Tərəkəmələrin inamına görə: axır çərşənbə axşamı
süfrədə hər kəs özünə niyyət şamı yandırır. Əgər şam sona
qədər yanıb əriyərsə, niyyət baş tutacaq. Əgər kiminsə şamı
sona qədər əriyib yanmasa, o şəxsin başında bir qəza olacaq,
bəxti üzünə gülməyəcək.
Tərəkəmələrin inamına görə: il təhvil olunan vaxt
kim bəxtini sınamaq məqsədilə bayıra çıxarsa, qarşısına kişi
xeylağı çıxsa niyyəti baş tutacaq, işi avand olacaq. Qadın
çıxsa işi bəd gətirəcək, xeyir tapmayacaq.