Aqillərin inamına görə: təngnəfəs olan xəstələrə badam
yağmı bal, süsən kökü, mum və gülab ilə qarışdıraraq dəmləyib
içirtmək məsləhətdir. Bu cür müalicəni 20-25 gün ardıcıl
davam etdirmək, xəstəliyin aradan qalxmasına kömək edir.
Aqillərin inamına görə: boğazı gələn adamlara tut
ağacının yarpağını dəmləyib, bir həftə, hər gün yeməkdən
əvvəl qarqara etmək məsləhətdir və yarpağın özünü isə isti-
isti tənzifə (cunaya) büküb boğazına bağlamalı.
Aqillərin inamına görə: dişin əti şişərsə, ağız nahiyə-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
131
sində yara olarsa, bir neçə gün yabanı yarpız şirəsi ilə ağzı
qarqara etmək məsləhətdir. Yarpızı yuyub, hər gün
yeməkdən əvvəl çeynəyib udmaq da xeyirlidir.