Aqillərin inamına görə: çoban iti zingildəyib, quyru-
ğunu arxasınca qısıb, aramsız ulayanda, çoban bilməlidir ki,
sürünün yaxınlığında yalquzaq və ya canavar sürüsü var.
Aqillərin inamına görə: ağıllı və dünyagörmüş adam-
lar içkiyə meyl etməz. Bununla belə, şərabın bəzi xəs-
təliklərə xeyri də var. Belə ki, yemək zamanı bir qədəh şərab
mədə-bağırsağı möhkəmlədir, böyrəkdə daş, qum, kirəc-
ləşməni əridir. Adamda gümrahlıq şən əhvali-ruhiyyə oyadır.
Yeməyin həzmini asanlaşdırır. Sidik kisəsini möhkəmlədir.
Baş beyində qarışıq fikirləri tənzimləyir. Saçın vaxtından
əvvəl ağarmasını qarşısını alır.