Aqillərin inamına görə: ağzında yara olan və diş ağrı-
sından əziyyət çəkən xəstələrə hər gün, yeməkdən əvvəl ağ-
zını sarımsaq şirəsi ilə üç dəfə qarqara etmək məsləhətdir.
Aqillərin inamına görə: hər kəs uşaqlıqdan başla-
yaraq yenicə sağılan süddən axşam-səhər bir fincan içsə,
ömrü uzun, dişləri sağlam, sifəti şəffaf, əhvali-ruhiyyəsi
yaxşı, özü gümrah olar.
Aqillərin inamına görə: bərk soyuqlayan, qançır olan,
göyöskürəyə tutulan, sinəsində güclü bəlğəm olan xəstələrə
10-15 gün təzəcə açmış nar çiçəyini dəmləyib bal ilə qarış-
dırıb, hər gün yeməkdən qabaq bir fincan içmək məsləhətdir.
Dostları ilə paylaş: |