Aqillərin inamına görə: isti xörəyi yeyərkən, çayı içər-
kən onu üfürmək günahdır. Bu, evdən bərəkəti qovmaqdır.
Aqillərin inamına görə: şəkk-qısqanclıq dostu-dostdan,
yoldaşı-yoldaşdan, qardaşı-qardaşdan, əri-arvaddan ayırar.
Şəkk-qısqanclıq olan yerdə şübhə artar, səmimiyyət olmaz.
Aqillərin inamına görə: hər şey həyatda bölünər, ailə
sədaqəti, səmimiyyəti bölünməz.
Aqillərin inamına görə: səadət, səmimiyyət harada,
ailə xoşbəxtliyi də orada.
Aqillərin inamına görə: adam şərəfli elm dalınca ge-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com