Aqillərin inamına görə: yastığının (balıncının) altına
qızıl qoyulan adamı qara basmaz, yuxusu şirin olar. Yuxu-
dan duranda şən-şux, gümrah, uğuru xeyir olar.
Aqillərin inamına görə: kim arzu-istəyinə çatmaq
istəyirsə, uğura çıxmazdan əvvəl başı nəzir dediyi qoçun-qo-
yunun kəsilmiş dal qıçının üstünə qoyub yatarsa, arzu-istəyi
çin olar, uğuru xeyir tapar, əhdinə qovuşar.
Aqillərin inamına görə: bədən üzvlərindən sınıq,
əzik, kəsik ağrılarını – küt ağrıların qarşısını almaq üçün
erkək qoçun ətini əzib (döyüb) ağrılar olan yerə təpitmə
etmək məsləhətdir.
Aqillərin inamına görə: qan təzyiqindən əziyyət çə-
kənlər çəpiş ətindən tez-tez istifadə etmək məsləhətdir. Bu,
qan təzyiqini tənzimləyir.