
qaşına, dodağına sürtsə, nə niyyəti varsa yerinə yetər, taleyi
üzünə gülər.
Dostları ilə paylaş: |