__________________________________ Nübar Həkimova
133
atmamaq, onu yenidən qızdırıb içmək olar. Bu qəbil müalicə
yaxşı nəticə verir, ağrılar yox olur, duzlaşma əriyir, əhvali-
ruhiyyə yaxşılaşır.
Aqillərin inamına görə: kim Novruzun son çərşənbə-
sində il təhvil olarkən aydınlıq gecədə axar sudan su götürüb
onu müqəddəs – təmiz bir yerdə səhərəcən saxlayıb gün
çıxanda, səhər yelinin əsdiyi vaxt əkin-səpin, bağ-bağçaya,
evinin doqqazına çiləyərsə, o ili həmin ailənin bəxti uğurlu
olar. Bağ-bağçasının barı çox, əkin-səpini məhsulu, taxılı bol
və bərəkətli olar.
Dostları ilə paylaş: