Aqillərin inamına görə: ərə gedən qızı süpürgə ilə
vurmaq olmaz, o qızın bəxti bağlanar. Beləsinin bəxtini aç-
maq üçün onu mütləq üzərlik suyunda çimizdirmək, üzər-
liyin kökü qaynadılmış sudan üç çay qaşığı sağ, üç çay
qaşığı sol çiyninə, üç çay qaşığı isə başına töküb, qalan su ilə
isə əl-üzünü yumaq lazımdır. Bu zaman aşağıdakıları demək
lazımdır: – Ay Allah! Sən mənim bəxtimi, uğurumu açıq et.
Azar-bezarı məndən uzaq elə. Haqq yolunda nəzir-niyaz
verəcəyəm, yetim-yesir, kasıbı sevindirəcəyəm.